İngilis dilini öyrənmək üçün Youtube kanallar, filmlər, seriallar

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Sep 02, 2021 | 7 dəq oxu
İngilis dilində rahat anlaşılan film və youtube kanallar

   İngilis dili yer üzündə ən çox tədris olunan birinci dildir və dünya əhalisinin 20 %-i bu dildə danışır. Bu səbəbdən də ətrafımızdakı bir çox insan bu dili öyrənmək və ya biliklərini daha da inkişaf etdirmək istəyir. Ümumiyyətlə, bir dili öyrəndiyiniz zaman 4 əsas funksiyanı həyata keçirə bilməlisiniz: oxuduğunuzu və dinlədiyinizi başa düşməli, fikirlərinizi yazaraq və danışaraq ifadə edə bilməlisiniz.

Adətən insanların ən çox çətinlik çəkdiyi dinləmə qabiliyyəti olur. Dinləmə qabiliyyətini inkişaf etdirməyin bir neçə metodu var. Bu metodlar ilə digər məqalələrimizdə tanış ola bilərsiniz. Bu gün danışacağımız mövzu ingilis dilində dinləmə bacarığımızı inkişaf etdirərkən nəyə qulaq asmalıyıq? Hər şeydən öncə qeyd etməliyəm ki, nə dinləyirsinizsə dinləyin, mövzuların sizin maraqlarınıza uyğun olması olduqca mühüm bir faktordur. Çünki dinləmə qabiliyyətini tez bir müddətdə  inkişaf etdirmək olmur. Bunun üçün aylarla dinləmə ilə məşğul olmalısınız. Bu müddətin kifayət qədər uzun olması səbəbi ilə dinlədiklərinizin və ya izlədiklərinizin sizi yormaması, bezdirməməsi mühümdür. Beləliklə, siz uzun müddət dinləmə proqramınızı pozmadan davam edə biləcəksiniz. Bu siyahı yer alan film, serial, TV şouları, YouTube kanallarından isə sadəcə sizə yol göstərmək üçün istifadə edə bilərsiniz.

 

Ingilisce rahat anlasilan Filmlər

 

Harry Potter

Bir çoxlarının sevimlisi olan bu fantastik film seriyasında Britaniya aksentindən istifadə edilmişdir. Bu filmlərin tövsiyə olunmasının səbəbi istifadə olunan dilin olduqca sadə olmasıdır. Həm kitab, həm film yeniyetmə və gənclər üçün nəzərdə tutulduğundan yeni başlayanlar və dinləmə qabiliyyəti aşağı səviyyədə olanlar üçün uyğundur. Lakin dinləmə qabiliyyəti nisbətən yaxşı olanlar da baxa bilər, çünki istifadə olunan ifadələr olduqca müxtəlifdir.

 

The King

Film XV əsrdə Fransaya qarşı vuruşan Kral Henrinin mübarizəsindən bəhs edir. Bu film sayəsində ingilis dilini öyrənməklə yanaşı, Britaniya tarixi haqqında da məlumat alacaqsınız.

 

The Dark Knight

“Klassik” deyə biləcəyimiz bir filmdir Xüsusilə Joker obrazı ilə yadda qalan 2009-cu ildə çəkilmiş bu film həm maraqlı, həm də ingilis dili üçün olduqca faydalıdır.

 

Little Women

2019-cu ilin ən uğurlu filmlərindən olan “Little Women” aydın dialoqları və maraqlı hekayəsi ilə dil öyrənənlər üçün yaxşı seçimdir. Film Amerikada vətəndaş müharibəsi

dövründə yaşayan dörd bacının həyatından bəhs edir və Amerika tarixi ilə tanış olmaq istəyənlər üçün maraqlıdır.

 

The Social Network

Film Mark Zukerberqin tələbəlikdən sahibkarlığa uzanan həyat hekayəsindən bəhs edir. Film sayəsində texniki və hüquq terminləri ilə tanış olursunuz.

 

 

Ingilisce en cox axtarilan Seriallar

 

Friends

Bu serialı bütün ingilis dili öyrənmə siyahılarında görə bilərsiniz. Bu da səbəbsiz deyil. İlk öncə gündəlik həyatda istifadə olunan söz və ifadələrin istifadə edilməsi, komediya janrında olması, söz və ifadələrin təkrar-təkrar istifadə edilməsi (beləliklə, öyrəndiyiniz yeni sözləri yadda saxlaya biləcəksiniz) bu serialı demək olar bir klassika halına gətirib. (Əgər “Friends” serialını bəyənirsinizsə və faydalı olduğunu düşünürsünüzsə, “How I met your mother”, “The Office”, “The Big Bang Theory” sitkomlarını da izləyə bilərsiniz).

 

Glee

Bu bir musiqili serialdır. Serialdakı hadisələr bir liseyin musiqi klubunda cərəyan edir. Ona görə də bol-bol musiqi eşidəcəksiniz. Ancaq bu serialın tövsiyə olunan başqa tərəfi var. Serialdakı müəllim şagirdləri mahnılardakı sözləri düzgün tələffüz etsinlər deyə sözləri təkrarladır. Bu da tələffüzünüz üçün çox faydalıdır.

 

The Simpsons

Amerikan ailəsinin yaşayış tərzini əks etdirən bu animasiya olduqca populyardır. Yeni başlayanlarların rahat başa düşə biləcəyi bir serialdır.

 

American Horror Story

Film orta səviyyə ingilis dili bilənlərin başa düşəcəyi tərzdədir. Qorxu janrında olan bu filmin başqa üstünlüyü var. Filmdəki əksər obraz hər mövsümdə kimliyini dəyişir, beləliklə, olduqca müxtəlif aksent və tərzlərə tanış oluruq.

 

Sherlock

Detektiv janrında olan bu serial “advanced” səviyyə ingilis dili bilənlər üçün daha uyğundur. İstifadə olunan sözlərin bir çoxu C1 və C2 səviyyəsində sözlərdir. Xüsusilə özünəxas tərzi ilə Benedikt Kumberbatçın canlandırdığı Şerlok obrazının özünəxas tələffüz şəkli var. Lakin serial sayəsində cinayət, kriminalistika sahələrinə aid bir çox söz öyrənə bilərsiniz.

 

Ingilisce ən populyar YouTube Kanalları

Learn English With TV Series 

Bu kanalda müxtəlif serial, film, şouların dil baxımdan analizləri, istifadə edilən söz və ifadələrin mənalarını izah etdiyi videolar yer alır.

Linguamarina 

Bu kanalda dil öyrənmə metodlarının, söz bazanızı genişləndirə biləcək söz və ifadələrin, tələffüz qaydalarının yer aldığı videolar yayımlanır.

Etkili Pratik İngilizce 

Kanalın adından da göründüyü kimi, daha çox gündəlik istifadə edə biləcəyiniz, söz bazanızı genişləndirə biləcəyiniz videolar paylaşılır.

BBC Learning English 

BBC Learning English 1943-cü ildən bəri ingilis dilini pulsuz audio, video və mətn materialları öyrədir.

EnglishClass101. 

İngilis dili haqqında bir çox yeni məlumatlar əldə edə biləcəyiniz videolar paylaşır. 

 

İngilisce en çox izlənilən TV şoular

TV şouları dil öyrənmək üçün əlverişli edən situasiyanın olduqca təbii olmasıdır. İzlədiyiniz insanların real dialoq qurmasıdır. Yenə də aksent və tələffüz formalarını müşahidə edə biləcəyiniz, yeni ifadələr öyrənə biləcəyiniz və dinləmə praktikası edə biləcəyiniz əyləncəli TV şouları bunlardır:

 

  1. “Late Night”

  2. “The Tonight Show”

  3. “Jimmy Kimmel Live”

  4. “Conan”

  5. “The Graham Norton Show”

 

Bəs bunları dinləmək bizə nə qazandıracaq? 

Əslində bütün bunlar hobbi olaraq bir çoxlarımızın sevimlisidir. Əvvəla bu hobbilərlə dinləmə qabiliyyətimiz yaxşılaşacaq. Lakin başqa müsbət tərəfləri də var. Bu mənbələrdə dil daşıyıcılarının (ing. native) istifadə etdiyi sözləri eşidər və öyrənərik. Doğrudur, hər birimiz söz bazamızı genişləndirmək üçün müxtəlif kitablardan istifadə edirik. Onlar bir nöqtəyə qədər əlverişlidir. Lakin dil yaşayan bir məfhumdur, insanlarla birlikdə o da dəyişir. İzlədiklərimiz və ya dinlədiklərimiz sayəsində isə biz həmin  dəyişən və yaşayan dillə tanış oluruq, “native”lərin istifadə etdiyi gündəlik söz və ifadələri öyrənirik. Bundan başqa, aksent və intonasiya öyrənmək üçün də əvəzsiz bir vasitədir. Unutmayaq ki, uzun zaman dinlədiklərimiz müəyyən müddət sonra dilimizə də təsir edir. Həmçinin, dil öyrənmək sadəcə söz əzbərləməklə bitmir. Siz əgər bir dili başa düşmək istəyirsinizsə ilk öncə o dildə danışanların düşüncələrini başa düşməlisiniz. Başqa bir deyişlə mədəniyyətləri ilə tanış olmalısınız. Bu siyahıdakı mənbələr isə bunun üçün birəbirdir. 

Siz bu siyahını öz zövqünüzə görə dəyişdirə bilərsiniz. Başqa seçim meyarı isə istifadə edilən aksent ola bilər. Öyrənmək, özünüzü inkişaf etdirmək istədiyiniz mövzuya görə də materialları seçə bilərsiniz. 

Əsas məsələlərdən biri isə əgər izlədiyiniz materialları altyazı ilə izləyəcəksinizsə bu mütləq ingilis dilində olmalıdır. Ən azından altyazını həm ingilis, həm ana dilinizdə qoyun.

Ümumiyyətlə, cəhd etməyənə qədər nəyi edə biləcəyimizi bilə bilmərik. Odur ki, hər zaman cəhd edin!

Picture of Arzu Alakbarsoy
Arzu Ələkbərsoy
Sep 02, 2021 | 7 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu