English Conversation Club - Daha Fərqli Daha Rahat

Blog writer
Fidan Cəfərzadə
Sep 17, 2021 | 5 dəq oxu
English Conversation Club - Daha Fərqli Daha Rahat

Conversation club ingilis dilində danışığa necə təsir edir?

 

   Müəyyən bir dil üzrə danışıq səviyyəsinə malik olmaq həmin dildə başqaları ilə ünsiyyət qura bilmək anlamına gəlir. Siz həmin dilin daşıyıcısı kimi səlis danışmaya bilərsiniz, əsas odur ki, deyilənləri anlaya biləsiniz və nə demək istədiyiniz başqaları tərəfindən anlaşılsın. Gündəlik danışıq dilini təkmilləşdirmək və ingiliscə daha sürətli danışmaq üçün conversation clublar - danışıq klubları təşkil olunur. Bu conversation clubların köməkliyi ilə siz dinləmə və danışma bacarığınızı artıracaqsınız. B2 və daha yuxarı səviyyəyə çatmaq üçün illərlə çalışıb qrammatika və cümlə quruluşunu əzbərləməli, sözləri düzgün yazıb vurğunu təkmilləşdirməli olsanız da, bu, o demək deyil ki, həmin səviyyəyə çatana qədər siz ünsiyyət qura bilməzsiniz. B2, C1 və digər səviyyələrdən fərqli olaraq, bir dildə danışıq səviyyəsinə sahib olmaq subyektivdir. Bir səviyyəni atladığınızı tam real göstərən heç bir meyar yoxdur.

   Conversation clublarda dil biliyinə malik olan şəxs salamlaşma, başqaları haqqında soruşma, işləri, hobbiləri, maraqları və həyat tərzi haqqında danışma, alış-veriş etmə və yol soruşma kimi gündəlik həyatda lazım ola biləcək fikirləri səsləndirmə bacarıqlarını daha da inkişaf etdirəcəkdir. Başqaları ilə ünsiyyət qurduqca daha çox öyrənəcəksiniz, ünsiyyət dairəniz sinifdə və ya kitabda öyrəndiklərinizlə məhdudlaşmayıb, əlaqə qurduğunuz şəxsin məşğul olduğu sahə üzrə ixtisaslaşmış dil bilikləri və ya müəyyən bir ərazinin idiomları ilə daha da zənginləşəcək.

 

“DillBill”in sizə verdiyi üstünlüklər haqqında

 

   “DillBill” Azərbaycanın ilk online platformasıdır və başlayan gündən hər zaman keyfiyyətli və özünə məxsus şəkildə innovativ yenilikləri ilə seçilmişdir. Dil bazarında etdiyi yeniliklərdən biri də odur ki, conversation clubları daha keyfiyyətli şəkildə təşkil edir. Bu o deməkdir ki, hər bir qeydiyyatdan keçən şəxs online şəkildə öz virtual otağını seçir. Platforma 4 istifadəçidən artıq qoşulmağa imkan vermirki buda əsas üstünlüklərdən biridir. Çünki ənənəvi conversation clublara daima çox tələbələr qoşulmuş və hər sakit və utancaq tələbər isə danışmağa fürsət tapmamışlar. “DillBill” conversation clublarda isə moderator vaxt bölgüsünə nəzarət edərək hər kəsə eyni qaydada vaxt ayıracaqdır və qarşılıqlı müzakirələrə daha tutarlı suallarla maraq qatacaqdır.

 

English conversation club -larda necə danışığı inkişaf etdirmək olar?

 

Danışmağa başlamağın bəzi yolları bunlardır:

  •  Tutorla onlayn conversation clublar : “DillBill” platformasının dərslərinə qoşularaq dünyanın fərqli ölkələrindən olan onlayn tyutorlar tapa bilərsiniz! Tutorla məşğul olmağın ən yaxşı tərəflərindən biri odur ki, onlar sizin tərəflərinizi bilirlər və məqsədlərinizə tez çatmağınıza kömək edirlər.

  • Dil mübadiləsi: Sizin dilinizi öyrənmək istəyən biri ilə xarici dildə danışmaq üçün əyləncəli bir üsul

  • Səyahət: Yeni dildə danışıq səviyyəsinə çatdığınızı hiss etməzdən əvvəl həmin dilin danışıldığı yerə səyahət etmək özünüzü inkişaf etdirməyin ən yaxşı yollarından biridir. Danışmaqdan başqa çarəniz qalmayacaq. Əgər buna indi imkan yoxdursa, yuxarıdakılardan bəzilərini sınayın.

 

“DillBill”də  English Conversation Club necə təşkil olunur və ənənəvi ingilis dili kurslarından üstün tərəfləri hansılardır?

 

   DillBillconversation club paketi vardır ki, bura yalnız 4 istifadəçi qoşula bilir. Moderator öncədən mövzuya (conversation topic) sualları (conversation questions) seçir. Sistemin özəlliyi ondan ibarətdirki istədiyin saatda dərs təyin edə bilirsən. Ən əsasıda ənənəvi kurslarda öyrəndiyimiz kimi bütün levellər qarışıq şəkildə qoşulmurlar. Öncədən ingilis dili səviyyə testindən keçdikləri üçün sistem yalnız eyni səviyyədə olanları conversation clublara salmağa imkan yaradır. Yerli və xarici müəllim seçimi isə sərbəstdir.

 

Conversation questions (suallar) nə dərəcədə önəmlidir?

 

   Suallar conversation clubların ən vacib hissələrindən biridir. Çünki səhv sualların verilməsi dərsi daha maraqslz və istifadəçilərin daha sönük iştirakına səbəb olur. Moderatorlar əsasən çalışmalıdırlarki dərslər daha canlı, daha çox qarşılıqlı sual-cavab şəklində keçsinki tələbələr vaxtın nə zaman başa çatdığını hiss etməsinlər. Bunun üçün DillBill ingilis dili müəllimi seçimində çox həssasdır və sertifikatlı (ESL, TKT, TEFL) ingilis dili müəllimlərini öz komandasına dəvət edir. Çünki belə sertifikatlı müəllimlər conversation clublara moderatorluq edərkən istifadəçi psixologiyasını, dərs zamanı olan əhvalını dəyərləndirərək daha axıcı bir metod ilə maraqlı diskussiyalar təşkil edirlər. Bu da istifadəçilərə 60 dəqiqəlik conversation clublarda vaxtın necə keçdiyini hiss elətdirmir. Bakıda və bölgələrdə yaşayanlar üçün artıq ən gözəl xəbər odur ki, arıq evinizi tərk etmədən 

 

  Sona qədər oxuduğunuz üçün təşəkkürlər! Siz də conversation clublarda iştirak edib danışığınızı artırmaq istəyirsinizsə mütləq dillbill.com saytında qeydiyyatdan keçin və özünüzü inkişaf etdirin. Yerli və xarici müəllimlər ilə çox maraqlı conversation clubların iştirakçılarında biri də siz olun. English Conversation Clublara qoşulmaq üçün bura klik edə bilərsiniz. Təşəkkürlər!
Blog writer
Fidan Cəfərzadə
Sep 17, 2021 | 5 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu