TOEFL imtahanı üçün ən yaxşı kitablar

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 30, 2021 | 4 dəq oxu
TOEFL imtahanı üçün ən yaxşı kitablar

   Günümüzdə ingilis dili hər qapının açarıdır. Təbii olaraq da ingilis dilini yaxşı bilməyin bir çox üstünlükləri olur. Lakin bilmək kifayət etmir, bildiyinizi təsdiq etmək daha mühüm məqamdır. Dünyada ən çox bilinən ingilis dili sertifikatlarından biri TOEFL-dır. 

 

TOEFL imtahani haqqında ümumi məlumat və qiymətlər

Gəlin TOEFL üçün ən yaxşı kitablar barədə danışmazdan əvvəl bu imtahan sistemi haqqında çox qısa məlumatlanaq. TOEFL (ing. Test of English as a Foreign Language) Xarici Dil kimi İngilis Dili Testi mənasına gəlir. TOEFL sistemi ABŞ-ın Təhsil Test Xidməti adlı (ing. Educational Testing Service) şirkətinə məxsusdur və 150-dən çox ölkədə 11,000-dən çox universitet və institut tərəfindən qəbul olunur. İmtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL Amerika markası olduğu üçün imtahan amerikan variantı əsasında keçirilir. Sistemin həm kağız üzərində, həm də elektron formada imtahanı var. Lakin əksər hallarda elektron formada keçirilir. İmtahan 4 hissədən ibarətdir: oxu (ing. reading), yazı (ing. writing), danışıq (ing. speaking) və dinləmə (ing. listening). İmtahanın 4 hissəsi də 1 gün ərzində keçirilir. Oxu hissəsi üçün 54-72 dəqiqə arası, yazı hissəsi üçün 50 dəqiqə, dinləmə hissəsi üçün 41-57 dəqiqə arası, danışıq hissəsi üçün isə 17 dəqiqə vaxt verilir. İştirakçıların ümumi nəticəsi 0-120 bal arası qiymətləndirilir. Hər bir hissə üçün maksimal bal 30-dur. Yekunda hissələrin balları toplanılır. TOEFL imtahanı həftədə 1 dəfə keçirilir və imtahandan 1 ay sonra yenidən iştirak edə bilərsiniz. İmtahana giriş qiyməti 332 AZN-dir. TOEFL sertifikatının etibarlılıq müddəti 2 ildir. İmtahan suallarının konteksti ilə tanış olmaq üçün sistemin saytına nəzər sala bilərsiniz.

TOEFL hazırlaşarkən məsləhət görülən kitablar

Əgər TOEFL-a hazırlaşmağa qərar vermisinizsə, özünüzə ciddi hazırlıq sistemi qurmalısınız. Kursa getsəniz də, getməsəniz də, kitablar bu işin əhəmiyyətli bir parçasıdır. İmtahan suallarının formatını daha yaxşı başa düşmək, ingilis dilini inkişaf etdirmək məqsədilə müxtəlif mənbələrdə aşağıdakı kitablar tövsiyə olunur. 

  • Cambridge Preparation for the TOEFL Test

Sual formatı ilə imtahan suallarına ən çox yaxınlaşan kitablardan biridir. İlk başlayanlar üçün bir az çətin ola bilər. Lakin imtahan suallarına oxşarlığı ilə olduqca sizə kömək edəcək.

  • TOEFL Preparation Book 2020 and 2021 by Test Prep Books

Əgər imtahana hazırlaşmaq üçün vaxtınız məhduddursa bu kitab tam da sizə görədir. Kitabın proqramı sayəsində özünüzün fokuslanmadığınız, lakin mühüm olan məsələlərə, lazımlı suallara cəld şəkildə nəzər yetirə biləcəksiniz. 

  • The Official Guide to the TOEFL Test, 6th Edition by ETS

TOEFL-a hazırlaşmaq üçün istifadə edilən ən etibarlı kitablardan biridir. Testin hər bölməsindəki praktiki suallar və izahlar sizə çox kömək edir. Həmçinin, hər sualın ən düzgün cavabını təfsilatı ilə izah edir.

  •  TOEFL Pocket Vocabulary by Kaplan

Bu kitab sizi TOEFL-a hazırlamır. Sadəcə hazırlaşmağınız üçün zəmin yaradır. Əgər söz bazanızı genişləndirmək istəyirsinizsə bu kitabdan istifadə edə bilərsiniz. Kitabda TOEFL imtahanında ən çox rast gəlinən 600 söz var.

  • TOEFL Preparation Book by Mometrix

Kitabda bir çox izahlı test sualları yer alır. Həmçinin, bu sualların video şəklində təfərrüatlı izahı da onlayn şəkildə mövcuddur.

  •  TOEFL iBT Prep Plus by Kaplan Digər Kaplan kitabından fərqli olaraq bu kitab hərtərəfli TOEFL bələdçisidir. Kitabda yer alan praktik suallar sayəsində öyrəndiyiniz məlumatları uzun müddət yadda saxlaya biləcəksiniz.

  • Practice Exercises for the TOEFL, by Barron's (8th Edition)

Bu kitabda həm kağız üzərində, həm də kompüter əsaslı imtahan üçün uyğun suallar yer alır.

Kitablardan əlavə bu gün təhsilin əhəmiyyətli bir hissəsini onlayn kurslar təşkil edir. TOEFL-a hazırlaşarkən istifadə edə biləcəyiniz onlayn kurslar aşağıdakılardır.

  •  ETS: TOEFL Test Preparation

Bu onlayn kurs TOEFL imtahan sistemini hazırlayan şirkətə məxsusdur. Ona görə də kursun məlumatları tam olaraq imtahanı əhatə edir.

  •  Magoosh Online Prep

TOEFL imtahanının hissələrini tam əhatə edən suallar və video dərslərlə sizə yaxşı bələdçi ola bilər.

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Aug 30, 2021 | 4 dəq oxu


Əlaqəli məqalələr

TOEFL imtahanından uğurla keçmək üçün 5 addım
İMTAHANLAR

TOEFL imtahanından uğurla keçmək üçün 5 addım

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 16 dəq oxu
YÖS imtahanı vasitəsilə tələbələr həm özəl, həm də dövlət universitetlərinə müraciət edə bilərlər. YÖS rəqabətin yüksək olduğu bir imtahandır.
İMTAHANLAR

YÖS imtahanı nə üçündür?

Müəllif: Arzu Ələkbərsoy
Sep 02, 2021 | 2 dəq oxu