İngilis dili A1 səviyyəsində

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 3 dəq oxu
A1 səviyyəsində ingilis dili

“Belə baxanda ingilis dilində səlis danışıram” 

Özünüzə heç belə demisiniz? Ümumiyyətlə, bu nə deməkdir? Bu o deməkdir ki, siz ingilis dilini C2 səviyyəsində bilirsiniz və artıq dil öyrənmə zirvəsini fəth etmisiniz?

Əslində, ingilis dilindəki “fluency” (səlislik) kəlməsi C2 səviyyəsindən 2 səviyyə aşağıdan başlayır! Biz bunu Avropa Şurasının Dillər üzrə Ümumavropa Çərçivə Sənədinə (CEFR) əsasən bilirik. Bu sənəd dil qabiliyyətini müəyyən etmək üçün beynəlxalq göstərişdir, A1-dən (başlanğıc səviyyədə olanlar) C2-yə (yaxşı danışanlar) qədər şkaladan istifadə edir. 

CEFR səviyyənizi yoxlamaq üçün bir çox pulsuz onlayn sınaqlardan keçə bilərsiniz. Bundan əlavə, IELTS kimi rəsmi dil peşəkarlığı testlərini də yoxlaya bilərsiniz, bu imtahan sizə işə götürənlərə, kolleclər və universitetlərə təqdim etmək üçün sertifikat verir. 

Bu bələdçi sizə ingilis dili bacarıqlarınızı səviyyə üzrə müqayisə etməyə və hər səviyyəni əldə etməyin nə qədər zaman alacağını dəyərləndirməyə yardım edəcək. Həmçinin, növbəti məqsədinizə çatmaq üçün bir neçə faydalı məsləhət əldə edəcəksiniz. Gəlin, başlayaq! 

 

İngilis dilində səviyyələr: Qısa icmal

 

1. Başlanğıc (beginner): CEFR Səviyyə A1

“I am Groot” 

“Mən Qrutam”

 

A1 ingilis dili səviyyəsi haqqında bilməli olduqlarınız 

Eyni zamanda “güclü beginner” səviyyəsi kimi tanınan A1 səviyyəsində dil biliyiniz olduqca az olur. Lakin çox istifadə olunan ifadələr və söz ehtiyatı ilə gündəlik situasiyaları (situasiya sizə məlumdursa) idarə etməyi bacarırsınız. Bu o deməkdir ki, London, Vankuver, yaxud Los-Anceles şəhərlərində gəzə bilərsiz, ancaq çox çətin və min dəfə “Google Tərcümə”ni açmaqla! A1 səviyyəsində ingiliscə danışanlar asta danışırlar və düzgün sözü axtarıb tapana qədər pauza edirlər, odur ki, real söhbət qurmaq doğma dilində danışanlardan səbr tələb edə bilər.  

Bu səviyyədə söz ehtiyatı təxminən 700 söz təşkil edir. Bu rəqəm çox səslənə bilər, lakin təəcüblüdür ki, işlətmək üçün əslində azdır. A1 Kembric imtahanından keçmək üçün ingilis dilinə təxminən 100 saat sərf olunur. 

 

A1 səviyyəsində nə etmək olar

A1 səviyyəsində ingilis dili öyrənənlər: 

  • Sadə salamlaşma və söhbət mövzuları ilə (hava kimi) sadəcə özlərini təqdim edə bilirlər.

  • Yerli əhalidən sadə istiqamətlər öyrənə bilərlər.

  • Sadə işarələr, posterlər və qeydləri oxumaqla şəhərlərdə gəzişə bilərlər. 

  • Hobbiləri və maraqları haqqında çox sadə təsvirlər yaza bilərlər.

 

A1 səviyyəsinə çatmaq üçün tövsiyələr

A1 bacarığına çatmağın ən yaxşı yolu öyrənməyə başlamaq və əl çəkməməkdir! Yeni bacarıqları qazanmağa gəldikdə isə hər kəsin sıfırdan başlamağa ehtiyacı var. Ən böyük çətinliklərdən biri tapşırıqdan uzaqlaşmamaq. İlk əvvəl, utanacaqsız və səhvlər edəcəksiniz. Lakin bu, ingilis dilində peşəkarlıq səviyyənizi yüksəltmək üçün qəbul etməli olduğunuz bir şeydir. Bu məqamda DillBill platformasına qoşulmaqla bildiklərinizi daha da möhkəmləndirə və növbəti mərhələyə daha qısa zamanda keçid edə bilərsiniz.

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 3 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu