İngilis dili C1 səviyyəsində

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu
İngilis dili C1 səviyyəsində

İrəli (advanced): CEFR Səviyyə C1

“Confident people have a way of carrying themselves that makes others more attracted to them.”

“İnamlı insanların digərlərini özlərinə cəlb etmək üçün özlərini aparma yolları vardır.

 

C1 ingilis dili səviyyəsi haqqında bilməli olduqlarınız  

C1 yüksək səviyyəli ingilis dilidir. C1 istifadəçiləri ingilis dilində asanlıqla danışa bilirlər və (demək olar ki!) dilin bütün çətinliklərini qavrayırlar. Bu məqamda siz hətta tanış olmayan mövzularda belə daha uzun müzakirələrə qoşula biləcəksiniz. Həmçinin, daha uzun ingilisdilli mətnləri başa düşəcəksiniz. Bu mərhələdə ingilis dilindən iş və təhsil məqsədləri üçün günbəgün daha çox istifadə edə biləcəksiniz. Əgər çoxlarının “səlis” hesab etdiyi səviyyə B2-dirsə, C1 əlavə xırdalıqları və qavrayışla birgə olan səlislikdir. C1 səviyyəsində dildə olan bəzi zarafatları başa düşə və özünüzü bər-bəzəkli ifadələrlə ifadə edə biləcəksiniz.

C1 səviyyəsinə çatdıqda sizin işlək söz lüğətiniz təxminən 8000 söz təşkil etməlidir.  Bu, B2-dən 2 dəfə çoxdur. C1 Kembric imtahanından keçmək üçün ingilis dilinə təxminən 700-800 saat lazım olur.

 

C1 səviyyəsində nə etmək olar

C1 səviyyəsində ingilis dili öyrənənlər: 

  • Fikirlərini səlis ifadə edə bilərlər və həmin dildə təqdimatlar hazırlaya bilərlər.

  • İncə zarafatları anlaya və danışıq əsnasında sətiraltı mənaları tuta bilərlər.   

  • Daha uzun-uzadı mətnləri anlaya bilərlər.  

  • Müxtəlif məzmunlu mövzular üzrə ətraflı yaza və tanış olmayan mövzulara da rahatlıqla yanaşa bilərlər.

 

C1 səviyyəsinə çatmaq üçün tövsiyələr

   C1 səviyyəsinə sıçrayış etmək üçün ən yaxşı tövsiyə ingilis dilindən bu məlumatı öyrənmək üçün alət olaraq istifadə etməklə yeni bacarıqlar öyrənməkdir. Məsələn, karyeranız və ya şəxsi maraqlarınız üçün təkmilləşmək məqsədilə kurs götürürsünüzsə, ingilis dili bacarıqlarınızı da 2 dəfə artırmağa çalışmalısınız. Bu yolla, təkcə yeni bacarıq əldə etməyəcək, həm də həmin mövzuya xas olan xeyli söz öyrənəcəksiniz. Burada istifadə etdiyiniz ifadələri işlətməyi öyrənəcək, onları öz aktiv lüğətinizə daxil edəcəksiniz. Aktiv tələbə olmaq üçün kursda eşitdiyiniz və ya oxuduğunuz hər hansı 5 ifadəni dəftərçədə qeyd edin. Daha sonra həmin ifadə və ya birləşmələrdən hər birini 5 müxtəlif şəkildə istifadə edin.

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu