Omonimler və omoqraflar haqqında

Blog writer
Fidan Cəfərzadə
Sep 04, 2021 | 7 dəq oxu
Omoqraflar və omonimlər

İngilis dilinin asan dil olmamasının bir çox səbəbləri vardır. Üstəlik, iki sözün eyni yazılması və tələffüz edilməsi onların həmişə eyni məna kəsb etdikləri anlamına gəlmir.

Məsələn, “I have a novel idea” dedikdə, bu, danışdığım fikrin bir romandan və ya hekayə kitabından qaynaqlandığı anlamına gəlmir (əslində, kəsb etdiyi məna tam əksinədir - fikrin orijinal olması deməkdir).

Bəzən kontekstin köməyi ilə bu sözlərin nə demək olduğunu müəyyən edə bilərsiniz. Ya da işinizi daha da asanlaşdırmaq üçün eyni görünən, lakin fərqli mənaları olan çox istifadə olunan sözlər üçün hazırlanmış bu məqaləmizi oxuya bilərsiniz.

 

Eyni yazılan, lakin fərqli mənalara malik iki sözə omoqraf deyilir.

Omoqraflar eyni yazılan, lakin fərqli tələffüz olunan və ya olunmayan sözlərdir.

Eyni yazılan və tələffüz edilən, lakin fərqli mənalara malik olan sözlərə omonimlər deyilir.

Aşağıda fərqli tələffüzə edilən omoqraflara və eyni tələffüz edilən omonimlərə bəzi  nümunələr verilmişdir.

 

Omoqraflar: eyni yazılan, lakin fərqli tələffüz edilən sözlər üçün nümunələr

Bow /bəʊ/

        • (isim) İki ilgək ilə bağlanan düyün - adətən, ayaqqabı bağlayarkən və ya hədiyyələr bağlayarkən istifadə olunur.

She tied her hair up with ribbon and made a little bow. - Saçlarını lentlə bağladı və kiçik bant kimi bağladı.

        • (isim) Ox atmaq üçün oxçuluqda istifadə olunan silah.

Pierre slung the bow and arrows over his shoulder and trudged into the forest. – Pyer yay və oxları çiyninə atıb meşəyə girdi.

Bow /baʊ/

        • (feil) təzim etmək, baş əymək

When Mae meets her grandparents, she always bows to greet them. - Mae nənə və babası ilə görüşəndə həmişə salam vermək üçün baş əyir.b

Lead /liːd/

        • (fel) Birini istiqamətləndirmək, kimisə izləməyə vadar etmək

My father doesn’t like Simon. He thinks he’s leading me astray. - Atam Simonu sevmir. Onun məni yoldan çıxardığını düşünür.

P.S. İnsanlar çox vaxt “lead” sözünün keçmiş zaman formasını qarışdırırlar. Led – keçmiş zaman formasıdır, lead yox.

        • (isim) Məlumat əldə etməyə imkan verən şəxs və ya marşrut.

We finally have a lead in this case – the man we just interviewed says he knew the victim! - Nəhayət bu məsələdə bir ipucumuz var - yeni müsahibə götürdüyümüz adam qurbanı tanıdığını deyir.

Lead /lɛd/

       • (isim) qurğuşun.

Car batteries and ammunition are often made with lead.- Avtomobil akkumulyatorları və döyüş sursatı adətən qurğuşundan hazırlanır.

Row /rəʊ/

  • (isim) Sıra, cərgə

The row in the table indicates the country and each column indicates the number of awards received each year.- Cədvəldəki ox ölkəni, hər sütun isə hər il alınan mükafatların sayını göstərir.

  • (isim) Teatrdakı oturacaqlar sırası.

My tickets show that I am in Row C. - Biletlərim C sırasında olduğumu göstərir.

  • (feil) Avar çəkmək.

Lee wakes up every morning at 5am to practice rowing. - Li hər gün səhər 5-də oyanaraq avarçəkmə ilə məşğul olur

Row /raʊ/

  • (noun) – Dava-şava, qalmaqal (q.r)

Priya and Puja often row about who gets to play video games. - Priya və Puja tez-tez kimin video oyun oynayacağı ilə bağlı mübahisə edirlər.

Omonimlər: eyni yazılan və tələffüz edilən sözlərə  nümunələr

Bark

  • (isim) Ağacın qabığı

Tree bark is used to make paper. - Ağac qabığı kağız hazırlamaq üçün istifadə olunur.

  • (feil)  İtin çıxardığı səs

The dog’s bark was so vicious that I ran away, terrified. - İtin hürməsi o qədər şiddətli idi ki, qorxub qaçdım.

Nail

  • (isim) Dırnaq.

She went to the salon to get her nails done. – O, dırnaqlarını düzəltmək üçün salona getdi.

  • (isim) Mismar, mıx.

Claire drilled a nail into the wall to hang up a picture. - Klara şəkli asmaq üçün divara mismar vurdu.

  • (feil) – Bir şeyi tamamilə düzgün etmək və ya səhv etməmək.

I nailed that exam – it was far too easy! - O imtahandan keçdim - çox asan oldu!

Novel

  • (isim) Bədii kitab.

“The Grapes of Wrath” is John Steinbeck’s best novel. - ”Qəzəb üzümləri” Con Steynbek-in ən yaxşı romanıdır.

  • (sifət) Yeni və orijinal bir şey 

The steam engine was a novel invention that changed the way people traveled.- Buxar mühərriki insanların səyahət etmə şəklini dəyişdirən yeni bir ixtira idi.

Season

• (isim) Mövsüm

My favorite season is winter because the snow is so magical. - Ən çox sevdiyim mövsüm qışdır, çünki qar çox möcüzəvidir.

• (feil) Ədviyyat 

The recipe says to season the dish with plenty of salt and pepper. - Reseptə görə, bol duz və istiot kimi ədviyyat əlavə etməklə yeməyə dad verə bilərik..

Squash 

  •  (feil) Bir şeyi əzmək və ya sıxmaq (ümumi mənada, yox etmək üçün). 

She squashed my dreams of ever becoming a famous singer.

O, məşhur mügənni olmaq xəyallarımı məhv etdi.

  • (isim) Kudu, balqabaq.

My dad made butternut squash soup for dinner. - Atam axşam yeməyi üçün balqabaqlı şorba bişirdi

Racket

  • (isim) Tennis oynayarkən istifadə olunan bir avadanlıq raketka

I hate carrying my racket around when I have tennis practice – it’s so huge and annoying. - Tennislə məşğul olanda raketkamı gəzdirməyə nifrət edirəm - çox böyük və zəhlətökəndir.

  • (isim) Səs-küy, zıppıltı.

I couldn’t sleep with the racket coming from the party next door.- Yan qonşuda keçirilən şənlikdən gələn səs-küyə görə yata bilmədim.

İngilis dili sizə çətin gəlməsin. Əslində, ingilis dilində Latın dillərinin əksəriyyətindən təxminən iki dəfə çox söz var. Bir çox sözün birdən çox mənaya sahib olması faktını nəzərə alsaq, ingilis dili öyrənmə fikrindən vaz keçmək istəyə bilərsiniz. 

Amma narahat olmayın. Bir çox sözün birdən çox mənasının olması çaşqınlıq da yarada bilər, gülüş mənbəyinə də çevrilə bilər. İngilis dilində, bir sözün iki fərqli məna daşımasından qaynaqlanan zarafatlar etmək çox asandır.

Məsələn, “To the guy who invented zero, thanks for nothing.” - "Sıfırı kəşf edən adama, heç bir şey üçün təşəkkür edirəm." Bu gülməlidir, çünki “thanks for nothing” - "heç bir şey üçün təşəkkürlər" "mənə heç kömək etmədiyin üçün sənə əsəbləşirəm" mənasını verən və eyni zamanda "nothing-heç nə" "zero-sıfır" ın sinonimidir. Çox mənalı sözlərə söykənən zarafatlara “puns” – “söz oyunu” deyilir. Növbəti dəfə ingilis dilində komediya şousuna baxanda onları diqqətlə dinləyin. Çox şey eşidəcəksiniz.

Blog writer
Fidan Cəfərzadə
Sep 04, 2021 | 7 dəq oxu


Əlaqəli məqalələr

Sayılan və Sayılmayan İsimlər
İNGİLİS DİLİ QRAMMATİKA

Sayilan və Sayilmayan İsimler (Countable and Uncountable Nouns)

Müəllif: Fidan Cəfərzadə
Nov 08, 2021 | 9 dəq oxu
İngilis Dilində Saylar
İNGİLİS DİLİ QRAMMATİKA

İNGİLİS DİLİNDƏ SAYLAR HAQQINDA

Müəllif: Nərmin Musazadə
Nov 08, 2021 | 6 dəq oxu