İngilis dilində tək isim bir şəxsə, əşyaya, yerə və ya fikrə aid olur. Cəm isim birdən çox şəxsə, əşyaya, yer və ya fikrə aid olur. Eynilə, Azərbaycan dilindəki kimi.
Bəzi dillərdə tək və cəm anlayışı olmur. Lakin ingilis dilində isimləri cəmləndirmək üçün bir neçə qayda var.
İsmin tək və cəm halları arasındakı fərq yazıda (spelling) əks olunur. Aşağıda gördüyünüz kimi, ismi təkdən cəmə dəyişmək üçün tətbiq oluna bilən bir sıra tələffüz qaydaları mövcuddur. Tək və cəm formaların tələffüz formaları da adətən bir az fərqli olur.
İngilis dilində bir çox qaydalarla yanaşı, yalnız müəyyən cəm isimlərə şamil olunan istisnalar var. Maraqlı cəhətlərdən biri də odur ki, bəzi isimlər yalnız cəm formada, bəziləri yalnız təkdə olur, bəziləri isə həm tək, həm də cəm formalarda eyni görünür.
İngilis dilində ən çox işlənən isimlər üçün isimdən sonra sadəcə -s hərfi əlavə edirsiniz.
Bir neçə sadə nümunəyə baxaq:
dog (it) → dogs (itlər)
car (maşın) → cars (maşınlar)
apple (alma) → apples (almalar)
Bundan başqa, işi asanlaşdırmaq üçün qruplarla öyrənə biləcəyiniz söz kateqoriyaları da vardır (…və təəssüf ki, bir neçə istisna!)
Əgər isim -th və ya –ph ilə bitərsə, ondan sonra sadəcə -s artırmaq lazımdır, elə yuxarıdakı adi sözlərdə olduğu kimi.
Mouth (ağız) → mouths (ağızlar)
Photograph (şəkil) → photographs (şəkillər)
–o hərfi ilə bitən isimlər üçün ümumi qayda ondan sonra sadəcə -s artırmaqdır.
Belə isimlərə bəzi sadə nümunələr bunlardır:
photo (şəkil) → photos (şəkillər)
taco (tako) → tacos (takolar)
piano (piano) → pianos (pianolar)
İstisna: -es əlavə olunur.
Bu qayda üçün istisna odur ki, -o hərfi ilə bitən bəzi isimlər üçün –es əlavə olunur. Burada hər hansı qrammatik qayda yoxdur, odur ki, belə sözlər qarşınıza çıxarkən diqqətli olun və onları yadda saxlamağa çalışın.
potato (kartof) → potatoes (kartoflar)
tomato (pomidor) → tomatoes (pomidorlar)
hero (qəhrəman) → heroes (qəhrəmanlar)
cargo (yük) → cargoes (yüklər)
-f və ya –fe ilə bitən isimlər üçün ümumi qayda sözün sonuna sadəcə -s artırmaqdır.
Bir neçə sadə nümunəyə baxaq:
roof (dam) → roofs (damlar)
giraffe (zürafə) → giraffes (zürafələr)
İstisna: -ves istifadə olunur.
Bu qayda üçün istisna odur ki, -f və ya -fe ilə bitən bəzi isimlər üçün sözün sonuna –s artırmaq əvəzinə, -f or -fe silinir, yerinə -ves əlavə edilir. Yadda saxlamaq üçün bir neçə nümunə:
Leaf (yarpaq) → leaves (yarpaqlar)
knife (bıçaq) → knives (bıçaqlar)
–on hissəciyi ilə bitən əksər isimlər üçün sözün sonuna sadəcə -s əlavə olunur.
lemon (limon) → lemons (limonlar)
canyon (kanyon) → canyons (kanyonlar)
salon (salon) → salons (salonlar)
İstisna: -a istifadə olunur.
–on hissəciyi ilə bitən müəyyən isimlər üçün –on düşür və sözün sonuna –a artırılır.
Yəqin ki, bu istisna ilə çox rastlaşmamısınız, lakin universitetdə mühazirə zamanı, yaxud elmi ingilis dilini öyrənərkən bu sözlərdən istifadə edəcəksiniz.
criterion (kriteriya) → criteria (kriteriyalar)
phenomenon (fenomen) → phenomena (fenomenlər)
Bəzi isimlər cəm formasında hər zaman -es qəbul edir.
-s, -x, -z, -sh or -ch ilə bitən isimlər
-s, -x, -z, -sh və ya -ch hərfləri ilə bitən isimlərə sadəcə -es sonluğu əlavə edilir.
Bu sonluqlarla bitən isimlərə nümunələr:
bus (avtobus) → buses (avtobuslar)
box (qutu) → boxes (qutular)
buzz (zəng səsi) → buzzes (zəng səsləri)
wish (arzu) → wishes (arzular)
watch (qol saatı) → watches (qol saatları)
Bu zaman da cəm formasını düzəltmək üçün -es lazım olur, lakin olduğu kimi tək formaya əlavə etmirsiniz.
-is -lə bitən isimlər üçün, -is düşür və -es artırılır.
Gəlin, bəzi sadə nümunələrə baxaq:
axis (ox) → axes (oxlar)
oasis (vahə) → oases (vahələr)
crisis (böhran) → crises (böhranlı vəziyyətlər)
Cəm formada -ies artırılmalı olan yalnız bir növ ümumişlək növ isimlər var. Lakin bu qaydanın da istisnaları var. Onlarsız olmaz.
-y ilə bitən isimlər
-y hərfi ilə bitən isimlər üçün ümumi qayda ismin sonundakı -y hərfinin əvəzinə -ies artırmaqdır.
fairy (pəri) → fairies (pərilər)
candy (şirni) → candies (şirnilər)
dummy (müqəvva) → dummies (müqəvvalar)
İstisna: Sadəcə -s əlavə etmək
Bilirsiniz ki, ingilis dilində istisnalar qaydalardan çoxdur. Bu istisnanı isə yadda saxlamaq asandır. Sadəcə, ismin təkində -y hərfindən əvvəlki saitə diqqət yetirmək lazımdır. -y hərfindən əvvəl sait gələrsə, daha asandır. Sadəcə, isimdən sonra -s əlavə olunur.
way (yol) → ways (yollar)
monkey (meymun) → monkeys (meymunlar)
toy (oyuncaq) → toys (oyuncaqlar)
guy (oğlan) → guys (oğlanlar)
Burada, yalnız bir növ sözlər üçün gərəkli olan başqa bir asan yol qeyd olunur.
-us ilə bitən isimlər
-us ilə bitən isimlər üçün -us düşür və sözün sonuna -i artırılır.
Bir neçə sadə nümunə:
fungus (zəhərli göbələk) → fungi (zəhərli göbələklər)
cactus (kaktus) → cacti (kaktuslar)
stimulus (stimul) → stimuli (stimullar)
Əvvəl də qeyd etdiyimiz kimi, bir sıra söz tiplərində müxtəlif olan tək və cəm forma yazılışlarını öyrənməyə gərək yoxdur.
Tək və cəm formaları eyni olan isimlər
Tək və cəm formaları tamamilə eyni olan sözlər vardır. Bəzi sadə nümunələr aşağıdakılardır. Diqqət edə bilərsiniz ki, bu sözlərdən çoxu heyvan, bitki adları və ya terminlərdir.
sheep (qoyun/qoyunlar)
deer (maral/marallar)
fish (balıq/balıqlar)
species (növ/növlər)
Bəzi isimlər isə cüt olaraq işləndiyi üçün təki olmur. Bunlar əsasən geyimlə bağlı olan sözlərdir.
scissors (qayçı/qayçılar)
shorts (şort/şortlar)
pants (və ya: trousers) (şalvar/şalvarlar)
jeans (cins/cinslər)
Bu cür isimlər toplu isimlər adlanır. Onlar əsasən qrup halında olan isimlərə və ya mücərrəd məna daşıyan isimlərə aid olur. Məsələn:
livestock (mal-qara)
news (xəbər/xəbərlər)
slang (jarqon/jarqonlar)
bravery (cəsarət)
love (sevgi)
money (pul/pullar)
İngilis dilini bir müddət öyrənən birisinizsə, bilirsiniz ki, müəyyən edilmiş şablonlara uymayan və ya qaydalara uyğun olmayan xüsusi hallar həmişə mövcuddur. Bu vaxta qədər müzakirə etdiyimiz bütün cəm forma yazılış qaydalarını pozan kökdən dəyişən isimlər də var. Bəzi nümunələrə baxaq:
child (uşaq) → children (uşaqlar) (“childs” düzgün deyil)
mouse (siçan) → mice (siçanlar) (“mouses” olmaz)
man (kişi (adam)) → men (kişilər (adamlar)) (“mans” olmaz)
woman (qadın) → women (qadınlar) (“womans” olmaz)
die (zər) → dice (zərlər) (“dies” olmaz)
Bunları yadda saxlamağın tək yolu sadəcə əzbərləməkdir. Başqa qayda yoxdur. Digər qaydaların heç birini bu sözlərə tətbiq etmək olmur.
Beləliklə, ümid edirəm ki, isimlərin təki və cəmi haqqında tam təfsilatı ilə tanış oldunuz. Qaydalarla tanış olmaq müəyyən qədər vaxt tələb edə bilər, ancaq, bu normaldır. Onları daha tez öyrənmək üçün bu qaydaların surətini çıxarın və əlçatan yerdə saxlayın.
Əlaqəli məqalələr
|