Dünyanın top 10 universiteti

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Aug 30, 2021 | 5 dəq oxu
Dünyanın top 10 universiteti

   Hər bir universitet təhsil keyfiyyətinə görə müəyyən pillədə yer alır. Təhsil alacaqları universitetlərin reytinqi ilə də maraqlananların sayı da az deyil. Ancaq onu da qeyd edim ki, yüksək səviyyəli universitetə qəbul olmaq üçün həmin universitetdən asılı olaraq tələbədən bir çox kriteriyalar tələb olunur. İndi isə hamıya maraqlı olan  dünyanın top 10 universitetləri ilə tanış olaq. Siyahı beynəlxalq paneli təşkil edən akademiklərin rəyləri əsasında hazırlanıb.

1. Harvard Universiteti

2. Masaçuset Texnologiya İnstitutu

3. Stanford Universiteti

4. Kembric Universiteti

5. Oksford Universiteti

6. Kaliforniya, Berkeley Universiteti

7. Prinston Universiteti

8. Yale Universiteti

9. Kolumbiya Universiteti

10. Kaliforniya Texnologiya İnstitutu

     Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Yeri gəlmişkən onu da qeyd edim ki, azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox üz tutduğu ölkələrdən olan Türkiyə və Rusiyanın heç bir universiteti ən güclü 100 universitet sırasında belə yer almayıb. Bir çox mənbələrdə dünyanın 100 top universiteti sırasına Asiya qitəsindən 17 ali təhsil ocağı daxil olduğu bildirilir. Ən yüksək reytinqə malik Asiya universitetləri sırasında Toku Universiteti 12-ci, Çinin Tsinqua Universiteti 18-ci, Pekin Universiteti 21-ci və Sinqapurun Milli Universiteti isə 26-cı yerləri tuturlar. İndi isə ayrı-ayrı həmin 10 universitet arasında ən çox diqqət mərkəzində olanlar barədə detallı məlumatlara nəzər salaq.

 

  • Harvard Universiteti

Bu universitetin əsası 1636-cı ilin 8 sentyabrında qoyulmuşdur. Universitetin əsas kapitalı 34,9 milyard ABŞ dollarıdır.Universitetdə 9 fakültə fəaliyyət göstərir.

  • İncəsənət və elmlər fakültəsi (Faculty of Arts and Sciences). Bura mühəndis və tətbiqi elmlər bölmələri daxildir:

  • Harvard kolleci (Harvard College) – bakalavr pilləsində təhsil alan tələbələr üçün (1636).

  • İncəsənət və elmlər aspiranturası (Graduate School of Arts and Sciences) – aspirantlar üçün (1872).

  • Təhsilin davam etdirilməsi bölməsi (Harvard Division of Continuing Education) – 2 məktəbdən ibarətdir: Harvard yay məktəbi (Harvard Summer School) (1871) və Harvard ixtisasartırma məktəbi (Harvard Extension School) (1909).

 

  • Tibb Məktəbi (Medical School) (1782) – tibb fakültəsi (Faculty of Medicine) və stomotologiya (Harvard School of Dental Medicine) (1867) 

  • Harvard İlahiyyat İnstitutu (Harvard Divinity School) (1816).

  • Harvard Hüquq Elmləri İnstitutu (Harvard Law School) (1817).

  • Harvard Biznes İnstitutu (Harvard Business School) (1908).

  •  Dizayn Aspiranturası (Graduate School of Design) (1914).

  •  Pedaqoji Elmlər Aspiranturası (Harvard Graduate School of Education) (1920).

  •  Səhiyyə İnstitutu (Harvard School of Public Heath) (1922).

  • Con F.Kennedi adına Dövlət İdarəetmə İnstitutu (Jonn F. Kennedy School of Government) (1936).

     Demək olar ki, burada 2300 müəllim fəaliyyət göstərir. Onların arasında 43 Nobel mükafatçısı var. Harvardda 1 il təhsil almaq orta hesabla 42,000 dollara başa gəlir. Tələbələrin üçdə iki hissəsi təqaüd alır, bu xarici tələbələrə də aiddir. Harvard Universitetinə qəbul qaydaları çox mürəkkəbdir, sənədlərini təqdim edənlərin yalnız 20 %-ə qədəri Harvard tələbəsi adına yiyələnmək şansı qazanır. Qəbul 2 mərhələdə aparılır: test və müsahibə.

 

  • Masaçuset Texnologiya İnstitutu

    Masaçuset Texnologiya İnstitutu (MİT) 1861-ci ildə qurulmuşdur və əsasən də elmi və texnoloji fənlərə yer verilir. MİT təhsil və ödənişləri həm yerli, həm də xarici tələbələr üçün olduqca baha başa gəlir. MİT lisenziya və magistr təhsili ildə 49,580 dollardır, məzunlar üçün magistr proqramlarının qiyməti isə proqramın özündən asılıdır. MİT-dəki otaq ildə $ 14,210 təşkil edir və ödəniş təhsil haqqına əlavə olunur. 

 

  • Oksford Universiteti

   Oksford Universiteti unikal tutor təhsil sistemindən istifadə edir. Bunun sayəsində hər bir tələbəyə seçdiyi ixtisas üzrə mütəxəssis-qəyyum təyin edilir. Tələbələrin əsas hazırlıq istiqamətləri humanitar, riyaziyyat, fizika, sosial elmlər, tibb, həyat və ətraf mühit elmləridr. Oksford Universitetində oxumaq üçün əlbəttə ki, ingilis dilini yüksək səviyyədə bilmək vacibdir. Beynəlxalq imtahanlarda göstəriciləri  IELTS 6.5, TOEFL 230 olan şəxslər bu cür nəticəli sertifikatları ilə Oksforda qəbul ola bilərlər. Lakin təhsil haqqı bahadır. Ümumilikdə, Oksford Universitetində təhsil almaq istəyən tələbə yaşayış və digər xərclərlə birgə 1 ilə minimum 30-40 min funt arası və daha çox pul xərcləməlidir. Əlbəttə ki, təhsil haqqı fakültəyə görə dəyişir.

 

Kaliforniya Texnologiya İnstitutu (Caltec)

Kaltek İnstitutunda oxumaq həqiqətən də çox çətin prosesdir. Tələbələrdən qısa müddət ərzində kifayət qədər çox informasiyı mənimsəmələri tələb olunur. Burada oxuyan tələbələr arasında məşhur bir deyim var: “Təhsil, yuxu, ictimai həyat: üçündən ikisini seç”. Ali məktəbin ən yüksək fakültəsi fizika və biologiya fakültəsidir. Digər Amerika ali məktəblərindən fərqli olaraq, Kaltekdə təhsil müddəti 4 il deyil, 5 ildir. Kaltekdə tədris olunan ixtisaslar əsas və əlavə ixtisaslara bölünmür. Tələbələr bir və ya iki fənn üzrə müxtəlif bölmələrdə ixtisaslaşa bilərlər.Kaltek dəqiq elmlər üzrə icbari kurs proqramlarının olması ilə digər ali məktəblərdən seçilir. Bütün tələbələr 3-5 semestr riyaziyyat, diferensial bərabərlik və statistika, 5 semestr fizika, kvant mexanikası, 2 semestr kimya və 3 semestr biologiya keçirlər. Bütün tələbələr tədrisin 2 semestrini laboratoriya şəraitində aparmalı, 12 semestr humanitar və ictimai elmlər sahəsində kurs keçməlidirlər. Kaltek İnstitutuna qəbul rəqabət əsasında aparılır. Hər il minlərlə tələbə ABŞ-dan və dünyanın müxtəlif yerlərindən Kaltek İnstitutuna təhsil almaq üçün gəlir. Tələbələrə instituta qəbul üçün ərizə formasını doldurarkən diqqətli olmaq və bütün suallara tam cavab vermək tövsiyə edilir, çünki Kaltek İnstitutunda oxumaq istəyən hər bir tələbənin ərizəsinə ayrı-ayrılıqda diqqətlə baxılır.

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Aug 30, 2021 | 5 dəq oxu