ingilis dilini necə öyrənmək olar

Blog writer
Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu
İngilis dilini ödənişsiz haradan öyrənə bilərəm?

Ödənişsiz ingilis dili öyrənmək üçük seçim olduqca çoxdur, lakin daha rahat və geniş məzmunu olan bəzi mənbələr dil öyrənmək üçün etibarlı vasitələrdən daha çoxuna ehtiyac olduğunu sübut edir.

Bir qəpik belə xərcləmədən keyfiyyətli dil öyrədən ən yaxşı mənbələr bunlardır.

 

YouTube

   Ən yaxşı “online” video platforması hesab edilən YouTube-da olmayan video yoxdur. Ingilis dili öyrənmək konteksti olduqca zəngindir, bütün bunlar qısa bir axtarış və klikləmə uzaqlığındadır. Yeni bir dil öyrənmək üçün biliklərini bölüşən müəllimlər və ya video “playlistlər” izləyə bilərsiniz. Ancaq baxmalı olduğunuz yalnız həqiqi ingilis dili kurslarının kanalları və ya dərs proqramları deyil. Real vəsaitlər sonsuz saydadır. Musiqi dinləyərək, altyazıları ilə film, şirkətlərin tanıtım çarxlarını və ya dil daşıyıcılarının günlük həyatları ilə bağlı çəkdiyi video bloqları (vlog) izləyərək dil bacarıqlarınız üzərində işləyə bilərsiniz. Hətta xarici videoların rəy hissələri yazılı dil biliyinizi təkmilləşdirmək üçün əla vasitədir.

 

Veb saytlar

Online dil öyrənmə kursları mənbələr arasında olduqca məşhurdur. Burada belə bir sual yaranır: Niyə?

Ödənişsiz ingilis dili öyrənmək üçün bütün dil səviyyələrinə uyğun çoxlu vebsayt var. Bəziləri ödəniş tələb etsə də axtardığınız proqramı təmin edəcək əla ödənişsiz dil öyrənmə veb saytları mövcuddur. Həmçinin onlayn tərcümə saytlarından da yararlana bilərsiniz. İnsan beyni kimi tərcümə etməsə də bu saytlar nəticə etibarilə istəyinizi qarşılmağa kifayət edir.

 

Mobil tətbiqlər

“On-the-go” bir çox istəyimizi və ehtiyacımızı qarşılamaq üçün “way to go” olaraq dəyişdirildi və buna görə də rəqəmsal tətbiqlər gündəlik istifadəsi və rahatlığı ilə zirvədə olmağa davam edir.

İngilis dili öyrənmək üçün tətbiqləri bu gün ən çox yüklənən tətbiqlərdir və dil öyrənmək üçün çoxdilli lüğətlər və tərcümə xidmətləri, “flashcard” yaradıcıları, dərs tapşırıqları və hətta oyunların daxil olduğu bir mobil tətbiq tapmaq mümkündür.

Bu sahədə rəqabət çox olduğundan keyfiyyətli tətbiqlərlə yanaşı keyfiyyətsiz olanlar da var. 

 

Elektron kitabxana

“Kitab qurdları” sevinirlər. Online şəkildə istənilən ölkədən elektron kitablar əldə edə biləcəyiniz çoxlu mənbə var. Bəziləri PDF, EPUB kimi müxtəlif formatlarda ödənişsiz şəkildə yüklənə bilir, buna görə də telefonunuzdan və ya “Kindle”dan asılı olmayaraq istənilən “smart” cihazdan giriş mümkündür.

İngilis dilində intensiv oxumaq inkişafınız üçün əvəzsiz üsuldur. Həm təxəyyül, həm də dil bacarıqlarınızı çalışdırmaq üçün iki qat faydalıdır. Çətin hissələri anlamaq üçün mütləq ya bir lüğət, ya da tərcümə proqramını yanınızda saxlayın.

Onlayn forumlar

Forumların mərkəzində müəyyən bir mövzu ilə maraqlanan insanların paylaşımları dayanır. Praktika etmək və dil biliklərinizi bölüşmək üçün onların necə faydalı olduğunu görə bilərsiniz. İnternetdə dil öyrənmə ilə bağlı minlərlə forum, milyonlarla bloq var.

Ya da ən yaxşısı “beginner” səviyyədən tutmuş “advance” səviyyəyədək olan “native”lər tapmaq sizə çox kömək edəcək. Çalışıb günün çox hissəsini ya yazışmalı, ya da danışmalısınız. Başqalarından ingilis dili öyrənmək üçün məsləhətlər alacağınız əlavə bir mənbədən yararlanmaq yaxşı bir fikirdir. Bu üsulları sınaqdan keçirməklə dərslərə və vəsaitlərə pul xərcləmədən necə xarici dil öyrənəcəyinizə heyran qalacaqsınız. Səy və istəklə bir qəpik belə xərcləmədən dil bacarıqları qazana bilərsiniz.

Bir də “DillBill”in oxu materiallarından da pulsuz istifadə edə bilərsiniz. Bunlar gündəlik “topic”lərlə bağlı olan oxu materiallarıdır ki, onların sayı 600-dən artıqdır və müxtəlif mövzuları əhatə edir, eyni zamanda, hər səviyyəyə görə dəyişir.

Blog writer
Fidan Cəfərzadə
Sep 28, 2021 | 4 dəq oxu


Əlaqəli məqalələr

Niyə texniki ingilis dili?
ÜMUMİ İNGİLİS DİLİ

Niyə texniki ingilis dili?

Müəllif: DillBill Team
Sep 29, 2021 | 7 dəq oxu
Hava ilə bağlı 40 idiom
ÜMUMİ İNGİLİS DİLİ

İngilis Dilində Hava İlə Bağlı 40 İdiom

Müəllif: Fidan Cəfərzadə
Sep 28, 2021 | 24 dəq oxu