İngilis dili səviyyələri hansılardır?

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 4 dəq oxu
İngilis dili səviyyələri hansılardır?

   Ümumilikdə, dil öyrənmədə 3 səviyyə - başlanğıc (beginner), orta (intermediate) və irəli (advanced) var. Dünyada ən çox istifadə edilən ingilis dili standartlarından biri CEFR standartıdır. Bu standart dil bacarıqlarını 3 geniş (A, B və C) və 6 spesifik (A1, A2, B1, B2, C1 və C2) səviyyəyə ayırır. Aşağıda ətraflı məlumat ala bilərsiniz:

Bacarıq səviyyəsi

CEFR

Təsviri

Başlanğıc

Beginner

A1

Ən vacib ehtiyaclar üçün sadə ifadələrdən istifadə edə bilirsiniz. Əgər qarşı tərəf aydın və yavaş danışırsa, primitiv formada qarşılıqlı dialoq qura bilirsiniz.

İlkin orta

Pre-intermediate

A2

Gündəlik tapşırıqlar və fəaliyyətlər üçün istifadə edə bilirsiniz. Şəxsi məlumatlarınız və iş fəaliyyətiniz ilə bağlı mövzulara dair ümumi ifadələri də başa düşə bilirsiniz. 

Orta

Intermediate

B1

Sizə tanış olan mövzularda sadə dialoq qura bilirsiniz. B1 səviyyəsində həm də bəzi təcrübələrinizi təsvir edə, səyahət zamanı bir çox vəziyyətlərdən çıxa bilirsiniz.

Üst orta

Upper-intermediate

B2

Bir çox mövzularda özünüzə inamlı şəkildə söhbət edə bilirsiniz. B2 səviyyəsində çox müzakirələr etmək olar, odur ki, ana dili ingilis dili olanlarla çətinliksiz və  rahat ünsiyyət qura bilirsiniz. Bundan əlavə, sizə tanış olan mövzularda mətnlərin əsas ideyalarını başa düşə bilirsiniz. 

İrəli  Advanced

C1

İfadələr axtarışına ehtiyac duymadan istənilən situasiyada özünüzü sərbəst şəkildə ifadə edə bilirsiniz. İş və təhsillə bağlı ingilis dilində mürəkkəb tapşırıqlar edə bilirsiniz. Həmçinin, çətin mövzularda aydın,  anlaşıqlı mətnlər tərtib edə biliriniz. 

Mütəxəssis

Mastery

C2

İngilis dilindən tam peşəkarlıqla istifadə edirsiniz. İstənilən mövzu ilə danışa, danışa və yaza bilirsiniz. Hətta ən incə məna çalarlarını belə fərqləndirə bilirsiniz. 

 

Səlis ingilis dili səviyyəsi hansıdır?

Səlis danışıq qabiliyyəti C1 səviyyəsinde başlayır, C2 səviyyəsinde tam səlislik qazanılır.

 

İngilis dili səviyyəmi necə dəyərləndirə bilərəm?

İngilis dili səviyyənizi müəyyən etməyin ən sadə yolu “DillBill”ə qoşulmaqdır. Belə ki, “DillBill” platformasında qeydiyyatdan keçməklə onlayn şəkildə ödənişsiz imtahan verə bilərsiz. Qeydiyyatdan keçdikdən sonra sizə veriləcək bir neçə sualı səsli mesajla cavablandırırsınız və bir neçə dəqiqə sonra səviyyəniz sizin elektron poçtunuza göndərilir. Bundan sonra artıq sizinlə eyni səviyyədən olan istifadəçilərlə bir araya gələrək kiçik qruplar şəklində müzakirələrə başlayırsınız.

 

   CEFR - ingilis dili bacarığı səviyyələri sizin hazırk dil biliklərinizi müəyyən etmək üçün çox yaxşı üsuldur. Lakin unutmayın ki, bu məqalədə qeyd olunan rəqəmlərin çoxu — saat və sözlərin sayı — orta hesabladır. Sizin dilə aludəçiliyinizdən, öyrənməyə həsr etdiyiniz vaxtdan asılı olaraq, daha yaxşı və ya daha zəif nəticələr əldə edə bilərsiniz.

Şərtlər nə olursa olsun, ingilis dili bacarıqlarınızı təkmilləşdirmək üçün məntiqli plan və effektiv mənbələr olmalıdır. Qısa yol yoxdur. Bu yolda sizə yardım lazımdırsa, DillBill onlayn ingilis dili platformasının müəllimləri sizə yardım etməkdə, sizə bələdçilik etməkdə və daha tez nəticə əldə etməkdə kömək edə bilərlər. İlk dərsdən əvvəl hazırkı ingilis dili səviyyənizi yoxlamaq üçün 15 dəqiqəlik pulsuz səviyyə testi verə bilərsiniz. Müəllimlə üz-üzə oturmadan sualları səs yazısı ilə cavablandırıb, elektron poçtla nəticənizi öyrənə bilərsiniz. Bu, sizə sırf səviyyənizə uyğun dərs otaqlarının seçilməsində yardımçı olacaq. Maksimum 4 nəfərlik otaqlarda yalnız sizinlə eyni səviyyədə olan istifadəçilərlə birgə danışacaqsınız ki, bu, sizi həm də utanmaqdan çəkindirəcək.

Çətin görünməsinə baxmayaraq, ingilis dili öyrənmə səyahəti olduqca maraqlıdır. Belə ki, sizin dünyanız bir çox yollarla böyüyəcək.... Zehniniz itilənəcək, həyat təcrübəsi qazanacaqsınız və müxtəlif mədəniyyətlərin zənginliyini hiss edəcəksiniz. Başlamaq vaxtıdır!

Blog writer
Fidan Cəfərzadə
Sep 02, 2021 | 4 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu