İngilis dili qrammatikasını necə öyrənmək olar?

Blog writer
Fidan Cəfərzadə
Sep 28, 2021 | 15 dəq oxu
İngilis dili qrammatikasını necə öyrənmək olar?

Renesans dövrünün fransız filosofu Mişel de Monten bir zaman demişdir: "Dünyanın problemlərinin böyük hissəsi suallar və qrammatika ilə bağlıdır".

Əslində o haqlı idi!

Qrammatika olmadan bir -birimizi başa düşə bilmərik. Qrammatik qaydalar olmazdısa, ingilis dili öyrənmənizdə çətinlik çəkə bilərdiniz . Dilin özü qrammatika olmadan mövcud olmazdı. Xöşbəxtlikdən, qrammatika mövcuddur.

Qrammatika insanları başa düşməyinizə və bu yazıları oxumağınıza imkan verir. Bu məqalənin yazılmasının əsas məqsədi budur: “İngilis qrammatikası haqqında hər şeyi öyrənmək üçün lazım olan bütün vasitələri vermək və onu mənimsəməyin dilin sərbəst istifadəçisi olmağınıza necə kömək edəcəyini göstərmək”.

Bəs qrammatika tam olaraq nədir? Gəlin nəzər salaq.

 

Qrammatika nədir?

Qrammatika dildə səsləri, sözləri, ifadələri və cümlələri idarə edən qaydalar toplusudur.

Bu bir dil sistemidir, dilə struktur verir. Başqa sözlə, bir dildə baş verən hər şey qrammatika ilə idarə olunur:

fonologiya (phonology): (dilin öz səslərini necə təşkil etməsini öyrənir.)

morfologiya (morphology): (sözlərin necə əmələ gəldiyi və aralarındakı əlaqəni öyrənir.)

sintaksis (syntax): (cümlələrin necə qurulduğunu öyrənir.)

fonemika (phonemics): (insanların səsləri necə çıxarıb qəbul etməsini öyrənir.)

semantika (semantics): (sözlərin nə məna verdiyini öyrənir.)

• praqmatik (pragmatics) (kontekstin necə məna yaratdığını öyrənir.)

Bütün bunlar qrammatika ilə idarə olunur. Sadə dillə desək, hər dəfə bir şeyi danışanda, yazanda, oxuyanda və ya dinləyəndə qrammatikanın bir və ya bir neçə komponentindən istifadə edirik. Qrammatika skelektdir, dilə forma verir. Bəzi dil öyrənənlər qrammatikanın darıxdırıcı olduğunu hesab etsələr də, bəziləri üçün isə qrammatika həvəsdir.

Həqiqət budur ki, həvəsli olsanız da olmasanız da bir dili öyrənərkən qrammatikanı da öyrənmək mühümdür.

İngilis qrammatikasının əhəmiyyəti

Hər hansı bir xarici dili (məsələn, ingilis dilini) öyrənərkən qrammatika bir çox səbəbdən çox vacibdir:

• Qrammatika qaydalarını öyrənmək öz bəhrəsini verir. İngilis dilində hər bir cümləni əzbərləməli olsaydınız, dəli olardınız. Bir sıra əsas qaydaları öyrənməklə (söz sırası və ya zaman formasının nə vaxt istifadə olunacağı kimi) daha çox söz öyrəndikcə sonsuz sayda cümlə qurmaq üçün istifadə edəcəyiniz bir sıra şablonlara sahib olacaqsınız.

Hamısı eyni cümlə quruluşuna malik olan nümunələrə baxaq:

He is a good student. (Subject + Verb + Object)-  O, yaxşı şagirddir. (mübtəda + xəbər + tamamlıq)

My parents bought a red car. (Subject + Verb + Object)- Valideynlərim qırmızı maşın aldılar. (mübtəda + xəbər + tamamlıq)

None of my friends will be having a birthday party. (Subject + Verb +  Object) - Dostlarımdan heç biri doğum günü keçirtməyəcək. (mübtəda + xəbər + tamamlıq)

The man in the yellow hat and the blue jacket has found a pink tiny house by the lake.- Sarı papaqlı və mavi pencəkli adam göl kənarında çəhrayı rəngli kiçik bir ev tapdı.  (mübtəda + xəbər + tamamlıq)

  • Qrammatika ünsiyyət qurmağınıza kömək edəcək. İngilis dilinin qrammatikasını öyrənərək ingilis dilində düzgün danışa biləcək və səhv etməkdən qaçınacaqsınız. Bu, həqiqətən nə demək istədiyinizi söyləməyinizə və ingilis dilində danışanların nə demək istədiyinizi anlamalarına kömək edəcək.

  • Qrammatika fərq yaradır. İngilis dilində nə qədər söz bildiyinizin əhəmiyyəti yoxdur - qrammatikanı bilmirsinizsə, onlardan istifadə edə bilməyəcəksiniz. Qrammatikanı öyrənmək başlanğıc səviyyəni keçməyinizə imkan verəcəkdir.

  • Düzgün qrammatika sizi ağıllı göstərəcək. Təsəvvür edin ki, onlarla səhv etdiyiniz bir CV yazmaqla iş təklifindən imtina cavabı alırsınız. Eyni CV düzgün yazılsa, sizə iş verilə bilər. Eyni uğursuzluq məktəb və universitet dərslərində, küçədə tanımadığınız insanlarla ünsiyyətdə və ya yemək sifariş edəndə da baş verə bilər. Qrammatikanı öyrənin, ağıllı görünün!

  • Qrammatika sizi müxtəlif ölkələrə götürəcək. Əlbəttə ki, ingilis dilində tək söz belə bilmədən dünyanı gəzə bilərsiniz, amma ingilis dilli bir ölkəyə səyahət etsəniz və ətrafınızda nə baş verdiyini anlamasınız, bu, yorucu ola bilər. Qrammatikanı öyrənərək səyahətinizi daha əyləncəli edə bilərsiniz.

  • Qrammatika bütün əsas dil bacarıqlarınızı inkişaf etdirəcək. Dörd əsas dil bacarığı - danışma, yazma, oxuma və dinləmə mövcuddur. Onlara söz və qrammatikanı da əlavə etsəniz, bütöv bir dil əldə edəcəksiniz. Bütün bu altı dil komponenti bir -biri ilə əlaqəlidir, buna görə də birində daha yaxşı olanda, hamısında yaxşı olacaqsınız. Qrammatikanı öz xeyrinizə istifadə edin və dil bacarıqlarınızı maksimum artırın.

  • Qrammatika xilas edir. Zarafat etmirik! “Let’s cook, mom” ("Gəl bişirək, ana.")  ilə “Let’s cook mom” ("Gəl ananı bişirək”) cümlələri arasındakı fərqi yəqin ki hiss etdiniz. Daha bir nümunəyə nəzər salaq: “Let’s eat, grandma” (“Gəl yeyək, nənə.") və “Let’s eat grandma” (Gəl nənəni yeyək).

 

İngilis qrammatikasının elementləri nələrdir?

Hər bir qrammatika onun əsasını təşkil edən bir sıra elementlərdən ibarətdir. Bu elementlər bir araya gələrək hər gün istifadə etdiyimiz dili təşkil edir.

İngilis qrammatikasının elementlərini kateqoriyalara bölmək üçün bir çox yol var. Aşağıdakı bölgü bir nümunədir, lakin ingilis dilini öyrənənlərin beyinlərində ingilis qrammatikasının möhkəm bir xəritəsini yaratmalarına kömək edəcək. Qeyd edək ki, qrammatikanın bu elementlərini əzbərləməyinizə ehtiyac yoxdur. Bunlarla başlayırıq, çünki onlar qrammatikanın nə olduğunu və onu öyrənmək üçün qarşınızda olan səyahəti daha yaxşı anlamanıza kömək edəcəklər. Bütün bu kateqoriyalar sizi qorxudursa, məqaləni çap etməyi və bir-bir addım atmağı məsləhət görürük. Daha sonra bu yazıda ingilis qrammatikasını effektiv şəkildə mənimsəməyi öyrənəcəksiniz. 

Birinci dərəcəli cümlə üzvləri

Cümlədəki hər sözün öz funksiyası var.

Hər dilin fərqli cümlə quruluşu və söz sırası qaydalası var, ancaq birinci dərəcəli cümlə üzvləri və funksiyalarına gəldikdə dünyanın demək olar ki, bütün dilləri eyni şeyi ehtiva edir:

  • Mübtəda (Subject): Bu, cümlədəki hərəkəti yerinə yetirən şəxs, heyvan, əşya və ya yerdir.

  • Xəbər (Predicate): Bu, cümlənin hərəkətini ifadə edir. Bura əsasən feil daxildir.

  • Tamamlıq (Object): Bu, cümlədə əşya məzmunu bildirir, daha çox isim və əvəzliklə ifadə edilir. Tamamlıqların növləri:

  • Vasitəsiz (direct): hərəkətlə bilavasitə, birbaşa əlaqəli olan, üzərində iş icra olunan əşyanı, obyekti bildirir

  • Vasitəli (indirect): hərəkətlə birbaşa deyil, dolayı yolla əlaqələnən əşyanı, obyekti bildirir,

  • Sözönülü (prepositional): söz önləri ilə ifadə olunurlar.

  • Tamamlayıcı (Complement): Cümlənin mənasını tamamlamaq üçün lazım olan bir söz, ifadədir. Adətən aşağıdakı kimi bölünürlər:

  • Mübtəda tamamlayıcıları (subject complements): (bağlayıcı bir feli izləyir, cümlənin mövzusunu tamamlayır) və

  • Tamamlıq tamamlayıcıları (object complements): (birbaşa tamamlığı izləyir və onu təsvir edərək tamamlayır).

  • Köməkçi sözlər (Adjuncts): (Cümlənin qalan hissələrinə və ya mənasına təsir etmədən çıxarıla bilən hissələrdir.)

 

 İfadə və budaq cümlələr

Sözləri qruplaşdıraraq ifadələr və cümlələr qururuq.

  • İfadələr (Phrases): Bir araya gəlib müəyyən bir anlayışı ifadə edən sözlər qrupudur. Aşağıdakı növləri var:

  • İsmi birləşmələr (noun phrases): (isim və onun təyinedicisi, məsələn, qara şüşə (the black bottle),

  • Feili birləşmələr (verb phrases): (feil və onun təyinedicisi, məsələn, səbirlə gözləyirdilər (were waiting patiently),

  • Sözönülü birləşmələr (prepositional phrases): (onlar sözönü ilə idarə olunurlar, məsələn, stolun üstündə (on the table),

  • Cerundlu birləşmələr (gerund phrases): (onlar cerundla başlayır, məsələn, səhər gəzmək (walking in the morning) və

  • Məsdərli birləşmələr (infinitive phrases): (onlar məsdərlə başlayır, məsələn, ingilis dilini öyrənmək (to study English).

  • Budaq cümlələr (Clauses): Çox vaxt budaq cümlələr baş cümlələrlə səhv salınır. Mürəkkəb cümlələr baş və budaq cümlələrdən ibarət olur. Budaq cümlələr aşağıdakı kimi ola bilir:

    Müstəqil (independent): (özləri sərbəst mövcud ola bilirlər. Adətən sadə cümlələr adlandırdığımız cümlələrdir, məsələn. O, pendirin dadını xoşlayır. (She likes the taste of cheese)) və

  • Asılı (dependent): (sərbəst mövcud ola bilmirlər, buna görə də tam bir cümlə qurmaq üçün müstəqil bir cümləyə ehtiyac duyarlar, məsələn. Pendirin dadını sevsə də (even though she likes the taste of cheese).

  • Mürəkkəb cümlənin hissəsi (mürəkkəb cümlələr ən azı bir budaq cümlədən ibarət olur) O, pendirin dadını sevsə də, 2012-ci ildən bəri yeməyib. (Even though she likes the taste of cheese, she hasn’t eaten any since 2012) (Even though she likes the taste of cheese- tərəf asılı cümlə və she hasn’t eaten any since 2012 -tərəf isə müstəqil cümlədir).

 

Nitq hissələri

Ümumi qrammatik əlamətinə görə fərqlənən söz qruplarına nitq hissələri deyilir. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir

Bir söz cümlədə necə işlənməsindən asılı olaraq, aşağıdakı kateqoriyalardan biri (və ya daha çoxu) kimi təsnif edilə bilər:

  • İsimlər (Nouns): İsim insanların, heyvanların, əşyaların, yerlərin, fikirlərin və anlayışların adıdır.

  • Məsələn: ata (dad), it (dog), fincan (cup), məktəb (school), sevgi (love), sonsuzluq (infinity).

  • Əvəzliklər (Pronouns): İsimlərin yerində işlənərək onları əvəz edir.

  • Məsələn: o (she), onun (her), onunku (hers), hər şey (everything), heç kim (no one).

  • Feillər (Verbs):  Hərəkəti ifadə edir.

  • Məsələn: gedir (goes), getdi (went)

  • Sifətlər (Adjectives):  Əşyanın əlamət və keyfiyyətini bildirir.

  • Məsələn: ağıllı (intelligent), yaşıl (green), cansıxıcı (boring).

  • Zərflər (Adverbs):  Feili, sifəti və ya başqa bir zərfi təsvir edir.

    • Məsələn: çox (very), yaxşı (well) , tez (quickly).

  • Sözönləri (Prepositions):  Adətən, ismin və ya əvəzliyin önünə qoyulur.

  • Məsələn: üstündə (on), içində (in), əvvəl (before), haqqında (about), -dan, –dən (from).

  • Bağlayıcılar (Conjunctions):  Sözləri, ifadələri və cümlələri bir araya gətirir.

    • Məsələn: və (and), yaxud (or), ancaq (but), çünki (because).

  • Ədatlar (Interjections):  Hiss və həyəcanı ifadə etmək üçün istifadə olunur.

    • Məsələn: Oh!, Wow!, Hey!, Oops!, Gee.

Çox vaxt bir kateqoriyada (məsələn, isim) olan söz müəyyən kontekstlərdə başqa bir kateqoriyaya aid ola bilər (məsələn, sifət):

Mary tarixi sevir. Mary loves history. (History bu cümlədə isimdir.)

Mary tarix müəlliməsidir. Mary is a history teacher. (History burada sifət kimi çıxış edən isimdir.)

 

Söz sırası

Söz sırası dilin daxili quruluşudur. Fərqli dillərdə fərqli qaydalardan istifadə edilir.

Bir dilin söz sırası dilin quruluşunu öyrənmək çox vacibdir, çünki qrammatik cəhətdən düzgün cümlələr qurmağa imkan verir. Eyni zamanda söz sırası səhv olarsa, fikriniz qarışıq səslənə bilər, başa düşmək çətin olar və ya nəzərdə tutduğunuzdan fərqli məna ortaya çıxar.

İngilis dilində söz sırası qaydası SVO quruluşundadır. (Subject + Verb + Object) (Mübtəda+Xəbər+Tamamlıq)

Bu o deməkdir ki, ingilis dilində qrammatik cəhətdən düzgün cümlə qurmaq istəyirsinizsə, əvvəlcə mübtəda, sonra xəbər ən sonda isə varsa, tamamlığı qoymalısınız.

Atam gülür. My dad is smiling. → My dad (mübtəda-S) is smiling (xəbər-V). (S + V)

Atam pendir sevir. My dad loves cheese. → My dad (mübtəda-S) loves (xəbər-V) cheese (tamamlıq-O). (S + V + O)

Atam sizə məktub yazdı. My dad wrote you a letter. → My dad (mübtəda-S) wrote (xəbər-V) you (tamamlıq-O) a letter (tamamlıq-O). (S + V + O + O)

Atam düşünür ki sən bu havaya nifrət edirsən. My dad thinks you hate this weather. → My dad (mübtəda-S) thinks (xəbər-V) you (mübtəda-s) hate (xəbər-v) this weather (tamamlıq-o). (S + V + O, bu cümlədə tamamlıq S + V + O quruluşlu yan cümlədir).

İngilis dilində müxtəlif quruluşlu cümlələrdə müxtəlif qaydalardan istifadə olunur. Məsələn:

  • İnkar cümlələr bu qayda ilə düzəlir: (Subject + Negated Verb + Object) (mübtəda+ inkar xəbər+tamamlıq)

    • Məsələn: Atam pendir xoşlamır. My dad doesn’t like cheese. → My dad (mübtəda-S) doesn’t like (inkar xəbər-Negated V) cheese (tamamlıq-O).

  • Sual cümlələri bu qayda ilə düzəlir: Köməkçi fel (Auxiliary (helping verb)) + Mübtəda (Subject) + Xəbər (Verb) + Tamamlıq (Object) + Mübtəda (Subject) + Tamamlıq (Object).

    • Məsələn: Atan pendir xoşlayır Does your dad like cheese? → Does (köməkçi fel-A) your dad (mübtəda-S) like (xəbər-V) cheese (tamamlıq-O)?

Yadda saxlamalı olduğunuz bəzi söz sırası qaydaları vardır, məsələn, sifət həmişə isimdən əvvəl gəlir. Söz sırası üzrə qrammatik qaydaları mənimsədikdən sonra, "jele və fıstıq yağı" (jelly and peanut butter) deyil, "fıstıq yağı və jele" (peanut butter and jelly) dediyiniz zaman düzgün səslənən, yazılmamış, qeyri-rəsmi qaydaları öyrənməyi başlaya bilərsiniz.

İngilis dilində söz sırasını öyrənməyə sıfırdan başlamaq vacibdir.

Bu, düzgün formada ingilis dili cümlələri qurmanıza və aşağıdakı kimi anlaşılmazlıqlardan və qəribə cümlələrdən qaçmanıza kömək edəcək.

*My dad cheese likes. (Atam xoşlayır pendir.) (Qrammatik cəhətdən bu quruluş səhvdir.)

 *Cheese my dad likes. (Pendir atam xoşlayır.) (Qrammatik cəhətdən bu quruluş səhvdir.)

*Cheese likes my dad. (Pendir xoşlayır atam.) (Bu cümlə qrammatik cəhətdən düz olsa da, sizin demək istədiyiniz mənada deyil.)

Son cümlənin qrammatik cəhətdən necə düzgün olduğuna diqqət yetirin, amma söz sırası qaydaları yerində olsa belə, heç bir mənası yoxdur.

Bunun səbəbi, semantik və ya praqmatik amilləri nəzərə almasaq ingilis dilində səhv cümlə quracağımızdır. Bu vəziyyətdə pendir canlı bir varlıq deyil, buna görə də heç nəyi və ya kimisə sevə bilməz.

Bura qədər hər şey aydın oldusa, əladır! Növbəti məqaləmdə isə sizə ingilis dili qrammatikasının özəyi – zamanlar və zaman formalarından danışacağam. Hələlik isə daha aydın olması üçün burada qeyd edilənləri təkrar-təkrar oxuyun.

Blog writer
Fidan Cəfərzadə
Sep 28, 2021 | 15 dəq oxu


Əlaqəli məqalələr

Sayılan və Sayılmayan İsimlər
İNGİLİS DİLİ QRAMMATİKA

Sayilan və Sayilmayan İsimler (Countable and Uncountable Nouns)

Müəllif: Fidan Cəfərzadə
Nov 08, 2021 | 9 dəq oxu
İngilis Dilində Saylar
İNGİLİS DİLİ QRAMMATİKA

İNGİLİS DİLİNDƏ SAYLAR HAQQINDA

Müəllif: Nərmin Musazadə
Nov 08, 2021 | 6 dəq oxu