Amerikan ingiliscəsini necə onlayn öyrənmək olar?

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 5 dəq oxu
Amerikan ingiliscəsini necə onlayn öyrənmək olar?

2021-ci ildə amerikan ingiliscəsini öyrənməyin ən yaxşı yolu

1. Rabitəli nitqdən istifadə etməyi öyrənin

2. “r” səsini düzgün tələffüz edin

3. Yavaş-yavaş danışın

4. Amerika mədəniyyətinin dərinliklərinə dalın

 

Amerikan aksent öyrənmək üçün növbəti addımlar

   İngilis dilində tələffüz və anlaşılmaq vacibdir. Qrammatika bilikləriniz yaxşıdırsa və çox söz bilirsinizsə, bu, heç də o demək deyil ki, dialoqlarınız axıcıdır və ingilislərlə ingilis dilində normal danışırsınız.

   Amerikan ingiliscəsini öyrənmək istəyirsinizsə, vurğu və səsinizi lokal amerikan ingiliscəsində danışan şəxs kimi etməyə çalışmalısınız. Bu təlimatda bunu necə edəcəyinizi sizə göstərəcəyik.

Amerikan ingiliscəsini öyrənməyin ən yaxşı yolu

Mükəmməl aksent əldə etmənin açarı praktikadır. Yaxşı aksent öz-özünə yaranıb inkişaf etmir. Bizim danışıq bacarıqlarınız tamamilə başqaları ilə ünsiyyətdə formalaşır.

   İngilis dilli biri ilə danışmaq tələffüzü inkişaf etdirməyin effektiv yoludur. Hələ bu natiq sizə doğru yol göstərə və səhvlərinizi düzəldə biləcək peşəkar bir təlimçidirsə, daha yaxşı olar. “DillBill”də ABŞ-ın ayrı-ayrı ştatlarında və şəhərlərində yaşayan müəllimlərlə keçilən dərslər vasitəsilə amerikan tələffüzünü daha dəqiqliklə öyrənə və danışıqda tətbiq edə biləcəksiniz.Müəllimlər həm sizin nitqiniz, həm də ayrıca tələffüzünüz üzərində işləyəcək.

Amerikan ingiliscəsində lokal kimi danışmaq üçün 4 ipucu

Eyni zamanda, aksentinizi yaxşılaşdırmaq üçün çox şey etməlisiniz. Məsələn, aşağıdakılar kimi:

 

1. Rabitəli nitqdən istifadə etməyi öyrənin

   Biz danışarkən sözləri bir-biri ilə əlaqələndiririk. Məsələn, bir sözün son səsi digər sözün başlanğıcına təsir edə bilər. Rabitəli nitq səsləri sözə müxtəlif yollarla əlavə etmək, buraxmaq və ya dəyişdirməkdir. Amerikan kimi səslənmək nə burunda danışmaq və ya "titrəyən səs" çıxarmağa çalışmaqdır.

   Rabitəli nitqin müxtəlif növləri vardır. Onlardan biri də bir və ya bir neçə səsin buraxılmasıdır və bu, “eliziya” (ing. elision) adlanır. Yəni, bir səs yanındakı bənzər və ya daha güclü səslə dəyişdirilir. Məsələn:

  • interview — innerview

  • center — cenner

  • wanted — wann-ed

  • butter — budder or bul-er

  • next door — nexdoor

  • most common — moscommon

Amerikan aksentinə xas olan rabitəli nitqin başqa bir növü assimilyasiyadır (assimilation). Bu, iki səsin birləşdikdə yenisini yaratmasıdır. Məsələn: 

  • don’t you — doncha

  • won’t you — woncha

  • meet you — meetcha

  • did you — didju

 

2. “r” səsini düzgün tələffüz edin

   Vurğulu /r/ səsi amerikan ingiliscəsində ən çətin tələffüz olunan səslərdən biridir. Onu düzgün tələffüz etməyə başlamalısınız. Bəzi dialektlər "r" səsini "ah" kimi tələffüz etsə də amerikan ingiliscəsində onu "arruh" kimi səsləndirirlər və demək olar ki, səssizcə tələffüz olunur.

Tələffüzünüzü yaxşılaşdırmaq və daha çox lokal kimi səslənmək üçün düzgün məşqlər edin.

 

3. Xarici dili yavaş-yavaş danışın

   Lokal olmayan çox insan ingilis dilində danışarkən lokalların onları başa düşməsini çətinləşdirən sürətli templə danışaraq amerikalı kimi səslənməyə çalışır. Əgər ana dilinizdə nitq heç bir zəifləmə  və fasilə olmadan tez tələffüz olunarsa, bu təbiidir. Ancaq ingilis dilini bir amerikalı kimi danışmaq və tələffüzünüzü yaxşılaşdırmaq istəyirsinizsə, ifadələri ayırmağa çalışın, əsas sözləri vurğulayın və hər cümlədən sonra fasilələr əlavə edin.

 

4. Amerika mədəniyyətinin dərinliklərinə dalın

   Bu, dil öyrənmə prosesini daha təsirli edən əla bir yanaşmadır. Mədəniyyətin içinə qərq olma, xüsusilə, Şimali Amerika aksentini öyrənmək üçün faydalıdır.

   ABŞ ingiliscəsində podkastlar dinləyin, “The Simpsons”, “Friends” kimi filmlərə və TV şoularına baxın, eşitdiyiniz səsləri təkrar etməyə başlayın. Amerikan aksentində necə danışacağınıza dair YouTube videolarını izləmək də yaxşı fikirdir.

   Amerika pop mahnılarının çoxunun ümumi Amerika aksenti ilə oxunduğunu  bilirdinizmi? ABŞ musiqiləri dinləyin, mahnı oxuyun, bu zaman amerikan ingiliscəsindəki səsləri anlamağınız inkişaf edəcək.

   Mədəniyyətlə yaxından maraqlanmağın əhəmiyyətli bir hissəsi dil daşıyıcıları ilə danışmaqdır, buna görə də DillBillin müəllimləri ilə daha çox danışmağa çalışın. Amerikan müəllimlərinin dərsinə müntəzəm qoşulsanız, qısa müddət ərzində amerikan aksentini necə yaxşı anladığınızı və necə yaxşı danışa bildiyinizi özünüz görəcəksiniz.

Amerikan ingiliscəsini öyrənmək üçün növbəti addımlar

   Spesifik aksent ilə xarici dildə, məsələn, amerikan ingiliscəsində, danışmaq istəyirsinizsə, bunu artıq həyat tərzinə çevirib mümkün qədər çox danışmalısınız. Amerika mediasını izləyin və eşitdiklərinizi praktik olaraq tətbiq edin. Bilin ki, dünyanın ən böyük televiziya şouları və filmləri amerikan aksentində çəkilir. buna görə də fürsəti itirmədən başlayın.

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 5 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu