İngilis dili C2 səviyyəsində

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu
İngilis dili C2 səviyyəsində

Mütəxəssis (Mastery): CEFR Səviyyə C2

“‘Supposedly, or so I have heard, some expect my speech to pave the way for a fundamental reform of the European architecture which will satisfy all kinds of alleged or actual British wishes. I am afraid they are in for a disappointment.’”.

“‘Guya ya da mən eşitdiyimə görə, bəziləri mənim nitqimin hər cür saxta, yaxud da həqiqi Britaniya arzularını təmin edəcək Avropa memarlığının fundamental islahatı üçün zəmin yaratdığını güman edirlər. Qorxuram ki, onlar məyus olmaq istəyirlər.’”

 

C2 ingilis dili səviyyəsi haqqında bilməli olduqlarınız  

C2 ən yüksək ingilis dili səviyyəsidir, ona görə də buna “mütəxəssis” səviyyəsi deyilir. Bu səviyyə göstərir ki, danışan tam inamla və dilə nəzarətlə ana dili kimi danışır. C2 səviyyəsindəki ingilis dili istifadəçiləri incəliklərlə birgə və fikrini məntiqli çatdırmaqla istənilən mövzuda rahat yazır və ya danışırlar. Siz həm də tam səlis oxuya, eləcə də nitqi tam səlis başa düşə bilərsiniz. C2 o deməkdir ki, ingilis dilində gündəlik həyatınızı çox cüzi məhdudiyyətlərlə idarə edirsiniz və akademik, yaxud da işgüzar ortamlarda dildən olduqca rahat istifadə edirsiniz. 

C2 səviyyəsinə çatdıqda sizin işlək söz lüğətiniz təxminən 1600 söz təşkil etməlidir. C2 Kembric imtahanından keçmək üçün ingilzs dilinə təxminən 1000-1200 saat lazım olur.

 

C2 səviyyəsində nə etmək olar

C2 səviyyəsində ingilis dili öyrənənlər: 

  • Özlərini tam rahat və səlis ifadə edə bilərlər və bütün situasiyalardan inamla çıxa bilərlər.

  • Düzgün arqumentlər gətirməklə məlumatları yekunlaşdırma bacarığıyla ətraflı və dəqiq yaza bilərlər.   

  • Dilə aid hər şeyi asanlıqla anlaya bilərlər.

  • Mürəkkəb, texniki mətnləri sürətlə oxuya bilərlər.   

 

C2 səviyyəsinə çatmaq üçün tövsiyələr

   C2 səviyyəsində olmağın açarı dili tamamilə öz həyatınıza inteqrasiya etməkdir. Dildən gündəlik istifadə etməklə və dil daşıyıcıları ilə danışmaqla prosesi sürətləndirə və C2 səviyyəsinə yaxınlaşa bilərsiniz. Komfort zonanızdan çıxıb spontan debatlara, müzakirələrə qatılın. Beləcə, müzakirələr haqqında artıq əvvəlcədən düşünməli olmayacaqsınız. Buna nail olmağın bir yolu öz dilinizi istifadə edə bilməyəcəyiniz ingilisdilli bir ölkəyə köçməkdir. Bu, sizi daha sürətli öyrəşdirəcək. Lakin daha az radikal olan bir təcrübə axtarışındasınızsa, niyə də “DillBill”də ingilisdilli müəllimlə müntəzəm dərslər götürməyəsiniz?

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 2 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu