İngilis dilində söz ehtiyatını necə artırmaq olar?

Blog writer
Fidan Cəfərzadə
Sep 08, 2021 | 7 dəq oxu
İngilis dilində söz ehtiyatını necə artırmaq olar?

Söz öyrənmə əzələləriniz üzərində məşq etməyə hazırsınız?

BBC veb saytında dərc olunan bir məqalədə qeyd olunub ki, ingilis dilində 800 söz bilsəniz, gündəlik müzakirələrdə danışılanların 75 %-ni anlaya biləcəksiniz. Onların bunu necə belə dəqiqliklə ölçdüklərini bilmirəm, lakin sizi əmin edirəm ki, nə qədər çox söz bilsəniz, bir o qədər yaxşıdır. Söz öyrənmək dil öyrənən hər kəsin gec-tez etməli olduğu bir şeydir.

Elə isə hər dəfəsində bir və ya bir neçə söz öyrənməklə ilk addımı ataq. Söz öyrənmə biliyinizi təkmilləşdirmək üçün yararlana biləcəyiniz metodlara baxın.

İngilis dilində neçə söz öyrənməliyəm?

İngilis dilində 470.000-dən çox söz var. Bunların hamısını öyrənməyə hazırsınız?

Artıq bilirsiniz ki, sadə danışıq üçün yalnız 800 sözə ehtiyacınız var. Əslində isə sadəcə “başlanğıc (beginner) səviyyəsi”ni bitirib növbəti səviyyəyə keçmək üçün təqribən 1000 söz öyrənməyiniz gərəkdir.

Orta (intermediate) səviyyədə danışmaq üçün isə 4000 söz öyrənməlisiniz. Tam səlis danışan biri kimi özünüzü təsvir etmək istəyirsinizsə, bu rəqəm 16.000-ə qalxacaqdır. Amma düşünürəm ki, buna çatmaq üçün qarşıda hələ uzun bir yol var, ona görə gəlin başdan başlayaq.

 

“Websterin üçüncü yeni beynəlxalq lüğəti”ndə təxminən 470.000 (1993-cü ildəki əlavəsi ilə birlikdə) söz var. Bu o deməkdir ki, ingilis dilində əslində daha çox söz var, çünki lüğətlərə normalda bir sözün yalnız əsas versiyası (məsələn, to like felinin yalnız bir versiyası var, likes, liking və liked kimi müxtəlif versiyaları yoxdur) daxil edilir.

Lakin bizim məqsədimiz lüğətlər haqqında öyrənmək deyil. Biz ingilis dili söz ehtiyatını genişləndirməyi və bununla bağlı çalışmaların bizə necə kömək edəcəyini öyrənmək üçün buradayıq. Söz ehtiyatı hər dildə önəmlidir, o cümlədən öz ana dilimizdə də. Hətta bütün qrammatik qaydaları bilsəniz belə sözlər olmadan bir şey demək mümkün deyil. İnsanlara, heyvanlara, əşyalara işarə etmək sizi bir yerə qədər apara bilər. Sonra nə olacaq?

Təsəvvür edin ki, pendir almaq istəyirsiniz, ancaq pendir sözünü bilmirsiniz. Süd, inək, ferma, süd məhsulları və s. kimi sözləri bilmirsiniz. Necə alacaqsınız?

Good morning. I would like to buy some coagulated yellow thing.

(Sabahınız xeyir. Mən bərkimiş sarı şeydən bir az almaq istəyirəm.)

Heç kim heç nə başa düşməyəcək.

Bəlkə də bu, mübaliğəli misaldır, lakin xarici dil öyrənənlər üçün söz bilməyin əhəmiyyətini göstərir.

Deyilənə görə, praktika bacarıqları mükəmməlləşdirir, yəni bir bacarığın üzərində müntəzəm olaraq çalışmaq sizi onda ustalaşdırır. Buna görə ingilis dili söz ehtiyatını artırmaq üçün çalışmalar etmək bu dildə digər insanlarla ünsiyyət qurmaq üçün ehtiyacınız olan yeni sözləri yadda saxlamağın ən yaxşı üsuludur.

Elə isə söz öyrənmək haqqında bilməli olduğunuz hər şeyə göz gəzdirək.

Unudulmaz bir təcrübə yaşamağa hazır olun. 

 

İngilis dilində lüğətinizi genişləndirməkdə çalışmalar sizə necə kömək edə bilər?BillDill

Öz-özünüzə soruşa bilərsiniz ki, niyə yeni sözlər öyrənməyə gəldikdə çalışmalar bu qədər heyrətləndirici olur. İstər az çalışın, istər çox, çalışmalar hər zaman faydalıdır. Bunun bir neçə səbəbi var:

Onlar söz və ifadələri daha asan yadda saxlamanıza kömək edir.

Əgər önünüzdə sadəcə sözlərin və onların tərcümələrinin siyahısı varsa və onları dəfələrlə oxuyursunuzsa, tezliklə bezəcək və sözlərin sadəcə çox az bir qismini öyrənəcəksiniz. Lakin əgər eyni siyahıda sözlərlə yanaşı sizə kömək edəcək çalışmalar da varsa, siz həm daha çox əylənəcək, həm də daha çox yeni söz öyrənəcəksiniz.

Kontekst, bütöv cümlələr və ya oyunlarla yeni sözlər öyrəndikdə etdiyiniz şeydən zövq alırsınız və söz ehtiyatınızı genişləndirmə hədəfinizə çatmaq şansınız daha çox olur.

Onlar bütün əsas dil bacarıqlarınızı eyni anda təkmilləşdirməkdə sizə kömək edir.

Söz öyrənmək üçün bir çox fərqli çalışma növləri var.

Bu o deməkdir ki, yeni sözlər öyrənməyə çalışdıqda 4 əsas dil bacarığının hamısını təkmilləşdirmək şansınız olacaq.

  • Dinləmə (listening): Boşluqları doldurmaq (fill in the gaps) tipində olan çalışmalar audio şəklində verilir..

  • Yazma (writing): Tapşırıqların əksəriyyətində yeni sözlər və bütöv cümlələr yazmalı olacaqsınız.

  • Oxuma (reading): Oxumaq mətnin içərisindəki sözləri öyrənmək üçün əla üsuldur və anlama tapşırıqları (reading comprehension exercises) sizə bir çox yeni ingilis dili sözləri təqdim edəcək.

  • Danışma (speaking): Öyrəndiklərinizi yadda saxlamağın ən yaxşı yolu onları istifadə etməkdir. Sözləri təkrarlamalı, yaxud öz cümlələrinizi qurub onları səsli şəkildə oxuma tapşırıqları var. Hətta nitq tanıma mobil tətbiqləri və veb saytları da var.

Onlar məşhur “Intermediate Plateau” halını (başlanğıc səviyyədən orta səviyyə keçdikdə anidən inkişafın dayanması halı) sındırmağınıza yardım edir.

“Dil öyrənmə maneəsi” kimi bilinən “ıntermediate plateau” demək olar ki, hər dil öyrənən şəxsin axıcı danışmağı öyrənmə yolunda yaşamış olduğu bir haldır. Bu, orta səviyyədə (intermediate level)  sürətli danışmağı öyrənə bilmədiyimiz müddətdir.

Bu, demək olar ki, hər birimizin başına gəlir. Tez əsəbləşir və yoldan dönmək haqda düşünməyə başlayırsınız. Lakin bu, ən çox çalışmalı və əlimizdən gələnin ən yaxşısını etməli olduğumuz dövrdür. Xüsusilə daha çox praktika etmək bu mərhələnin öhdəsindən gəlmək və növbəti səviyyəyə keçmək üçün ən yaxşı üsuldur. Əsasən söz bazasının əskikliyi bizi bu mərhələdə daha çox qalmağa vadar edir. Daha çox qrammatikaya diqqət yetirir və lazımi sözləri bilmədən qrammatik qaydalardan yararlana bilməyəcəyimizi unuduruq.

Artıq bu mərhələni keçdinizsə, gündəlik öyrənmə rejiminizə lüğət genişləndirmə tapşırıqları əlavə edin. Heyrətamiz nəticələr özünüzü də təəccüblənəcək.

Onlar sürətli və axıcı danışmağa keçmənizə kömək edir.

Bu, bundan öncəki qeyd etdiyimiz məsələ ilə əlaqəlidir.

Təsəvvür edin ki, dil öyrənmə səyahətinizə əvvəldən lüğət genişləndirmə tapşırıqları edərək başlamısınız. Orta səviyyəyə çatdıqda işin çox hissəsini artıq tamamlamış olacaqsınız. Dil öyrənmə maneəsi dövrünüz daha da qısalacaq və irəli səviyyəyə (advanced) daha sürətli keçid edə biləcəksiniz.

İrəli səviyyə (advanced) axıcılıqdan bir öncəki mərhələdir, yəni son hədəfə çatmaq üçün sadəcə son bir səy göstərməyiniz gərəkdir.

Bura qədər maraqlı oldusa, çalışın qeyd edilənləri müntəzəm olaraq edəsiniz. Növbəti məqalələrimdə sizə söz ehtiyatını artırmaqla bağlı daha bir neçə məsləhət verəcəyəm.

Blog writer
Fidan Cəfərzadə
Sep 08, 2021 | 7 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?
ÜMUMİ İNGİLİS DİLİ

ingilis dilini necə öyrənmək olar

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu