Çətin ingilis sözlərini öyrənmək üçün 4 yaddaqalan üsul

Blog writer
Fidan Cəfərzadə
Sep 23, 2021 | 4 dəq oxu
4 usul

İngilis dilində çətin yaddaqalan söz və söz birləşmələrini necə öyrənmək olar

Onlar qarşımıza həmişə ən çətin durumlarda çıxırlar. Ya hava limanında, ya alış-veriş edərkən ərzaq etiketlərində. Və ən əsası, ingilis dili imtahanlarında.

Düzgün təxmin etdiniz, qarşımıza gözlənilməz situasiyalarda çıxan çətin və mənasını tapmaqda çətinlik çəkdiyimiz sözlərdən danışırıq.

Belə sözlər çoxdur və hər yerdə var! İngilis dili öyrənənlər nə edə bilər? Narahat etməyin. Sevinin ki, çətinləri asan etmək üçün unikal yadda saxlama metodlarımız var. Bu yazıda sizə ən çətin hesab olunan sözlərdən bir neçəsini nümunə göstərib onları yadda saxlamaq üçün üsullar verəcəyik. 

 

Çətin ingilis dili sözlərini öyrənmək üçün hər gün lüğətdən istifadə edin.

Restorandasınız və menyudakı bir sözü bilmirsiniz? Televiziya şousunda aparıcının nə dediyini bilmirsiniz? Qarşılaşdığınız çətin sözləri tez öyrənməyinizə kömək etmək üçün yaxşı bir ingilis dili lüğətinə ehtiyacınız var.

Tez-tez lüğətdə söz axtarmaq xoşunuza gəlməyə bilər. Ancaq New York Times-a görə, ABŞ-da lüğət istifadəsi getdikcə artmaqdadır, buna görə də lüğət istifadə etsəniz, ingilisdilli insanlarla yaxşı dil tapacaqsınız.

Aşağıda müzakirə edəcəyimiz metodlardan istifadə edərək sözləri düzgün öyrənməyə və tətbiq etməyə hazır olmaq üçün istədiyiniz zaman, istənilən yerdə lüğətdən istifadə etmək üçün rahat olmalısınız. Ən çox sevdiyim onlayn lüğət Vocabulary.com-dur, çünki sözü həm audio formada təqdim edir, həm də ümumi mənasını verir.

Digər lüğət tətbiqləri və ya onlayn lüğətlər ilə müqayisədə, bu sayt istər yeni başlayanlar üçün, istərsə də ana dilli insanlar üçün sözün nə demək olduğunu başa düşə biləcəyiniz yollarla təqdim edir. Sözün digər onlayn mənbələrdə harada tapılacağını görmək imkanı da verir. Bilmədiyiniz sözləri öyrənmək üçün bu lüğətdən istifadə edə bilərsiniz!

İngilis dilində çətin sözləri əzbərləmək üçün 4 üsul

 

1. İngilis dilində olan çətin sözləri musiqi ilə necə əzbərləmək olar?

Lüğət imtahanı yaxınlaşanda panikaya düşürsünüz? “Bu çətin 30 sözün hamısını necə əzbərləyəcəyəm?” deyə düşünürsünüz? Sizi əmin edirik ki, bir neçə dəfə dinlədikdən sonra bütün mahnının sözlərini əzbərləməkdə çətinlik çəkməyəcəksiniz. 

Yəqin ki, hamının “earworm” mahnıları var. Yəni, nə qədər canımızı qurtarmaq istəsək də dilimizə yapışıb qalıb düşmək bilməyən mahnılar.

İngilis dili öyrənənlər sözləri daha asan yadda saxlamaq üçün mahnılardan istifadə edə bilərlər. Hər hansı bir mahnını sözləri ilə birgə öyrənmək istəyirsinizsə, Lyrics.com kimi bir mahnı sözləri axtarış sisteminə ehtiyacınız var. 

Aşağıdakı çətin ingilis dili sözləri ilə məşq edək:

Accommodate 

Mənası: Bir əşya/şəxs üçün yer hazırlamaq; kiminsə istəyinə və ya ehtiyacına uyğunlaşmaq

İstifadə olunduğu yer: Bu, işgüzar münasibətlər üçün xüsusilə vacib olan və gündəlik işlənən sözdür.

Əslində sözdür, çünki həm fiziki məkan, həm də mücərrəd fikir bildirir. İngilis dili öyrənənlər də bunu oxşar söz - accomodation (yaşayış yeri) sözü ilə qarışdıra bilərlər, həm də dörd hecalı sözü tələffüz etmək də asan deyil. Con Mellenkampın "John Cockers" mahnısının əvvəlində bu sözün mənasını daha yaxşı hiss edə bilərsiniz. 

“I don’t accommodate nobody, I just take care of myself”

Müğənni yalnız öz güzəranı ilə maraqlanır və yalnız özü haqda düşünür.

Deduction 

Mənası: Böyük məbləğdən çıxılan, tutulan kiçik məbləğ; başqa məlumatlara əsaslanan məntiqi nəticə

İstifadə edildiyi yer: Demək olar ki, həmişə vergi (tax) sahəsində istifadə olunur: “My charitable donations allowed me to get a deduction on my tax payments.” ("Xeyriyyə məqsədli ianələrim vergi ödəmələrimdə güzəşt əldə etməyimə imkan verdi")

Areta Franklinin "Who Needs You?" mahnısında bu sözün ikinci mənasına rast gələ bilərsiniz:

“All this big production leads to one deduction: Who needs you?” ("Bütün bu böyük istehsal bir nəticəyə gətirib çıxarır: Kimə ehtiyacınız var?"

Blog writer
Fidan Cəfərzadə
Sep 23, 2021 | 4 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu