"Get" ilə işlənən 13 ifadə

Blog writer
Fidan Cəfərzadə
Sep 07, 2021 | 7 dəq oxu

- What did I get up to this weekend? Well, I met up with a friend who I realise I no longer get along with. She keeps getting at me about my new boyfriend, who, she insists, I need to get rid of because he’s useless. She’s sure I’ll get over him really quickly because I can do better anyway. I just wish she would be more supportive of my decisions!

Bu söhbəti başa düşməkdə çətinlik çəkirsən? İngilis dillilər danışarkən tez-tez frazeoloji birləşmələrdən istifadə edirlər. Bəzən bu birləşmələrin mənası aydın olmur. Əksər hallarda "get" (əldə etmək) feilinə fərqli bir ön söz əlavə etmək onun bütün mənasını dəyişir. İndisə aşağıdakı tərcüməni oxuyub söhbəti daha yaxşı başa düşə bilərsən.

- Bu həftə sonu nə etdim? Artıq yola getmədiyimi başa düşdüyüm bir rəfiqəmlə görüşdüm. O, yenidən sevdiyim oğlan haqqında üstümə gəlməyə davam edir, yaramaz biri olduğu üçün israrlı ondan qurtulmalı olduğumu deyir. Əminəm ki, onu tez bir zamanda unudacağam, çünki bundan da betərini edə bilərəm. Kaş ki, rəfiqəm qərarlarımı daha çox dəstəkləyərdi!

Let’s get on with it then, shall we? - Onda davam edək, elə deyilmi?

 

Frazeoloji birləşmələr nədir?

Frazeoloji birləşmələr idiomatik ifadələrdir. Başqa sözlə, onları hərfi tərcümə etməyə çalışsanız, heç bir mənası olmayacaq. Frazeoloji feillərin nə vaxt və necə istifadə olunacağını bilmək istəyirsinizsə, ən yaxşı yol bunları bir-bir əzbərləməkdir.

 

"Get"  feli ilə düzələn neçə frazeoloji birləşmə var?

"Get" feili ilə düzələn 177 frazeoloji birləşmə var! Narahat olmayın, hamısını başa düşmək çətin deyil. Budur, Britaniya İngiliscəsində tez-tez istifadə olunan "get" feli ilə düzələn və nisbətən daha caşdırıcı olan frazeoloji birləşmələr.

 

"Get" feili ilə düzələn 13 frazeoloji birləşmə

1. Get on with it -  işinə davam etmək, iş aparmaq

I’m running out of time with this project! I just need to get on with it and not worry about doing it perfectly. - Bu layihəni hazırlamaq üçün qoyulan vaxtı keçirəm. Sadəcə işə davam etməliyəm və bunu mükəmməl etməkdən narahat olmamalıyam.

Bu frazeoloji birləşmə bir şey etmək haqqında düşünmək üçün daha az vaxt, etmək üçün daha çox vaxt sərf etmək deməkdir. İnsanların bir şeyi tez bitirməyə ehtiyac duyduqda və ya təhvil tarixi yaxınlaşdığı zaman istifadə etdiklərini görə bilərsiniz.

2. Get over – öhdəsindən gəlmək

That was a bad break up. It took me a long time to get over it. – Çətin bir ayrılıq idi. Bunun öhdəsindən gəlməyim uzun müddət çəkdi.

Aşmaq,öhdəsindən gəlmək, çətin təcrübədən qurtarmaq deməkdir. İnsanlar əksər hallarda aşmaq məcburiyyətində qaldıqları çətinliyi izah etmək üçün istifadə edirlər.

3. Get [it] over with -  qısa müddətdə edib bitirmək

I hate exams! I just want to get them over with so I can enjoy my break. - İmtahanlara nifrət edirəm! İstirahətimdən zövq almaq üçün onları tez başa çatdırmaq istəyirəm.

Bu frazeoloji birləşmə bitməsini gözlədiyiniz çətin bir iş olduğu zaman istifadə olunur.

4. Get up to – iş görmək, nəsə bir şey etmək, nə iləsə məşğul olmaq

What did you get up to this weekend? I went to the cinema with my friends. - Bu həftə sonu nə etdiniz? Dostlarımla birlikdə kinoya getdim.

İş yoldaşları arasında nəzakətli söhbət əsnasında bu ifadə çox işlənir. “To do” (etmək) feilinin qeyri-rəsmi sinonimidir.

5. Get out of – canını qurtarmaq, qurtulmaq

I’m so glad they hired a babysitter so I got out of looking after my younger sister! – Dayə işə götürdükləri üçün çox xöşbəxtəm, kiçik bacıma baxmaqdan canım qurtardı.

Bir işdən canını qurtarmaq deməkdir. Bəyənmədiyiniz bir şeydən çəkinmək haqqında danışmaq üçün istifadə olunur. I personally love it when I get out of doing the dishes! – Şəxsən mə, yemək bişirməkdən qurtulduğum üçün çox xöşbəxtəm.

6. Get along with – yola getmək

I’m close to my family – I get along with my sister really well. - Ailəmlə yaxınam - bacımla çox yaxşı yola gedirəm.

Bu frazeoloji ifadə kimsə ilə "yaxşı münasibət qurmaq" deməkdir. Bu "get on with [someone]” ifadəsi ilə oxşar mənadadır.

7. Get through – bitirmək, sonunu gətirmək

I couldn’t get through the film – it was so boring! – Filmi izləyib bitirə bilmədim, çox darıxdırıcı idi!

Burada "get through" bir şeyi bitirmək və ya tamamlamaq deməkdir. Bir iş, bir layihə və ya əvvəli və sonu olan bir şey haqqında danışarkən istifadə edilə bilər.

8. Get through to – anlaşmaq, dil tapmaq

I tried to explain the importance of wearing a mask to prevent the spread of the virus but I just couldn’t get through to him. - Virusun yayılmasının qarşısını almaq üçün maska ​​taxmağın vacibliyini izah etməyə çalışdım, ancaq ona çatdıra bilmədim.

Danışdığınız adamın nə demək istədiyinizə diqqət göstərmədiyini göstərir.

9. Get off on – bir şeydən həyəcanlanmaq, nədənsə ləzzət almaq

He really gets off on being the boss and taking control. - O, həqiqətən, müdir olmağa və nəzarəti ələ almağa can atır.

"Get off" feili Britaniya ingiliscəsində bir çox məna daşıyır, buna görə də demək istəmədiyiniz bir şeyi ifadə etməkdən çəkinmək üçün "off" dan sonra düzgün sözönüdən istifadə etməlisiniz! "Get off on" bir şeydən həyəcanlanmaq deməkdir.

10. Get off with – yaxınlıq etmək, yoldaşlıq etmək

I heard she got off with him at the party. – Şənlikdə rəfiqəmin Rodriqo ilə yoldaşlıq etdiyini duydum.

Britaniya ingiliscəsində qeyri-rəsmi istifadə olunan bu frazeoloji birləşmə həm də cinsi yaxınlıq mənasında da işlənə bilir. Bəzən qeyri-etik səslənə bildiyi üçün istifadə edərkən diqqət edin.

11. Get around

Ümumiyyətlə, bu sözün mənaları çoxdur:

Word got around that there were going to be redundancies. - İşçilərin ixtisar ediləcəyi xəbəri yayılıb.

Bu kontekstdə bu söz asanlıqla və tez yayılmaq deməkdir.

I managed to get around the parking restrictions by parking on the road opposite. - Qarşıdakı yolda dayanaraq parklama məhdudiyyətlərini aşa bildim.

Bu, alternativ yol tapmaq və ya çətin bir şeydən qaçmaq deməkdir.

get around a lot with my new job - Yeni işimlə bağlı çox səyahət edirəm.

Bu, çox səyahət etmək və bir çox yerə getmək deməkdir.

I’ll get around to moving house eventually. - Nəhayət  ki, evə köçmək fürsəti tapdım.

Bu o deməkdir ki, danışan adamın çox işi var və bir şey etmək üçün vaxt tapmalıdır.

12. Get at

Bu frazeoloji birləşmə də kontekstdən asılı olaraq fərqli mənalara malik ola bilir.

My new boss is really getting at me for showing up late for work. - Yeni müdirim işə gecikdiyim üçün mənə əsəbləşdi.

Burada "get at" (qəzəblənmək) deməkdir. Bu şəxsin yeni müdiri gecikdiyi üçün onu tənqqid edir.

He went on for hours – I didn’t really know what he was getting at. – O, bir neçə saat idi ki, danışırdı. Həqiqətən də nə demək istədiyini bilmirdim.

13. Get rid of - qurtulmaq

I really need to get rid of the old sofa – it’s really ugly. - Köhnə divandan həqiqətən qurtulmalıyam, çox yöndəmsiz divandır.

Burada tullamaq və ya kənara atmaq deməkdir.

Blog writer
Fidan Cəfərzadə
Sep 07, 2021 | 7 dəq oxu


Əlaqəli məqalələr

Lüğət vasitəsilə söz ehtiyatını necə artıra bilərəm?
LÜGƏT

Lügətlər və müasir tətbiqlər vasitəsilə söz ehtiyatını artırmaq

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Oct 07, 2021 | 7 dəq oxu
onlayn luget
LÜGƏT

Ən yaxşı onlayn lüğətlər

Müəllif: Gülçöhrə Abdulrəhmanova
Sep 18, 2021 | 6 dəq oxu