İngilis dilində modal feillər xüsusi qrup təşkil edir və istifadə zamanı bütün digər feillərdən fərqli olur. Modal feillərin köməyi ilə bacarıqlarımızdan, istəklərimizdən danışa, icazə istəyə bilərik, bir şeyi qadağan edə, məsləhət verə və öhdəliklərdən bəhs edə bilərik. Buna görə də, bu barədə danışmaq çox vacib və maraqlıdır. Məqalədə nəzərdən keçirəcəklərimiz:
Modal feillər nədir?
İngilis dilində modal feillərin xüsusiyyətləri
Modal feillərin yığcam cədvəli
Modal feillər, digər feillərdən fərqli olaraq, hərəkəti (get, oxu, öyrən) deyil, əksinə bu hərəkətlərə münasibət göstərir (getməliyəm, oxuya bilərəm, öyrənməliyəm).
Adi formada: "Üzürəm".
Modal: "Mən üzə bilərəm."
Adi formada: "O işləyir."
Modal: "O işləməlidir."
Bu tip feillərin köməyi ilə bir şey etmək üçün imkan, öhdəlik, zərurət, hazırlıq, istək, icazə olmasını ifadə edirik. İngilis dilində aşağıdakı modal feillər mövcuddur:
Can
Must
Have to/has to
May/might
Ought to
Be To
Bu feillər istifadə zamanı onları digər feillərdən fərqləndirən xüsusiyyətlərə malikdirlər.
İngilis dilində modal feillərinin xüsusiyyətləri
Modal feillər müstəqildir və özündən sonra köməkçi feil tələb etmir.
Yəni, inkar formasında və sual cümlələrində do/does, did, will, am/are/is sözlərindən istifadə etməyimizə ehtiyac yoxdur.
İnkar cümləsini qurmaq üçün, not inkar hissəsini modal felin özünə əlavə etməliyik.
He should not come -O gəlməməlidir.
They cannot swim -Onlar üzə bilmirlər.
Modal feil ilə sual vermək üçün onu cümlənin əvvəlinə keçiririk:
Must he help? - O, kömək etməlidir?
May she ask? - O, soruşa bilər?
Have to model feilində istisna olaraq bu qaydadan kənara çıxılır.
He didn't have to go - O getməli deyildi.
Did he have to go? - O getməli idi?
Bu cür feillərdə şəxsdən asılı olaraq sonluqlar dəyişmir.
Bəzən, hərəkəti bir şəxs (she , he, it) yerinə yetirirsə, felin sonunu dəyişirik: her friend (onun dostu), his sister (onun bacısı).
I like ice-cream - Mən dondurma sevirəm.
She likes ice-cream - Dondurma sevir.
Modal feillər, hərəkəti kimin etməsindən asılı olmayaraq həmişə eyni olaraq qalır:
I should read - Mən oxumalıyam.
She should read - O oxumalıdır.
Burada yenə də, have to feilində istisna vardır. Belə ki, o, he, she, it şəxs əvəzlikləri ilə işləndikdə has to olaraq dəyişir.
They have to write - Onlar yazmalıdırlar.
He has to write - O yazmalıdır.
Modal feillərdən sonra to hissəciyi qoyulmur.
Adətən to hissəciyi, feillərdən birinin ilkin formada olduğunu göstərən iki hərəkəti ayırır (oxumaq istəyirəm, verməyi unutmuşam, üzməyə gedəcəyəm).
I want to sleep - Mən yatmaq istəyirəm.
Modal feldən sonra to hissəciyini heç vaxt qoymuruq:
You should sleep - Sən yatmalısan.
Burada istisna hal to hissəciyi ilə birlikdə işlənən modal feillərdir: have to, had to, ought to, be to.
I have to sleep - Mən yatmalıyam.
Gördüyünüz kimi, iİngilis dilində modal feillər istifadə zamanı digər feillərdən əhəmiyyətli dərəcədə fərqlənir. Ona görə də, onlardan istifadə edərkən diqqətli olmaq lazımdır.
İndi isə ingilis dilində hansı modal fellərin olduğunu nəzərdən keçirək
Modal fellərlə ətraflı tanış olmaq və onların hər birini nə zaman istifadə etmək lazım olduğunu anlamaq üçün cədvələ baxaq.
Modal feil |
Nümunə |
İstifadə olunduğu hal |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Düşünürəm ki, bu yazılanlar sizin üçün faydalı olacaq. Elədirsə, rəy bölümünə fikirlərinizi yazın. Yaxud məqaləmi dostlarınızla paylaşın.
Əlaqəli məqalələr
|