Türkiyədə yataqxana və ev qiymətləri

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Sep 02, 2021 | 8 dəq oxu
 Türkiyədə yataqxana və ev qiymətləri

   Attestatla Türkiyə Universitetlərinə qəbul olduqdan sonra tələbələri ən çox narahat edən məsələlərdən biri də yerləşmə prosesidir. Türkiyədə tələbələr üçün həm kirayə, həm də yataqxana kimi yerləşmə xidmətləri var. Onların qiymətləri bölgələrdən asılı olaraq dəyişir. Yataqxanalar dövlət və özəl olaraq iki yerə ayrılır. Son illərdə dövlət yataqxanaları azərbaycanlı tələbələri qəbul etmir. Buna görə də tələbələr universitetin ilk ilini əsasən özəl yataqxanalarda, yaxud kirayə evlərdə qalırlar. Əslində, Türkiyədə yataqxana və evlərin qiyməti Azərbaycana nisbətən daha ucuzdur. Təbii ki, mərkəzi yerlərdə qiymət daha bahadır. Bəs Türkiyədə özəl yataqxana qiymətləri təxminən necədir? Türkiyədəki bu yataqxanaları quran və idarə edən özəl şirkətlər fərqli xidmətlərlə rahat və münasib şərtlərlə yaşamaq üçün tələbələri ən yaxşı mənzillərlə təmin edir və ən əsası xidmət, psixoloji rifah baxımından özəl yataqxanalar dövlət yataqxanalarından və qrantlardan daha üstün hesab olunur. Özəl yataqxanalarda yaşayan tələbələr daha çox sərbəstdir. Tələbələr tam təhlükəsizlik xidmətləri ilə təmin olunurlar. Digər üstün cəhəti isə eyni otaqda qalan tələbələrin sayının az olmasıdır. Bu da öz növbəsində rahatlıq və sakitlik baxımından daha xoş atmosfer yaradır. Ümumiyyətlə, bu yataqxanalar Türkiyədəki dövlət və vəqf universitetlərinə yaxındır və təbii ki, bəzi universitetlərə məxsus özəl yataqxanalar da var. Türkiyədəki bu cür yataqxanalar, aşağıdakılar daxil olmaqla, müxtəlif xidmətlər təklif edir:

  • Tək (bir nəfərlik), iki və üç nəfərlik otaqlar da daxil olmaqla bir neçə otaqdan ibarət olur və kirayə qiyməti otaqların sayına görə dəyişir.

  •  Gündə iki və ya üç dəfə yemək verilir və səhər yeməyi buna daxildir.

  •  Pulsuz internet xidməti;

  • Ayrıca camaşırxana və təmizlik xidmətləri;

  •  Oxumaq və işləmək üçün səssiz məkanlar;

        Tələbə yataqxanaları ilə yanaşı qızlar üçün ayrı yataqxana imkanları var. Ümumiyyətlə, Türkiyədə özəl yataqxana xidmətləri onu quran şirkətə görə dəyişir. Belə ki, aylıq kirayə haqqı nə qədər yüksəkdirsə, xidmətlər bir o qədər də keyfiyyətli olur. Bu özəl yataqxanalar həm də müəyyən bir universitetin - tibb və ya mühəndislik kimi xüsusi ixtisaslı tələbələr üçün nəzərdə tutula bilər. Yataqxanada qalmaq üçün tələbələr Türkiyə universitetlərində təhsil aldıqlarını sübut edən rəsmi sənədləri təqdim etmək məcburiyyətindədirlər.

  •   Türkiyədə gənclər evi (gençlik konutları)

   Türkiyədəki xarici tələbələr, dövlət yataqxanalarında və ya hətta fərdi yaşayış yerlərində uyğun qiymətə mənzil əldə etməkdə çətinlik çəkdiklərinə görə onlar tələbə və gənclərin yaşadıqları adi mənzillər hesab edilən gənclər evində yerləşmək üçün müraciət edə bilərlər. Türkiyədə kirayə ümumiyyətlə bir illikdir, buna görə də tələbələr daha çox bu tipli yaşayış yerlərinə müraciət edirlər. Tələbə adətən bu mənzillərdə yaşamaq üçün aylıq kirayə haqqı ödəməlidir. Bu kirayə haqqına aşağıdakı xidmətlər daxildir: internet, elektrik, qaz və su xidmətləri və mənzilə uyğun olaraq digər xidmətlər, lakin təmizlik xidməti istisnadır. Türkiyədə tələbələr üçün bu tipli mənzillərin dəyəri də yerləşdiyi bölgə, məhəllə və göstərdiyi xidmət növlərindən asılı olaraq dəyişir.

     

Türkiyədə Bölgələrdən asılı olaraq evlərin kirayə qiymətləri təxmini aşağıdakı kimidir.

  • Trabzon 390 TL

  • Bursa 490 - 860 TL

  • Kocaeli 525 TL

  • Eskişehir 560/660 TL

        Qeyd olunan qiymətlərə əsasən otaq başına 109/131 AZN düşür, iki və ya üç tələbə bir otağı paylaşa bilər, bu da kirayəni və digər xərcləri azaldır. Bu cür daha rahat və nisbətən daha ucuzdur. Trabzon, eyni zamanda, mənzil kirayəsi qiymətləri baxımından ən yaxşı bölgə hesab edilir və universitetləri arasında ən məşhuru Qaradəniz Texniki Universitetidir (KTU). Xüsusilə,Türkiyədəki gənclər və tələbə evləri üçün kirayə qiymətləri, mənzil xidmətləri, sakitlik və rahatlıq baxımdan ideal seçimdir. Bu universitetə ​​yaxın evlərin kirayə haqqı təxminən 390 TL yəni 77 AZN dəyərindədir. Xüsusilə, gənc və tələbə evləri üçün Türkiyədə ən aşağı kirayə haqqına sahib olan mebelli mənzillər də təklif edən mənzillər var. Avropa və Asiyanın qovşağında yerləşdiyinə görə İstanbulda kirayə evlər üçün sabit bir qiymət təyin etmək çətinləşir.

 

Bir otaq üçün orta aylıq kirayə haqqı bəzi məhəllələrdə təxminən aşağıdakı kimidir:

Gümüş 670 TL - 133.69 AZN

Esenyurt 815 TL - 162.62 AZN

Evegler 900 TL- 179.59 AZN

Bandik 950 TL - 189.56 AZN

Esenler 985 TL- 196.55 AZN

Ünlü Başk 1015 TL- 202.53 AZN

Kartal 1040 TL- 207.52 AZN

Bahçelievler 1080 TL- 215.50 AZN

Bayrampaşa 1140 TL- 227.47 AZN

Bağcılar 1240 TL- 247.43 AZN

Zeytinburnu 1360 TL- 271.37 AZN

       Azərbaycanlı tələbələrin ən çox qəbul olduqları universitetlərin əksəriyyəti paytaxt Ankara şəhərində yerləşir. Dövlət yataqxanalarında məskunlaşmayan və ya bu yataqxanalarda qalmağı seçməyən tələbələr özəl yataqxanalarda qalmağı seçirlər. Ankaradakı xüsusi yataqxanalar, fərqli qiymət aralığında və fərqli yerlərdə tələbələrə xidmət göstərir. Ümumiyyətlə, qiymətlər 600 ilə 1250 TL(119.72-249.42 AZN) arasında dəyişir. Tək nəfərin qalması üçün nəzərdə tutulan yataqxanaların qiymətləri bir neçə nəfərin qaldığı mənzillərlə müqayisədə olduqca yüksəkdir. Adətən 5-6 tələbənin yerləşdiyi yataqxana otaqlarının qiymətləri ayda təxminən 120 AZN-dən başlayır. Eyurtlar.com 2019-un rəsmi məlumatlarına görə, ailələr və tələbələr Ankara yataqxanalarını seçərkən təhsil aldığı müəssisəyə ən yaxın olan yataqxanalara üstünlük verirlər. Təbii ki, universitetə yaxın olan yataqxanalar daha yüksək qiymətlər təklif edir. Yataqxanalar barədə ən çox narahatlıq doğuran məsələlərə aydınlıq gətirmək məqsədilə ən çox verilən sualların cavablarını sizlər üçün aşağıda qeyd etmişəm. Yataqxanalara gec müraciət etsəniz semestr haqqını tam ödəməlisinizmi?

Türkiyədə yurtlara yazılmaq üçün aşağıdakı qaydaları bilməlisiniz

  •  Yurtlarda qeydiyyatdan keçmiş tələbələrin yataqxanalarına giriş tarixlərinə görə ödəniş qaydaları:

  • Yataqxanaya təhsil başlayandan altıncı həftənin sonuna qədər daxil olan tələbələr bütün semestr yataqxana haqqını, bu tarixdən sonra daxil olanlar isə semestr yataqxana haqqının 75 % -ni ödəyirlər.

  •  Qiyməti aşağı olan bir otaqdan daha yüksək qiymətə olan bir otağa keçdikdə fərq olaraq ödəniləcək ödəniş üçün yataqxananın qaydaları əsas götürülür. Bank köçürmələri ilə əlaqədar bütün xərclər tələbəyə aiddir.

  •  Yataqxanaya ikinci semestrdə girən tələbələr illik yataqxana haqqının yarısını ödəyirlər. İkinci semestrdə gec yazılanlar üçün bu prosedurlar semestr haqqı üzərində tətbiq olunur.

  • Yataqxanadan ən son nə vaxt çıxa bilərəm?

  • Bütün tələbələr semestr bitdikdən sonra ən geci 3 gün ərzində yataqxanalardan çıxmalıdırlar.

  • http://yurtlar.bilkent.edu.tr/tr/ucretler/ səhifəsindən yataqxana qiymətləri haqqında məlumat əldə edə bilərsiniz.

       Bir şeyi qeyd edim ki, bu, əsasən dövlət yataqxanalarına aiddir. Azərbaycanlı tələbələr isə əksər hallarda dövlət yataqxana xidmətlərindən 1-ci kursu başa vurduqdan sonra istifadə edə bilərlər.

Author Gülçöhrə Abdulrəhmanova
Gülçöhrə Abdulrəhmanova
Sep 02, 2021 | 8 dəq oxu


Əlaqəli məqalələr

Niyə məhz Türkiyədə
TÜRKİYƏDƏ TƏHSİL

Niyə Türkiyədə təhsil almalıyıq? Nə kimi üstünlüklər var?

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Aug 20, 2021 | 8 dəq oxu
Türkiyədə mühəndislik təhsili
TÜRKİYƏDƏ TƏHSİL

Türkiyədə mühəndislik təhsili

Müəllif: Arzu Ələkbərsoy
Aug 18, 2021 | 6 dəq oxu