Dinləmə qabiliyyətini necə inkişaf etdirmək olar?

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 30, 2021 | 6 dəq oxu
Dinləmə qabiliyyətini necə inkişaf etdirmək olar?

  Bir dilin ən əsas xüsusiyyəti kommunikasiya vasitəsi olmasıdır. Yəni əgər siz bir dildən insanlarla kommunikasiya qurmaq üçün istifadə edə bilmirsinizsə, o zaman o dili bilməyinizin heç bir əhəmiyyəti yoxdur. Kommumikasiya qurmağın iki yolu var: yazılı və şifahi. Yeni bir dil öyrənərkən insanların adətən daha çox çətinlik çəkdiyi şifahi kommunikasiya olur, yəni şifahi nitq. Şifahi nitq isə danışıq və dinləmədən ibarətdir. Bu iki qabiliyyətin hansının daha tez mənimsənildiyi insandan-insana dəyişir. Ancaq hər ikisini öyrənmək üçün effektli üsullar mövcuddur. Bu gün bəhs edəcəyim mövzu isə dinləmə qabiliyyətidir. 

 

Dinləmə (listening) qabiliyyətini yaxşılaşdırmaq üçün üsullar

    Hansı dildə dinləmə bacarığını özünüzdə formalaşdırmaq istəyirsinizsə birinci etməli olduğunuz o dildə dinləməkdir. Ancaq nə dinləməlisiniz? Bu barədə ən çox edilən səhv seçilən materialın (video, serial, film, səs qeydi, TV şousu və s.) şəxsin maraqlarına uyğun olmamasıdır. Bizə maraqlı olmayan bir mövzunu bildiyimiz dildə belə dinləmərik, nəinki tam bilmədiyimiz dildə. Nə dinləyirsinizsə dinləyin, ən əsası mövzunun sizin maraqlarınıza uyğun olmasıdır. Lakin sadəcə eyni mövzuları əhatə edən materialları da seçməyin. Çalışın müəyyən qədər fərqli mövzular olsun.

   İkinci nüans isə dinlədiyiniz ya izlədiyiniz materiala öz ana dilinizdə, ya da yaxşı bildiyiniz başqa dildəki altyazı ilə deyil, məhz öyrənmək istədiyiniz dildəki altyazı ilə baxın. Vacib məqamlardan biri də seçdiyiniz materialın diktoru və ya səsləndiricisidir. Adətən öyrənmək istədiyiniz dilin daşıyıcılarını (ing. native) dinləməyə çalışın. İlk başda dil daşıyıcılarına qulaq asmaq sizə çətin gələ bilər, lakin motivasiyadan düşməyin. Çətin olmağı normaldır, çünki “native”lər sürətli danışır və sözləri assimilasiya edərək tələffüz edir. Nəzərə alın ki, sonra real bir dil daşıyıcısı ilə söhbət etməli olsanız, o zaman altyazı olmayacaq. Hətta dil daşıyıcılarını kifayət qədər dinləyib, onların danışığını mənimsədikdən sonra digər ləhcələrə də keçə bilərsiniz. Beləliklə, yavaş-yavaş qulağınız bütün ləhcələrə, səslərə aşina olacaq. Onu da qeyd edim ki, əgər dinləmə zamanı davamlı cümlələri tərcümə etməyə və ya qrammatik analiz etməyə çalışırsınızsa, bunun sizin dinləmə bacarığınıza təsiri olmayacaq. Çünki fokuslandığınız nə danışıldığı yox, necə danışıldığı olacaq. Bunu etməyin, sadəcə dinləyin.

    Digər üsul isə dinləmə edəcəyiniz mövzu barədə özünüzdə müəyyən qədər söz bazası formalaşdırır. Yəni eşitmə ehtimalınız yüksək olan sözlərə əvvəlcədən nəzər salın. Beləliklə, həm nə dinlədiyinizi daha rahat başa düşə biləcəksiniz, həm də sözləri aktiv yaddaşınıza yerləşdirəcəksiniz.

   Sizə maraqlı olan, çox da uzun olmayan bir material tapdıqdan sonra onu həftədə bir neçə gün təkrar-təkrar dinləyin. Bilmədiyiniz sözlərin mənasına baxın. Beləliklə, hər yenidən qulaq asdıqda o sözlər qulağınıza daha tanış gələcək və hər dəfə daha yaxşı başa düşəcəksiniz.

"DillBill"də nece özümü inkişaf etdirə bilərəm?

   Dinləmə qabiliyyətini inkişaf etdirməyin ən əsas metodlarından biri də insanlarla həmin dildə əlaqə qurmaq, söhbət etməkdir. Göz kontaktı, mimika və jestlərə fikir verərək qarşımızdakı insanın nə danışdığını daha rahat anlaya bilərik. Mühüm deyil ki, bütün sözləri başa düşəsiniz. Söhbətin əsas fikrini başa düşməyiniz kifayətdir. Lakin təəssüf ki, heç də hər zaman canlı danışıb, praktika edəcəyimiz birini tapa bilmirik. Bu halda DillBillə qoşula bilərsiniz. Dünyanın müxtəlif yerlərindən olan müəllimlərlə müxtəlif mövzular barəsində danışaraq həm dinləmə, həm də danışıq bacarıqlarınız inkişaf edər.

   Əgər öyrənmək istədiyiniz dilin aktiv danışıldığı bir mühitdə yaşasanız, təbii ki, inkişaf müddətiniz daha qısa olacaq. Çünki siz davamlı bu dilə məruz qalacaqsınız. Yanınızdan danışaraq ötüb keçəndən tutub kafedə yan masanızda oturana qədər hər kəsdən bu dili eşidəcəksiniz. Məhz bu şəraiti sizə yaradaraq dili öyrədən düşərgə məktəblər mövcuddur.

   Lakin belə bir mühitdə olmamağınız dinləmə qabiliyyətinizi inkişaf etdirə bilməyəcəksiniz mənasına gəlmir. Hər şey sizin motivasiyanızla və günlük rejiminizi davam etdirməyinizlə əlaqəlidir. Bəzən insanlar özlərinə gündə ən az 2-3 saatıq dinləmə üçün limit qoyurlar. Lakin bir müddət sonra bunu etməkdən bezirlər və davamlı dinləmirlər. Bu səhvi etməyin. Öz potensialınıza, vaxtınıza, motivasiyanıza uyğun, sizi çətinə salmayacaq, bezdirməyəcək şəkildə özünüzə proqram yaradın. Ən əsası isə bu proqramı davamlı icra edin. Nəticəsini mütləq görəcəksiniz.

 Dinləmə qabiliyyətinin (listenin skills) yaxşılaşdırmağın nəticələri

   Biz dinləmə qabiliyyətimizi inkişaf etdirmək istəyirik, ancaq niyə istəyirik? Dinləmə danışıq qədər vacibdir. Əvvəla dinləmə qabiliyyətinizi yaxşılaşdırmaqla insanlarla daha keyfiyyətli, düzgün və yaxşı əlaqə qura biləcəksiniz. Nəticə etibarı ilə əgər qarşınızdakı tərəf və ya tərəflərin nə dediyini başa düşməsəniz və ya yanlış, yarımçıq başa düşsəniz, cavabınız da məqbul olmayacaq. Bundan əlavə, dinləmə qabiliyyətiniz yaxşılaşdıqdan sonra danışılanı anlamaq üçün fokuslanmağınıza ehtiyac qalmayacaq. Uzaqdan gələn səsi belə başa düşə biləcəksiniz. Dinləmə bacarığı sayəsində fərqli ləhcə ilə danışanları anlaya biləcəksiniz. Nəticə etibarı ilə real həyatda hamı mükəmməl şəkildə, bütün qaydalara riayət edərək danışmır, hər kəsin öz individual danışıq tərzi, tələffüz şəkli var. 

Son olaraq, Ştefan Svayqın da dediyi kimi, az anlamaq, tərs anlamaqdan yaxşıdır. Ola bilər ki, bu gün az başa düşürsünüz, lakin iradənizlə bütün azları çox edə bilərsiniz.

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 30, 2021 | 6 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu