Biznes ingilis dilini öyrənmək üçün 10 ən yaxşı fəaliyyət

Blog writer
Fidan Cəfərzadə
Sep 12, 2021 | 12 dəq oxu
Biznes ingilis dilini öyrənmək üçün 10 ən yaxşı fəaliyyət

   Biznes ingilis dilini öyrənməyə hazırsınızmı? 

Bütün dünyada tələbələr biznes ingilis dilini öyrənirlər ki, bunun da səbəbi aydındır. Qloballaşan müasir dünyada ingilis dilini bilmək korporativ dünyada uğur qazanma şansınızı artıra biləcək rəqabət üstünlüyüdür.

Bu gün sizə 10 praktiki biznes ingilis dili öyrənmə fəaliyyətindən bəhs edəcəyik. İstər dil biliklərinizi artırmağa çalışan tələbə, istərsə də dərslərinizi daha məhsuldar etmək istəyən tyütor olun, oxumağa davam edin. Bu məlumatlar hər kəs üçün faydalı olacaq.

 

Biznes ingilis dili nədir?

Ümumiyyətlə, biznes ingilis dili biznes ortamları ilə əlaqəli xüsusi ingilis dili növüdür və işgüzar yazışmalarda, hesabatlarda, görüşlərdə, təqdimatlarda və s. istifadə olunur. Hər il daha çox tələbə lazımi bacarıqları əldə etmək və söz ehtiyatlarını artırmaq üçün biznes ingilis dili kurslarına yazılır.

Əgər ümumi ingilis dili bilikləriniz yaxşıdırsa, biznes ingilis dilini öyrənməyin niyə faydalı olacağını düşünə bilərsiniz. Daha yaxşı iş imkanları axtarırsınız və ya xarici partynorlarla işgüzar ünsiyyət üçün ingilis dilinə ehtiyacınız varsa, biznes ingilis dili bacarıqlarınızı inkişaf etdirməyə başlamaq üçün indi ən yaxşı vaxtdır.

İndi isə biznes ingilis dili bacarıqlarınızı inkişaf etdirməyə kömək edə biləcək ən yaxşı 10 fəaliyyətə keçək.

Ingilis dilində danışma məşqləri

Biznes ingilis dili bacarıqlarınızı inkişaf etdirməyin ən yaxşı yolu rol oyunlarıdır. Bu üsul danışma bacarıqlarını təkmilləşdirmək, situasiyaya uyğun söz öyrənmək və kultural davranışlar haqqında daha çox məlumat əldə etmək üçün əladır.

Sadəcə bir situasiya yaradıb rol oynayın. Dostlarınızla birlikdə rol oynaya və ya tyütorunuzdan biznes ingilis dili dərslərinizə aşağıdakı fəaliyyətlərdən bəzilərini əlavə etmələrini istəyə bilərsiniz. Rol oynayarkən çox əylənəcəksiniz. Sadəcə sınayın!

  • İngiliscə iş müsahibəsi 

Əvvəlcə ən çox verilən müsahibə suallarının siyahısını hazırlayın. Aşağıda bəzi nümunələr var:

  • Özünüz haqqında danışa bilərsinizmi?

  • Güclü tərəfləriniz hansılardır?

  • Zəif cəhətləriniz hansılardır?

  • İşinizlə bağlı ən böyük uğurunuz nə olub?

  • Niyə sizi işə götürməliyik?

  • Yaxşı iş görməyə sizi nə motivasiya edir?

  • Bu vakansiya barədə məlumatı haradan əldə etmisiniz?

  • Niyə şirkətimizdə işləmək istəyirsiniz?

  • Yeni vəzifədən gözləntiləriniz nələrdir?

Maraqlandığınız bir vakansiya tapın. Tyütorunuzdan və ya dostunuzdan real işəgötürən rolunu oynamasını xahiş edin. Şirkət haqqında daha çox məlumat əldə edin və toplanan məlumatlara əsaslanaraq suallara cavab vermək üçün işi təhlil edin.

İş müsahibəsinə əlavə olaraq aşağıdakı situasiyalar üzrə də rol oynaya bilərsiniz:

      • gündəlik komanda iclası keçirmək;

• potensial müştəriyə məhsul və ya xidmət təqdim etmək;

• müştəri ilə ilk dəfə görüşmək;

• müdirdən maaş artımı istəmək və s.

  • Müqayisə və ziddiyyət

Səyahət hər hansı beynəlxalq işin vacib hissəsidir. İşgüzar səfərlər edən hər bir iş adamın biznes ingilis dili ünsiyyətinə malik olması çox yaxşı işə yarayır. Məsələn, otellərlə müqayisədə Airbnb-də qalmağın müsbət və mənfi cəhətləri haqqında kiminləsə müzakirə apara bilərsiniz. Öz təcrübənizə əsaslanaraq tərəfləri seçin. Bənzər bir qarşıdurma ilə üzləşdikləri üçün Uber və taksi xidmətlərini müqayisə edə və qərar verə bilərsiniz.

  • Şirkətin təhlili

Bu fəaliyyət üçün başlanğıc nöqtəsi olaraq orijinal materiallardan (bukletlər, broşuralar və ya hər hansı digər tanıtım materialları) istifadə edərək şirkətin bəzi məhsul və xidmətləri haqqında danışmalısınız. Şirkətin xidmətlərini/məhsullarını təsvir edən veb səhifələri də çap edə bilərsiniz. Hələ işləmirsinizsə, bəyəndiyiniz markanın bir sıra satış tarixçəsini əldə edin və şirkətin nümayəndəsi rolunu oynayın.

Tyütorunuzdan və ya dostunuzdan təklif olunan məhsul və ya xidmətlər haqqında ətraflı məlumat axtaran şəxs qismində şirkətə gəlməsini istəyin. Müştərinin bütün suallarına cavab verməyin müxtəlif yollarını düşünməyə çalışın. Məsələn, şirkətin ümumi təsviri ilə başlaya bilərsiniz: "Biz marka və UX dizaynına diqqət yetirən, mükafatlara layiq görülən yaradıcı dizayn agentiyiyik".

  • Gediş-gəliş və həyat tərzi haqqında danışmaq

 İşə gedib-gəlmə (commuting) üçün vaxt sərf etmək, ofisdə işləmək, gündə bir neçə iş görüşməsi keçirmək - bütün bunlar və daha çoxu gündəlik həyatımıza əhəmiyyətli dərəcədə inteqrasiya olunmuşdur. Bunlar həyat tərzimizə o qədər əhəmiyyətli təsir göstərir ki, xüsusilə biznes ingilis dili dərsində müzakirə üçün bir mövzu seçməyə gəldikdə göz ardı edilə bilməz. 

Tyütor və ya dostunuzla aşağıdakı ifadələrin doğru və ya yalnış olduğunu və niyə bu nəticəyə gəldiyinin səbəbini müzakirə edin:

• ABŞ-da insanlar işə əsasən maşınla gedirlər.

• İnsanlar işə qatar və ya avtobus əvəzinə maşınla getdikdə daha az stres keçirirlər.

• İşçilər 8 saat yerinə 6 saat işləsələr, daha məhsuldar olarlar.

• İş yerində müntəzəm məşqlər insanların streslə daha yaxşı mübarizə aparmasına kömək edir.

• İşçilərin məzuniyyət müddəti işlədikləri illərə görə dəyişməlidir.

Bu mülahizələr ümumi müzakirə edildikdən sonra şəxsi fikirlərinizi bildirin. Bunların sizin üçün nə üçün doğru və ya yalnış olduğunu bildirin və səbəbini izah edin:

• İş-həyat balansımdan razıyam.

• İşə gedərkən yolda vaxtımı səmərəli keçirməyə çalışıram (podkast dinləyirəm, kitab oxuyuram və s.).

• Ofisimdə müsbət bir iş mühiti var.

• Evdən işləyərkən ofisə nisbətən daha məhsuldar oluram.

• Hər gün işə getməzdən əvvəl sağlam səhər yeməyi hazırlayıram.

Gündəlik həyatınızdan bəhs etmək  indiki qeyri-müəyyən zaman formasından istifadə etmək üçün əla bir fürsətdir.

Biznes ingilis dili öyrənənlər üçün ən təsirli yazı məşqləri xüsusi biznes ingilis dili lüğətindən istifadə edərək peşəkar e-mail, CV və təqdimatlar tərtib etməyə yönəlmişdir.

 

CV və ya resume hazırlamaq

Sizə maraqlı olan bir vakansiya tapın və CV/rezüme hazırlayın. Hazırlamazdan əvvəl müxtəlif CV/rezüme formalarını nəzərdən keçirin və sizin üçün hansı formanın daha yaxşı olduğuna qərar verin. CV-nizin önə çıxması üçün hansı sözlərdən istifadə etməli olduğunuza diqqət yetirin. Qaralamanı tyütorunuza göstərin və səhvlərinizi göstərmələrini, yazılarınızı necə inkişaf etdirə biləcəyiniz barədə məsləhət vermələrini xahiş edin.

  • Sloqan hazırlamaq

Marketinqlə məşğul olsanız, bu, xüsusilə faydalı olacaq. Etməyiniz lazım olan tək şey istədiyiniz marka üçün bir sloqran hazırlamaqdır. İstədiyiniz şirkəti özünüz seçə bilərsiniz və ya tyütorunuzdan sizin üçün bir şirkət məsləhət görməsini xahiş edə bilərsiniz.

Bu oyunu bir az çətinləşdirmək və dərsə əyləncə əlavə etmək üçün bir şirkət üçün nəinki qalib, həm də zəif sloqanların siyahısını tərtib edin. Pepsi üçün uğursuz sloqana dair bir neçə nümunə:

• Şəkərə aludə olun.

• Coca-Cola olmadığı zaman

• Sağlam pəhriz həddindən yuxarı qiymətləndirilir.

Nümunələrinizi yaratmadan əvvəl brend üçün mövcud olan bəzi real sloqanlar tapmağı unutmayın. Sloqanlar yaratmağın üstünlüyü yaradıcılıq qabiliyyətinizi artırmağa, xüsusi lüğətlərdən istifadə etməyinizə və qeyri-adi söz birləşmələri yaratmağınıza imkan verməsidir.

  • Biznes plan hazırlama

Bu praktiki fəaliyyət yazılı şəkildə qabaqcıl ingilis dili lüğətini öyrənməyinizə, yaradıcılığınızı və analitik düşüncənizi inkişaf etdirməyə kömək edəcək. Etməyiniz lazım olan tək şey bir şirkət qurduğunuzu təsəvvür etməkdir. Bir mağaza, dizayn agentliyi və s. yaratmazdan əvvəl ətraflı biznes planı hazırlamalısınız.

Biznes planınızda aşağıdakı suallara cavab verin:

• Markanızın adı nədir?

• Başlamaq üçün nəyə ehtiyacınız olacaq?

• İşiniz necə pul gətirəcək?

• Müştəriləriniz kimlərdir?

• Müştərilərinizə necə çatacaqsınız?

• Rəqiblərinizdən necə fərqlənəcəksiniz?

• İşinizin güclü və zəif tərəfləri hansılardır?

• Ofisinizdə hansı iş mühitinə sahib olmaq istəyirsiniz.

• Uğuru hansı meyarla ölçəcəksiniz?

• Başlamağın ən böyük çətinliyi nədir?

Biznes planınızı dostlarınıza və ya biznes ingilis dili müəlliminə təqdim edə və bu barədə fikirlərini bölüşməsini xahiş edə bilərsiniz.

  • Biznesə aid söz ehtiyatı qurmaq

Hər gün bizneslə əlaqəli yeni sözlər öyrənmək lazımdır. Bu işdə fləşkartlar sizə kömək edə bilər. Ancaq bu sözləri necə və harada istifadə edəcəyinizi bilmək daha vacibdir. Buna görə də yeni ifadələri öyrənməklə yanaşı onları gündəlik həyatınızda işlətməlisiniz.

   •İngilcə biznes xəbərlərini oxumaq

İşgüzar söz ehtiyatınızı artırmaq biznes ingilis dili ifadələrini öyrənməkdən daha çoxunu tələb edir. Bu sözlərin necə istifadə edildiyini öyrənmək üçün biznes xəbərlərini mütəmadi olaraq oxumağa və ya izləməyə çalışın. Buna “The New York Times” və ya “Forbes”ə abunə olmaq və gündə ən azı bir məqalə oxumaqla başlaya bilərsiniz. İş sferanızla əlaqəli xəbərlərə diqqət yetirmək istəyirsinizsə, daha spesifik jurnallar və ya bloqlar axtarın. Dərslərə daha maraqlı mövzuları gətirin və tyütorunuzla müzakirə edin.

• İngiliscə TED danışıqlarını izləmək

YouTube -da çox sayda biznes videosu var, ancaq TED danışıqları ən məşhurudur. Bir çox dildə altyazıları və hər videonun transkripsiyası səbəbindən TED biznes ingilis dilini öyrənmək üçün mükəmməldir.

TED konfranslarından videolara əlavə olaraq, TED TED-Ed dərsləri, suallarla birləşdirilmiş qısa animasiyalı videoları və öyrənmə mənbələri də təklif edir. "Pullar necə yuyulur?" (How does money laundering work?) adlı bir videonu daha yaxından nəzərdən keçirək. Bura iqtisadiyyatla əlaqəli əsas lüğət daxildir. Burada araşdırmağınız üçün əlavə mənbələr və digər istifadəçilərlə söhbət etmək üçün müzakirə bölməsi də tapa bilərsiniz.

  • İngiliscə təqdimat bacarıqları

Müntəzəm olaraq təqdimat edib etməməyinizdən asılı olmayaraq, bunu düzgün şəkildə necə edəcəyinizi bilmək vacibdir. Daha yaxşı təqdimat üçün əsas biznes ingilis dili lüğətini praktika etmək və bəzi əsas təqdimat ifadələrini və sitatları öyrənmək lazımdır. Ancaq hər şeydən əvvəl əsaslarla başlayaq.

  • Diaqramlar və qrafiklər

Təqdimata hazırlaşmazdan əvvəl qrafiklər və diaqramlar arasındakı fərqi, təqdimat üçün doğru vizualları necə seçəcəyinizi və bunları ən yaxşı şəkildə necə təsvir edəcəyinizi bilməlisiniz. 

Son olaraq bildirim ki, əlbəttə, biznes ingilis dili öyrənmək üçün bunlardan fərqli fəaliyyətlər də var. Bəs sizin üçün ən yaxşısı hansıdır? 

Təklif edərdim ki, bunun üçün “DillBill” platformasına qoşulub sertifikatlı mütəxəssislərlə söhbətləşəsiniz. Gündəlik olaraq biznes mövzusunda açılan dərslərə qoşulub daha çox termin və ifadələrlə öyrənməklə söz ehtiyatınızı zənginləşdirə bilərsiniz. Bu işdə müəllimlər sizə yardımçı olmaqla bu prosesi sürətləndirəcəklər.

 

Blog writer
Fidan Cəfərzadə
Sep 12, 2021 | 12 dəq oxu


Əlaqəli məqalələr

İntervüyə necə hazırlaşmalı?
BİZNES İNGİLİS DİLİ

İntervüyə necə hazırlaşmalı?

Müəllif: Arzu Ələkbərsoy
Sep 19, 2021 | 7 dəq oxu
İngilis dilində işgüzar yazışmalar
BİZNES İNGİLİS DİLİ

İngilis dilində işgüzar yazışmalar

Müəllif: Arzu Ələkbərsoy
Sep 12, 2021 | 5 dəq oxu