İngilis dili B1 səviyyəsində

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu
İngilis dili B1 səviyyəsində

Orta (intermediate): CEFR Səviyyə B1

“‘Grey Worm’ gives me pride, it is a lucky name. The name this was born with was cursed”

“‘Grey Worm’ mənə qürur hissi verir, uğurlu addır. Bu adla doğulan lənətlənmişdi”

 

B1 ingilis dili səviyyəsi haqqında bilməli olduqlarınız  

A2 və B1 arasındaı fərq  böyükdür və bu o deməkdir ki, siz ingilis dilində lazım olan səviyyəni qazanmısınız. Geyim mağazasına, restorana gedib heç bir problem  olmadan işçilərdən nəsə istəyə bilirsinizsə, deməli, bu səviyyəyə çatmısınız. Lakin sizə tanış olan hər hansı bir mövzunu müzakirə edərkən cümlə qurma sürətiniz ləng ola bilər və hələ də bəzi çətinliklər hiss edə bilərsiniz. Bu səviyyədə artıq tələbələr əsasları mənimsəmiş olsalar da ingilis dilində sərbəst işləyə və ya təhsil ala bilmirlər. Halbuki, gündəlik məişət problemlərini həll edə bilirsiniz - hazır olmadığınız söhbətlərə qatılır və ya səyahət zamanı meydana çıxan problemlərin öhdəsindən gəlirsiniz. 

B1 səviyyəsinə çatdıqda işlək söz lüğətiniz 2500 söz təşkil etməlidir və təxminən yarısını müəyyən tezliklə istifadə etməlisiniz. B1 Kembric imtahanından keçmək üçün ingilis dilini öyrənməyə təxminən 350-400 saat lazım olur. 

 

B1 səviyyəsində nə etmək olar

B1 səviyyəsində ingilis dili öyrənənlər:

  • Təcrübələrini və arzularını təsvir edə bilərlər.

  • İngilis dilində TV proqramlara qulaq asa və danışılanları anlaya bilərlər, lakin ingilis dilində alt yazılara ehtiyac var. 

  • Sadə ingilis dili hekayələrinin süjetini izləyə və xəbərlərə qulaq asıb nə baş verdiyini başa düşə bilərlər.

  • Tanış olan və ya şəxsi maraqları olan mövzular üzrə mətnlər yaza bilərlər.

 

B1 səviyyəsinə çatmaq üçün tövsiyələr

Bu səviyyədə ingiliscə danışa bilmək üçün ən mühüm tövsiyə müntəzəm, tam ciddi öyrənmə rejimi planlaşdırmaqdır. Bir gündə 10 dəqiqə normaldır, lakin 30 dəqiqə daha yaxşıdır! Bu yolla siz daha tez və qənaətbəxş nəticələr hiss etməyə başlayacaqsınız. Başlanğıc və orta səviyyələr arasındakı sərhədi keçmək üçün siz həm də davamlı etdiyiniz səhvlərə baxmalı və onları bir-bir düzəltməyə çalışmalısınız. Bu işdə sizə “DillBill”in onlayn ingilis dili müəllimləri ümumi səhvləri aradan qaldırmağa kömək edə bilər. Söz ehtiyatınızı zənginləşdirmək üçün söz xəzinənizə daha çox ifadələr əlavə etməyə də başlamalısınız. Ayrı-ayrı sözlər əvəzinə, bütöv cümlələr, söz birləşmələri və ya frazeoloji birləşmələr kimi “bloklar” öyrənməklə daha asan söhbətlər qura bilərsiniz. 

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu