İngilis dili B2 səviyyəsində

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu
İngilis dili B2 səviyyəsində

Üst orta (upper-intermediate): CEFR Səviyyə B2

“Offend Dobby? Dobby has heard of your greatness, sir… but never has he been asked to sit down by a wizard, like an equal.”

“Dobbini incitmək? Dobbi sizin əzəmətinizdən xəbərdardır, cənab… ancaq heç vaxt bir cadugərin yanında tay-tuşu kimi əyləşməyi ona söyləməmişdilər.”
 

B2 ingilis dili səviyyəsi haqqında bilməli olduqlarınız  

Səlis ingilis dili səviyyəsinə xoş gəlmisiniz B2 səviyyəsində siz artıq tam özünəinamlısınız  və ingilis dilində danışıq, yazı, dinləmə və oxuya nəzarət sizin əlinizdədir. Bu səviyyədə ingilis dili ingilisdilli iş yerlərində, məktəblərdə və kolleclərdə fəaliyyət üçün yetərlidir və siz artıq adi müzakirələr zamanı mürəkkəb cümlələr qura bilərsiniz, diliniz təbii səslənir. Əlbəttə ki, ingiliscəniz özünəməxsus aksentlə olacaq. Siz Kant fəlsəfəsi üzrə çıxış etmək üçün tam hazır deyilsiniz. Lakin dil bacarıqlarınız ingilisdilli ölkədə rahat yaşamaq və ingilisdilli ofisdə işləmək üçün yetərlidir.  B2 səviyyəsinə çatdıqda işlək söz lüğətiniz 4000 söz təşkil etməlidir. B2 Kembric imtahanından keçmək üçün ingilis dilinə təxminən 500-600 saat lazım olur.

B2 səviyyəsində nə etmək olar

B2 səviyyəsində ingilis dili öyrənənlər: 

  • Məlumatlı olduğunuz müzakirələrdə aktiv iştirak edə, müvafiq izahlar verə, arqumentlər gətirə bilərlər.

  • Mövzu kifayət qədər aydın olduqda orta sürətlə edilən çıxışları başa düşə bilərlər.   

  • Mürəkkəb mətn, eləcə də müasir bədii nəsr, məqalələr və hesabatlar oxuyarkən əsas ideyaları başa düşə bilərlər.  

  • Öz maraqları və ya bilik sahələrinə aid olan mövzular üzrə aydın, ətraflı mətnlər yaza bilərlər.

 

B2 səviyyəsinə çatmaq üçün tövsiyələr

   Üst orta ingilis dili səviyyəsində sanki inkişaf yavaş gedir. Bu, başqa cür dil öyrənmə yaylası kimi tanınır. Sadəcə, B2 bacarığına yiyələnmək və irəliləyiş hiss eləmək üçün daha çox risk gözə almalısınız. Bu, artıq sizə tanış olmayan mövzularda danışmaq, ingilis dilində məqalələr yazmaq və özünüzü dil haqqında biliklərinizi genişləndirməyə məcbur etmək deməkdir. Bu mərhələdə dil daşıyıcılarının necə düzgün danışmalarına, ifadələr qurmalarına, idiomlardan istifadə etmələrinə diqqət etməli, daha mürəkkəb mövzularda müzakirələr aparmalısınız. Həmçinin, onlardan harda səhv etdiyinizi və ya hər hansı bir ifadənin harda daha düzgün səslənməli olduğunu soruşmalısınız. Vacib məqam sizin harda yanlış etməyinizə hətta əvvəlkindən daha çox diqqət yetirmənizdir.

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu