Ən yaxşı onlayn tərcümə lüğətləri (Azərbaycan, İngilis,Rus)

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Sep 09, 2021 | 3 dəq oxu
Ən yaxşı onlayn tərcümə lüğətləri (Azərbaycan, İngilis, Türk, Alman, Rus dilləri)

                                                           Onlayn Lüğətlər

 

Zaman keçdikcə və elm, texnologiya inkişaf etdikcə dillər də inkişaf edir. İstər öz dilimizdə, istər öyrəndiyimiz başqa dildə yeni sözlər öyrənmək, mənalarına baxmaq, düzgün yazılış və ya deyilişini yoxlamaq üçün lüğətlərdən istifadə edirik. Dil öyrənmə marafonunun əsas hissəsi olan lüğətlərin bir neçə növü var. 

Bildiyimiz kimi? texnologiyanın inkişafı ilə lüğətlər artıq kitab formasından çıxaraq, hər kəsin telefon və ya kompüterlə rahat şəkildə əldə edə biləcəyi bir vasitə oldu. Artıq ən faydalı hesab edilən bütün lüğətlərin, demək olar ki, onlayn versiyası mövcuddur. Bu səbəbdən aşağıdakı siyahıda lüğətlərin saytları qeyd olunacaq.

 

Birdilli lüğətlər

Birdilli lüğətlərdə sözlərin mənası həmin dildə izah edilir. Bu cür lüğətlərdən sadəcə dili öyrənənlər deyil, dil daşıyıcıları da istifadə edir. Professional tərcüməçilər və ya hər hansısa ixtisas sahibləri bu tip lüğətlərdən əsasən daha çox istifadə edirlər. Aşağıda saytların linklərini qeyd edirəm ki, yararlanasınız.

 

İngilis dili:

  1. https://dictionary.cambridge.org/tr/

  2. https://www.oxfordlearnersdictionaries.com/

  3. https://www.collinsdictionary.com/

 

Azərbaycan dili: 

  1. Azleks

  2. Obastan

 

Alman dili tercume lugeti:

  1. Duden

 

Türk dili: 

  1. https://sozluk.gov.tr/

  2. http://www.dildernegi.org.tr/TR,274/turkce-sozluk-ara-bul.html

 

İkidilli lüğətlər

Yeni dil öyrənənlər daha çox bu tərz lüğətlərə üstünlük verir. İkidilli lüğətlərdə sözlərin başqa dildə qarşılığı əks olunur və aşağıda tiplərlə tanış ola bilərsiniz.

 

İngilis dili - Azərbaycan dili (ingilis azeri)

  1. Azerdict

  2. Dilmanc

İngilis dili - Türk dili

  1. Zargan

Aşağıda qeyd olunan lüğət saytlarında isə müxtəlif iki dili seçib sözlərin tərcüməsinə baxa bilərsiniz. İngilis, türk, Azərbaycan dilləri ilə yanaşı rus, alman, ispan və s. dillər üçün bu lüğətlərdən istifadə edə bilərsiniz.

  1. Tureng

  2. Sesli sozluk

  3. Glosbe

  4. Cambridge lüğəti birdilli olmaqla yanaşı müxətlif dilləri əks etdirən ikidilli lüğətdir.

 

Rus dili tərcümə lüğəti

Lüğətlərdən danışarkən rus dilində olan onlayn lüğətləri unutmaq olmaz. Bunlar içərisində ən məşhuru Multitran lüğətidir ki, burada siz 30-dan artıq dil üzrə seçim görə bilərsiniz. Burada bir terminin ayrı-ayrı sahələrdə necə işlədildiyini də görə bilərsiniz.

İndiyə kimi qeyd edilən lüğətlər ümumişlək sözlərin əks olunduğu lüğətlər idi. Ancaq terminləri, sözlərin etimoloji mənşəyini, sözlərin sinonimlərini əks etdirən lüğətlər də mövcuddur. Adətən bu cür lüğətlər daha peşəkar məqsədlər üçün istifadə edilir. Bu sayt vasitəsi ilə ingilis dilində olan sözlərin izahını və sinonimlərini tapa bilərsiniz.

Bu saytda ingilis dilində axtardığınız sözlərin etimologiyası ilə tanış olacaqsınız.

Bu saytda türk dilində müxtəlif sahələrə aid terminlərin izahını tapa bilərsiniz.

Bu bir reallıqdır ki, heç də hər lüğət kitabının saytı və onlayn versiyası olmur. Kitabın dövrü heç zaman bitməz. Nəticə etibarı ilə insanoğlunun bütün öyrəndikləri, bildikləri kitablarda yatır.

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Sep 09, 2021 | 3 dəq oxu


Əlaqəli məqalələr

Lüğət vasitəsilə söz ehtiyatını necə artıra bilərəm?
LÜGƏT

Lügətlər və müasir tətbiqlər vasitəsilə söz ehtiyatını artırmaq

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Oct 07, 2021 | 7 dəq oxu
onlayn luget
LÜGƏT

Ən yaxşı onlayn lüğətlər

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Sep 18, 2021 | 6 dəq oxu