İngilis dili A2 səviyyəsində

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu
İngilis dili A2 səviyyəsində

İlkin-orta (pre-intermediate): CEFR Səviyyə A2

“Try not. Do or do not. There is no try.”
A2 English speaker.

“Qeyrisini yoxla. Et, yaxud etmə. Cəhd yoxdur.”
 

A2 ingilis dili səviyyəsi haqqında bilməli olduqlarınız  

A2 bacarığı ilə — və ya elementar (elementary) səviyyədə—gündəlik aparılan müzakirələrdə iştirak edə bilərsiniz və fikrinizi ifadə edə bilərsiniz, lakin sırf tanış mövzularda və çox sadə yollarla. Bu mərhələdə keçmiş və gələcək zamanların fərqinə varmış olacaqsınız. Çox ehtimal ki, müzakirəniz hələ də çox qısa sürəcək və söhbəti idarə etməyi yerli söhbət partnyorunuza həvalə edəcəksiniz. Buna baxmayaraq, yerli söhbət partnyorunun sizlə olan təcrübəsi A1 səviyyəsində danışandan daha yaxşı olacaq. 

A2 səviyyəsinə çatan zaman artıq sizin 1500 sözdən ibarət işlək lüğətiniz olacaq, əlavə olaraq, yaxşı qrammatika qavrayışı formalaşacaq. A2 Kembric imtahanından keçmək üçün ingilis dilini öyrənməyə təxminən 180-200 saat sərf olunur. 

 

A2 səviyyəsində nə etmək olar

A2 səviyyəsində ingilis dili öyrənənlər:

  • İngilis dilində danışan adamlarla tanış mövzularda fikir mübadiləsi apara bilərlər..

  • Alış-veriş, ailə və iş kimi sahələrdə yavaş-yavaş, lakin tez-tez istifadə olunan ifadələri anlaya bilərlər.

  • Sadə şərtlərdə anında yardım məsələləri, sadə təsvirlər haqqında yaza bilərlər. 

  • Çox tez-tez istifadə olunan lüğət və paylaşılan beynəlxalq ifadələri özündə əks etdirən qısa, sadə mətnləri oxuya bilərlər.

 

A2 səviyyəsinə çatmaq üçün tövsiyələr

Texniki baxımdan, A2 səviyyəsinin hələ də “başlanğıc səviyyə” olmasına baxmayaraq, bura da çatmaq üçün xeyli yol qət etməlisiniz. Bu nöqtəyə qədər siz söhbətlərə (mürəkkəb olmayan) başlamalısınız! Bir mühüm tövsiyə: gündəlik həyatda qarşıya çıxa bilən söhbət mövzuları üzərində işləyin. Öyrənməyin digər bir səmərəli yolu, həm də sadə söhbətlərdə demək istəyə biləcəyiniz hər bir şeyi, məsələn, özünüz haqqında məlumatı, hobbilərinizi, tövsiyə etdiyiniz restoranları və s. “şparqalka” və ya dəftərçədə qeyd edin. Bu mərhələdə siz həm də feillərin təsrifi, keçmiş və ya gələcək zaman formalarına ciddi nəzər yetirməlisiniz.

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu