Əvəzliklər haqqında

Blog writer
Fidan Cəfərzadə
Sep 26, 2021 | 18 dəq oxu
əvəzliklər, şəxs əvəzliyi

Mənim atam, sənin qonşun və ya Maykl Cekson “o” (he) əvəzliyi ilə ifadə edilə bilər. Qələmi, dayın/bibin/xalan/əmin uşağını, hətta bir məktəbi this (bu) əvəzliyi ilə göstərmək olar. Əvəzliklər, demək olar ki, hər şeyi ifadə edə bilər, odur ki, ingilis dili macəranı daha da asanlaşdırmaq üçün onlar istifadə oluna bilən ən yaxşı vasitələrdən biridir. 

Bəs dəqiq olaraq əvəzlik nədir?

Sadə dillə desək, əvəzlik ismi və ya isimləşmiş bir sözü əvəz edə bilən sözdür. İnsanlara, heyvanlara, əşyalara, yerlərə, cümlənin istənilən yerində vurğulanan və ya kontekstdə başa düşülən fikirlərə aid olur – yəni, isimdən əvvəl gəlməz. Yuxarıdakı nümunələrin birində göstərildiyi kimi, atam, sənin qonşun və ya Maykl Cekson “o” (he) əvəzliyi ilə ifadə edilə bilər. Məsələn:

Mənim atam heyvanları sevir → He (O) heyvanları sevir.

Sizin qonşunuz çox səbirsizdir. → He (O) çox səbirsizdir.

Maykl Cekson dahi bir müğənni idi. → He (O) dahi bir müğənni idi.

Lakin bu, əvəzliyin yalnız bir növüdür (şəxs əvəzliyi) (personal pronoun).

İngilis dilində, ümumilikdə, 9 müxtəlif növ əvəzlik var və hər biri müxtəlif məqsədlər üçün istifadə olunur. Artıq, siz onların hamısını öyrənmək üzrəsiniz. (Siz (you) və onları (them) da əvəzliklərdir). Zövq alın!

 

İngilis dilində əvəzliklərin 9 növü var.

İngilis dilində ümumilikdə 100-dən çox sayda əvəzlik var. Yaxşı xəbər odur ki, bütün əvəzliklər əvvəl qeyd etdiyimiz kimi 2 cür olurlar (onlar ismi və ya isimləşmiş bir sözü əvəz edirlər və müstəqil işlənirlər). Gəlin şəxs əvəzliklərindən (personal pronouns) başlayaq.

 

1. Personal Pronouns (Şəxs əvəzlikləri)

Adından fərqli olaraq, şəxs əvəzlikləri təkcə insanlara şamil edilmir. Onlar həm də heyvanları və əşyaları da əvəz edə bilir. Şəxs əvəzliklərini bilməmiş olmazsınız, çünki ingilis dilini öyrənməyə başlayanlara onlar çox tez tədris olunur. Bu əvəzliklər şəxsin qrammatik göstəricisindən (danışılan şəxs), cinsdən (3-cü şəxsin təkində) və kəmiyyətdən asılı olaraq dəyişir. Bunu nümunələrlə daha yaxşı izah edəcəyik. Cümlədəki funksiyasından asılı olaraq, 2 növ şəxs əvəzliyi mövcuddur.

 

Subject Personal Pronouns (Subyekti ifadə edən şəxs əvəzlikləri)

Bu şəxs əvəzlikləri cümlədə subyekt rolunda çıxış edir. Onlar cümlənin subyekti rolunda çıxış edən şəxsi, heyvanı və ya əşyanı əvəz edir. Onlar sayca 8-dir və aşağıdakılardır. 

I (Mən) (1-ci şəxsin təki, kişi və ya qadın) — danışanın özünü ifadə etmək üçün 

You (sən) (2-ci şəxsin təki, kişi və ya qadın) — danışdığınız şəxsi və ya haqqında danışılanı göstərmək üçün

He (o) (3-cü şəxsin təki, kişi) — bir kişi haqqında danışarkən

she (o) (3-cü şəxsin təki, qadın) — bir qadın haqqında danışarkən

it (o) (3-cü şəxsin təki, neytral) —cansız əşyalar və ya heyvanlar haqqında danışarkən 

we (biz) (1-ci şəxsin cəmi, qadın və ya kişi) — sən də daxil olmaqla bir qrup şəxs haqqında danışarkən

you (siz) (2-ci şəxsin cəmi, qadın və ya kişi) — sizin söhbət etdiyiniz bir qrup şəxsi bildirmək üçün

they (onlar) (3-cü şəxsin cəmi, kişi və ya qadınS) — sizin aid olmadığınız bir qrup şəxs haqqında danışarkən

Onlara aid bir neçə nümunəyə baxaq:

Siz çox yorğunsunuz. - You are very tired.

Onlar restoranda yeməy sevirlər. - They love eating in that restaurant.

Ev tapşırığını etdiniz? O, çox çətin idi. -  Did you do the homework? It was very difficult.


 

Object Personal Pronouns (Obyekti ifadə edən şəxs əvəzlikləri)

Bu şəxs əvəzlikləri tamamlıq rolunda çıxış edir.

İngilis dilində tamamlığın 3 növü var (vasitəsiz, vasitəli və sözönülü).

Vasitəsiz tamamlıqlar (Direct objects) kimi, nəyi (who(m), what) suallarına cavab verir:

I saw her (Mən onu gördüm). (Who did I see? Her.) (Kimi gördüm? Onu).

Vasitəli tamamlıq kimə, kim üçün və ya nə üçün suallarına cavab verir (to who(m), for who(m), for what):

I bought her a present (Mən bunu onunçün aldım). (Kim üçün? Onunçün).

Sözönülü tamamlıqlar (Prepositional objects) sözönül ilə işlənir:

I bought this for her (Mən bunu onunçün aldım). (Her əvəzliyi for sözönüsü ilə işləndi). Burada əvəzlik sözönünün tamamlığıdır).

Obyekt şəxs əvəzliklərinin tam siyahısını təqdim edirik:

Me (mənə, məni) (1-ci şəxsin təki, kişi və ya qadın)

You (sənə, səni) (2-ci şəxsin təki, kişi və ya qadın)

him (ona, onu) (3-cü şəxsin təki, kişi)

her (ona, onu) (3-cü şəxsin təki, qadın)

it (ona, onu) (3-cü şəxsin təki, neytral)

us (bizə, bizi) (1-ci şəxsin cəmi, kişi və ya qadın)

you (sizə, sizi) (2-ci şəxsin cəmi, kişi və ya qadın)

them (onlara, onları) (3-cü şəxsin cəmi, kişi və ya qadın)

Və bir neçə nümunə:

Biz (him) onu çox sevirik so much.

Meri (it) onu sığorta pulu ilə alıb.

She (O) onu (it) onlar üçün (for them) alıb.

 

2. Possessive Pronouns (Yiyəlik əvəzlikləri)

Yiyəlik əvəzlikləri (yiyəlik sifətləri ilə qarışdırılmamalı) bizə yiyəlik, sahiblik haqqında danışmaq üçün yardımçı olan əvəzliklərdir (kim nəyə sahibdir). Həmçinin, şəxsin qrammatik halından asılı olaraq, yiyəlik əvəzliklərinin müxtəlif formaları var. İsmin cins kateqoriyasına (3-cü şəxsin təkində) görə onlar dəyişə bilir, lakin ingilis dilində kəmiyyəti göstərmirlər:

Bu, mənim kitabımdır. → O, mənimkidir (mine).

Bunlar  mənim kitablarımdır. → Onlar mənimkidir (mine).

Şəxs əvəzlikləri ilə yanaşı, hər bir qrammatik halda şəxs üçün istifadə olunan bir yiyəlik əvəzliyi var:

mine (mənimki) (1-ci şəxsin təki, kişi və ya qadın)

yours (səninki) (2-ci şəxsin təki, kişi və ya qadın)

his  (onunku) (3-cü şəxsin təki, kişi)

hers (onunku) (3-cü şəxsin təki, qadın)

its (3-cü şəxsin təki, neytral)

ours (bizimki) (1-ci şəxsin cəmi, kişi və ya qadın)

yours (sizinki) (2-ci şəxsin cəmi, kişi və ya qadın)

theirs (onlarınkı) (3-cü şəxsin cəmi, kişi və ya qadın)

Gəlin onların işlənməsinə baxaq:

Bu karandaş mənimkidir (mine). Səninki (yours) hardadır?

Çəhrayı olan onunkudur (hers), ancaq istifadə edə bilərsən.

I think she is a friend of theirs (Məncə, o, onların dostlarından biridir).

 

3. Demonstrative Pronouns (İşarə əvəzlikləri)

İşarə əvəzlikləri səciyyəvi insanlara, heyvanlara və əşyalara aid olmanı, onlara işarə etməni göstərir.

4 əsas işarə əvəzliyi bunlardır:

this (bu) (məsafə və ya vaxt baxımından yaxınlıq bildirir, təkdə işlənir)

that (o) (məsafə və ya vaxt baxımından uzaqlıq bildirir, təkdə işlənir)

these (bu) (məsafə və ya vaxt baxımından yaxınlıq bildirir, cəmdə işlənir)

those (o) (məsafə və ya vaxt baxımından uzaqlıq bildirir, cəmdə işlənir)

Gördüyünüz kimi, onları işlədərkən yalnız iki şeyi nəzərə almalıyıq - danışan şəxsdən uzaqlıq (yer və ya zaman) və onların aid olduğu ismin sayı:

This is John. Bu, Condur. (yaxın, təkdə)

I want to buy that. Mən onu almaq istəyirəm. (uzaq, təkdə)

These are John and Mary. (yaxın, cəmdə)

Do you want those? Siz onları istəyirsiniz? (uzaq, cəmdə)

 

4. Indefinite Pronouns (Qeyri-müəyyən əvəzliklər)

Qeyri-müəyyən əvəzliklər, əsasən səciyyəvi olmayan insanlara, heyvanlara, əşyalara və kəmiyyətlərə şamil edilən əvəzliklərdir Bu, o deməkdir ki, spesifik isimlərə aid olmurlar. Danışanın bəhs etdiyi kateqoriyadan olan ismə aid olur:

Anybody can do it. (Hər kəs bunu edə bilər.)

I already have enough to build a castle. (Qala qurmaq üçün məndə artıq kifayət qədər var. (nəsə bir şeydən qeyri-spesifik miqdarda var, bu, qum ola bilər.)

Qeyri-müəyyən əvəzliklər qrupu ən böyük qrupdur. Bu qrupa aid olan əsas əvəzliklər bunlardır: 

Another (başqa bir), other (digər), anybody (kimsə), anyone (kimsə), somebody (kimsə), someone (kimsə), nobody (heç kəs), no one (heç kəs), everybody (hər kəs), everyone (hər kəs), nothing (heç nə), anything (nəsə), something (nəsə), everything (hər şey), each (hər), either (ya), neither (heç), one (kimsə), enough (kifayət qədər), less (daha az), little (az), much (çox), more (daha çox), both (hər iki), few (bir az), fewer (daha az), several (bir neçə), many (çox), others (digərləri), all (hamısı), any (istənilən), most (əksər), least (ən az), some (bir az, bir neçə), such (belə), none (heç biri)

Göründüyü kimi, onlar çoxçeşidlidir və müxtəlif subkateqoriyalarda qruplaşdırıla bilir, məsələn:

  • Yalnız insanlara şamil edilən qeyri-müəyyən əvəzliklər: anybody-kimsə, anyone-kimsə, somebody-kimsə, someone-kimsə, nobody-heç kəs, no one-heç kəs, everybody-hər kəs, everyone-hər kəs.

  • Yalnız əşyalara şamil edilən qeyri-müəyyən əvəzliklər: anything-nəsə, something-nəsə, nothing-heç nə, everything-hər şey.

  • Yalnız sayılan isimlərə şamil edilən qeyri-müəyyən əvəzliklər: few (az), fewer (daha), several (bir neçə), many (çox), others (digərləri).

  • Yalnız sayılmayan isimlərə şamil edilən qeyri-müəyyən əvəzliklər: little (az), less (daha az), least (ən az).

Bunlar, yalnız kateqoriyalardan 4-ünə dair nümunələrdir, lakin daha çoxu var ( insanlara, heyvanlara və əşyalara”, “həm təkdə, həm də cəmdə olan isimlərə” aid olan əvəzliklər kimi və s.).

Ümumilikdə, hər birinin necə işlənməyini bilirsinizsə, bu qrupu altqruplara bölməyə ehtiyac yoxdur. İngilis dili dərslərinizdə öyrəndiyinizə görə, ehtimal ki, hər bir sözün necə işlənməsini öyrənəcəksiniz.

Bir neçə nümunə cümlə:

Nobody loves me. Heç kəs məni sevmir.

Everybody loves Mary. Hər kəs Merini sevir.

Something’s going on. Nəsə baş verir.

I like everything here. Mən burdakı hər şeyi sevirəm.

I bought less than expected. Gözlədiyimdən daha az şey aldım.

I have seven, but he has more. Məndə 7 ədəd var, lakin onda daha çoxdur.

I love some. Others, not so much. Mən bir azını sevirəm. Digərləri o qədər də sevmirlər.

 

5. Relative Pronouns (Nisbi əvəzliklər)

Nisbi əvəzliklər nisbi cümlələri bildirən kiçik əvəzliklər qrupudur. Ona görə nisbi əvəzliklər adlanır ki, nisbi cümlə ilə təsvir olunan və ya dəyişən ismə aid olur. Cümlə hissəsinin nisbi olub-olmamasını bilmək üçün əsas üsul onu cümlədən çıxarmaqdır - əgər cümlə mənasını itirmirsə, deməli bu, nisbi cümlədir. Aşağıdakı misallarla baxaq. 

İngilis dilində əsas nisbi əvəzliklər bunlardır:

who/whom (kim ki/kimi ki/kimə ki) (yalnız insanları göstərmək üçün)

which (hansı ki) (heyvan və əşyalara şamil etmək üçün)

that (hansı ki) (insanlara, heyvanlara və əşyalara aid etmək üçün)

whose (kimin ki) (yiyəlik hal mənası vardır, insanlarla, ev heyvanları ilə və əşyalarla işlənir [rəsmi mənada])

Gəlin bəzi nümunələrə baxaq:

The man, who is not even 40, is very ill. Heç 40 yaşı olmayan kişi ağır xəstə idi.

This is the table which is going to be used. Bu, istifadə olunacaq stoldur.

I broke a painting that had been sold the night before. Bir gecə əvvəl satılmış olan rəsmi sındırdım.

That little girl, whose brother is in the army, cries every day because she misses him. Qardaşı hərbi xidmətdə olan həmin balaca qız hər gün ağlayır, çünki qardaşından ötrü darıxır.

 

6. Interrogative pronouns (Sual əvəzlikləri)

Sual əvəzlikləri qrupu, demək olar ki, nisbi əvəzliklər qrupuna bənzəyir (that əvəzliyindən başqa, burada what iştirak edir).

Bu əvəzliklər qrupu bir ismi təsvir etmir, yaxud da onun haqqında məlumat vermir.

Halbuki, sual əvəzlikləri insanlar, heyvanlar, əşyalar və ya sahib olanlar haqqında suallar soruşmaq üçün istifadə olunur:

who/whom (insanlar haqqında sual vermək üçün)

which (heyvanlar və əşyalar haqqında soruşmaq üçün)

what (insanlar, heyvanlar və əşyalar haqqında soruşmaq üçün)

whose (yiyəlik bildirir, insanlar, ev heyvanları və əşyalarla işlənir [rəsmi mənada])

Əminik ki, siz artıq bəzi sual əvəzliklərinin necə işlənməsini bilirsiniz, lakin, yenə də bir neçə nümunə göstərək:

Who are you, Sir? Siz kimsiniz, Cənab?

Which is faster, a turtle or a rabbit? Hansı daha sürətlidir, tısbağa, ya dovşan?

What is going on? Nə baş verir?

Whose is this? Bu kimindir?

 

7. Reflexive pronouns (Qayıdış əvəzlikləri)

Qayıdış əvəzlikləri bir şəxs, heyvan və ya əşya işi özü yerinə yetirdikdə (duş qəbul etmək, yuyunmaq kimi) istifadə olunur.

Bu əvəzliklər qrupu hər bir şəxs üçün qrammatik cəhətdən fərqli forması olan daha bir əvəzliklər qrupudur.

Əlavə olaraq, qayıdış əvəzlikləri cins kateqoriyasında (3-cü şəxsin təkində) və kəmiyyət baxımından (özü, özləri) fərqli olur:

myself (mənim özüm) (1-ci şəxsin təkində, kişi və ya qadın cinsi)

yourself (sənin özün) (2-ci şəxsin təki, kişi və ya qadın cinsi )

himself (onun özü) (3-cü şəxsin təki, kişi cinsi)

herself (onun özü) (3-cü şəxsin təki, qadın cinsi)

itself (onun özü) (3-cü şəxsin təki, neytral)

ourselves (bizim özümüz) (1-ci şəxsin cəmi, kişi və ya qadın cinsi)

yourselves (sizin özünüz) (2-ci şəxsin cəmi, kişi və ya qadın cinsi)

themselves (onların özləri) (3-cü şəxsin cəmi, kişi və ya qadın cinsi)

İngilis dilində nadir hallarda rast gəlinən bir şeyə - 2-ci şəxsin təki və cəminin necə fərqli olmasına diqqət yetirin.

Sual yarana bilər ki, eyni subyekti bir daha da işlətmək əvəzinə bir subyektə aid etmək üçün qayıdış əvəzliklər qrupuna nə ehtiyac var? Bəli, qayıdış əvəzlikləri anlaşılmazlıqlara yol verməməyə və  çox müəmmalı və ya qrammatikaya uymayan səslənə bilən cümlələr işlətməməyə yardımçı olur. 

Diqqət edin:

I love myself. Mən özümü sevirəm. (“I love I” cümləsi əvəzinə)

Are you enjoying yourself? Zövq alırsınız? (“Are you enjoying you?” cümləsi əvəzinə)

John cut himself yesterday. Con dünən özünü yaraladı. (I“John cut John” cümləsi işlənsəydi Con başqa bir Con adlı şəxsi yaraladı anlamına gələrdi).

Denise and Peter need to start believing in themselves. Denis və Piter özlərinə inanmağa başlamalıdırlar. (“Denise and Peter need to start believing in Denise and Peter” işlənsəydi, 2 tamamilə fərqli insana aid olardı, halbuki, həmin Denis və Piter deyillər).

 

8. Reciprocal Pronouns (Qarşılıq əvəzlikləri)

Qarşılıq əvəzlikləri ingilis dilində xüsusi növ əvəzliklərdir.

Yalnız 2 növü var:

each other (bir-birini)

one another (bir-birilərini)

Bu əvəzliklər 2 və daha artıq şəxsin qarşılıqlı bir iş yerinə yetirdikləri zaman istifadə olunur: Bu işi situasiyada olan hər kəs icra edir, yaxud da bu iş onlara qarşı edilir.

Each other 2 şəxs haqqında danışarkən istifadə olunur:

John and Mary love each other. Con və Meri bir-birilərini sevirlər.(Con Merini, Meri də Conu sevir.)

We love giving each other presents for Christmas. Biz Milad bayramında bir-birimizə hədiyyə verməyi xoşlayırıq. (Mən kiməsə hədiyyə verirəm və o da mənə hədiyyə verir.)

One another, adətən 3 və daha artıq şəxs eyni işi icra edəndə istifadə olunur:

John, Mary and David congratulated one another. Con, Meri və Devid bir-birilərini təbrik etdilər. (Onların hamısı təbrik etdi, onların hamısını təbrik etdilər.)We love giving presents to one another for Christmas. Biz Milad bayramında bir-birimizə hədiyyə verməyi xoşlayırıq. (Bütün ailəm bu ənənədə iştirak edir. Bizim hər birimiz hədiyyə verir və hər birimiz qalanlardan hədiyyə alır.

Qayıdış və qarşılıq əvəzliklərini bir-biri ilə qarışdırmamaq lazımdır. Bəzən onlar öyrənən şəxslər üçün olduqca oxşar mənalarda görünür. Lakin yalnız oxşar görünə bilərlər. Reallıq fərqlidir:

We love ourselves. Biz özümüzü sevirik. (Mən özümü sevirəm və dostum da özünü sevir, lakin bir-birimizi sevmirik.)

We love each other. Biz bir-birimizi sevirik. (Mən onu sevirəm, o da məni sevir, lakin mütləq surətdə özümü sevmirəm və ya o da o özünü sevmir.)

Mükəmməl bir dünyada bir-birimizi və özümüzü sevərdik, lakin bu, başqa bir günün hekayəsidir.

 

9. Intensive pronouns (İntensiv əvəzliklər)

İntensiv əvəzliklər cümlədə mübtədanı və ya təyinolunanı qüvvətləndirmək üçün istifadə olunur. Onlar qayıdış əvəzliklərinə çox oxşar görünür, lakin fərqli istifadə olunurlar. Qayıdış əvəzliyi işi öz üzərində icra edən subyektə aid olduğu halda, intensiv əvəzliklər öz üzərində heç bir iş icra etməyən subyektə aid olur. Biz, sadəcə cümlənin mənasını gücləndirmək istəyirik:

I did it myself. Mən onu özüm etdim (Özüm etdim, heç kəs mənə yardım etmədi.)

She wrote the article herself. Can you believe it? O, məqaləni özü yazdı. İnana bilirsən? (O, məqaləni heç bir kömək olmadan yazdı.)

Əvəzliyin qayıdış və ya intensiv əvəzlik olmasını təyin etmək üçün cəld bir hiylə onu cümlədən çıxarmağı yoxlamaqdır. Əgər, mümkün olursa, əvəzlik intensivdir. Mümkün olmadıqda isə, əvəzlik qayıdış əvəzliyidir:

I cut the paper myself. Mən kağızı özüm kəsdim. (“Mən kağızı kəsdim” cümləsi ümumi məna ifadə edir, ona görə də burada intensiv əvəzlikdir.)

I cut myself last week. Keçən həftə özümü yaraladım. (“Keçən həftə yaraladım” cümləsi məna kəsb etmir, odur ki, burada qayıdış əvəzliyidir.)

 

Bu günlük bu qədər!

Gördüyünüz kimi, ingilis dilində əvəzliklər mühüm olduqları qədər də çoxçeşidlidir. Ola bilər ki, xəbərimiz olmasın, amma daimi olaraq, ingilis dilində danışarkən və ya yazarkən əvəzliklərdən istifadə edirik, odur ki, nə qədər tez onları öyrənsəniz, bir o qədər yaxşı olar. 

Hər bir əvəzlik qrupunun özünə uyğun xüsusiyyətləri vardır, amma unutmay;n ki, bütün əvəzliklərdə ortaq iki səciyyəvi cəhət var: onlar ismi əvəz edir və özləri ayrıca müstəqil işlənir. İngilis dilində bəzi əvəzliklər digərlərinə nisbətən daha tez-tez işlənir, lakin hamısı eyni şəkildə əhəmiyyətlidir, cümlədə hər birinin öz səciyyəvi funksiyası vardır. Artıq bu postu oxuyub bitirdiyinizə görə, hər bir qrupdan bir neçə əvəzliyi seçin və onları bir neçə cümlədə işlədin. Unutmayın ki, təcrübə təkmilləşdirir. 

Məqaləmi bəyəndinizsə, dostlarınızla da paylaşmağı unutmayın.

Blog writer
Fidan Cəfərzadə
Sep 26, 2021 | 18 dəq oxu


Əlaqəli məqalələr

Sayılan və Sayılmayan İsimlər
İNGİLİS DİLİ QRAMMATİKA

Sayilan və Sayilmayan İsimler (Countable and Uncountable Nouns)

Müəllif: Fidan Cəfərzadə
Nov 08, 2021 | 9 dəq oxu
İngilis Dilində Saylar
İNGİLİS DİLİ QRAMMATİKA

İNGİLİS DİLİNDƏ SAYLAR HAQQINDA

Müəllif: Nərmin Musazadə
Nov 08, 2021 | 6 dəq oxu