“TO BE” FEİLİ, HAQQINDA DAHA ƏTRAFLI

Blog writer
Fidan Cəfərzadə
Oct 02, 2021 | 29 dəq oxu
“TO BE” FEİLİ, ONUN ƏSAS FORMALARI VƏ İSTİFADƏSİ

Kiçik ola bilər, ancaq güclüdür. Əlbəttə, ingilis dilində kiçik “to be” feilindən bəhs edirəm.

İngilis dilində “to be” felinin ən çox isitifadə olunan fel olduğunu bilirsiniz?

İngilis dilində bir çox feil olmasına baxmayaraq, bu kiçik feil “to have” (malik olmaq), “to go” (getmək” və “to do” (etmək) kimi əsas feillərdən daha çox istifadə olunur. Lakin bu elə də təəccüblü olmamalıdır. İngilis dilinə verdiyi çox mühüm töhfələrinə görə bu feilə təşəkkür edirik. Keçək əsas məsələyə.

İnsanları, heyvanları və ya yerləri təsvir etmək, yaş, peşə, milliyyət və s. haqqında danışmaq üçün “to be” feilinin bir və ya bir neçə forması istifadə olunur. Bu feili bunlarla təsvir etməklə bitmir. Ancaq belə bir mürəkkəb nüans var: “To be “ feili ingilis dilində qaydasız feildir, yaxud loru desək, qaydalara heç tabe olmayan feildir..

Bu səbəbdən bu feili tezliklə öyrənməyə başlamalıyıq. Bu feil haqqında nə qədər çox öyrənsək, o qədər yaxşıdır. İngilis dilini sıfırdan öyrənməyə başlayanlar isə bu feillə yaxın dost olmalıdırlar.

Bu yazıda “to be” feilinin bütün fərqli formalarını və onları necə istifadə edə biləcəyinizi öyrənmək imkanı əldə edəcəksiniz. Həmçinin bu feilin bəzi xüsusi fomalarını və onların daxil olduğu müxtəlif ifadələri də görəcəyik.

Başqa bir sözlə, bu yazı “beginner”, başlanğıc səviyyədən, “advance”, irəli səviyyə qrammatika ninjalarına qədər hər şagird üçün faydalıdır.

“To be” feili haqqında əsas məlumatlar

Vurğuladığım kimi, “to be” feili ingilis dilində qaydasız feildir. İndiki qeyri-müəyyən zaman formasını (present simple tense) öyrəndikdə feillərin üçüncü şəxsin təkindən (he, she, it) başqa bütün şəxslərdə eyni olduğunu görürsünüz.

“To play” (oynamaq) feilini təsnifləndirmə qaydasına nəzər salaq.

I play

You play

He/She/It plays

We play

You play

They play

İndi isə “to be” feilinə keçək... Bu, tamamilə fərqli bir hekayədir. Demək olar ki, hər bir şəxsin özünün təsniflənmə forması var..

“To be” feilinin səkkiz şəxs forması var. Cümlədəki yerindən, aid olduğu şəxsdən və ya hərəkətin baş vermə zamanından asılı olaraq, bir və ya başqa formasından istifadə edə bilərsiniz:

Be- bu, feilin məsdər formasıdır. “To be” feilindən ümumi danışmaq və müəyyən mürəkkəb cümlələrdə istifadə etmək üçün bu formadan istifadə edirik.

Am/Is|Are – növbəti bölmədə də görəcəksiniz ki, bunlar “to be” feilinin indiki zamanda işlənən üç formasıdır. “Am” birinci şəxsin təki (I am), “is” üçüncü şəxsin təki (he is, she is, it is) və “are” birinci şəxsin cəmi (we are), ikinci şəxsin təki və cəmi (you are) və üçüncü şəxsin cəmində (they are) istifadə olunur.

Was/Were – bunlar keçmiş zamanda istifadə olunur. “Was” birinci və üçüncü şəxsin təkində (I was, he was, she was, it was), “were” isə birinci şəxsin cəmi (we were), ikinci şəxsin tək və cəmində (you were) və üçüncü şəxsin cəmində (they were) istifadə olunur.

Being – “to be” feilinin indiki zaman feili sifət, the present participle formasıdır. Onları əsasən davamedici zaman (I am being, she was being) və mübtəda formasında (Being a polyglot is a great asset (poliqlot olmaq böyük bir sərvətdir)) cümlə daxilində görə bilərsiniz.

Been – bu, feilin keçmiş zaman feili sifət, the past participle formasıdır. Bitmiş zamanlı cümlələrdə istifadə olunur. Hal-hazırda bütün bu formalar barəsində düşünərək özünüzə qorxutmayın. Növbəti bölmələrdə onların hər biri ilə ətraflı tanış olacaqsınız və onların düzgün şəkildə necə və nə zaman istifadə edildiyini öyrənəcəksiniz.

İngilis dilində müxtəlif məqsədlər üçün istifadə etdiyimiz müxtəlif zaman formaları var. Ancaq onlardan bəziləri digərlərinə nəzərən daha çox istifadə olunur.

Aşağıdakı yeddi zaman forması ən çox istifadə olunanlardır. Gəlin, hər birinə baxaq və “to be” feili haqqında öyrənək.

Present simple (indiki sadə zaman): yerlər, insan və əşyalar haqqında hər şey

“To be” feilinin indiki sadə zaman, the present simple formaları aşağıdakı kimidir:

I am
You are
He is
She is
It is
We are
You are
They are

“To be” feilinin the present simple, indiki sadə zaman forması aşağıdakı hallarda istifadə olunur:

  1. Özünüzün və ya başqasının yaşını demək üçün

I am 27. (27 yaşım var.)

She is 15 and her brother is 17. (Onun 15 yaşı var və onun qardaşının 17 yaşı var.)

  1. Milliyət haqqında danışmaq üçün

I am Spanish. (Mən ispanam.)

We are from Mexico. (Biz meksikalıyıq.)

  1. Peşə və vəzifələr haqqında danışmaq üçün

My sister is a nurse. (Bacım tibb bacısıdır.)

Both my neighbors are dentists. (Hər iki qonşum diş həkimidir.)

  1. İnsanları, əşyaları və yerləri təsvir etmək üçün

The house is very big. (Ev çox böyükdür.)

You are tall and thin. (Siz hündür və incəsiniz.)

  1. Birinin harada olduğunu demək üçün

I am home. (Evdəyəm.)

She is at school. (O, məktəbdədir.)

İnkar və sual formaları

Belə bir söz var ki, “to be” feili eqoistdir. O, hər şeyi özü etməyi sevir. Bu, o deməkdir ki, present simple, yəni indiki qeyri-müəyyən zamanda inkar cümləsi qurmaq üçün “to be” feilindən sonra sadəcə “not” inkar hissəciyi əlavə etməlisiniz:

I am not a student. (Mən tələbə deyiləm.)
You are not (aren’t) from Poland. (Sən polşalı deyilsən.)
He/She/It is not (isn’t) from Argentina. (O, argentinalı deyil.)
We are not (aren’t) ready. (Biz hazır deyilik.)
You are not (aren’t) my parents. (Siz mənim valideynlərim deyilsiniz.)
They are not (aren’t) doctors. (Onlar həkim deyil.)

Sual cümlələri qurmaq istəyirsinizsə, inversiya, yəni yerdəyişmədən istifadə edin: 

Am I really so annoying? (Mən həqiqətən elə zəhlətökənəm?)
Are you from Venezuela? Sən venesuelalısan?)
Is he/she/it old? (O, yaşlıdır?)
Are we happy? (Biz xöşbəxtik?)
Are you part of the team? (Bu komandanın bir hissəsisiniz?)
Are they firefighters? (Onlar yanğınsöndürənlərdir?) 

Present continuous, indiki davamedici zaman

“To be” feilinin the present continuous, indiki davamedici zaman forması sadəcə “to be” + “being” şəklindədir:

I am being

You are being

He/She/It is being

We are being

You are being

They are being 

Aşağıdakı hallarda bu zaman formasından istifadə edin:

  1. Birinin davranışı başqası üçün normal və ya düzgün deyilsə

You are being so rude today! (Siz bu gün çox kobudsunuz!)

We are being very demanding because you failed the last test. (Biz çox tələbkarıq, çünki siz sonuncu sınaqdan keçə bilmədiniz.)

İnkar və sual formalarının düzəldilməsi

İnkar və sual formalarına gəldikdə “to be” indiki qeyri-müəyyən zaman formasındakı kimidir. İnkar cümlələrində “to be” hissəciyinin formasına sadəcə “not” inkar hissəciyi əlavə edilir:

I am not being silly. (Mən axmaq deyiləm.)

You are not (aren’t) being yourself! (Özündə deyilsən.)

He/She/It is not (isn’t) being naughty. (O, dəcəl deyil.)

We are not (aren’t) being the best siblings. (Biz ən yaxşı bacı-qardaş deyilik.)

You are not (aren’t) being helpful. (Yardımsevər deyilsiniz.)

They are not (aren’t) being nice at all. (Onlar heç də yaxşı deyillər.)

 

Sual cümlələri sadəcə inversiya, yerdəyişmə ilə düzəlir:

Am I being reasonable here? (Burada ağlı başında olan mənəm?)

Are you being silly again? (Yenə sarsaqlayırsan?)

Is he/she/it being nice enough? (O, yetərincə yaxşıdır?)

Are we being considerate? (Diqqətliyik?)

Are you being naughty kids? (Dəcəl uşaqlarsınız?)

Are they being their best selves? (Ən yaxşı özləridir?)

The past simple, keçmiş qeyri-müəyyən zaman: əvvəl işlər necə idi?

“To be” feilinin the past simple, keçmiş qeyri-müəyyən zaman forması çox sadə üsulla düzəlir:

I was
You were
He/She/It was
We were
You were
They were

Bu zaman formasından aşağıdakı hallarda istifadə edilir:

Özünüzün və ya başqasının yaşını keçmişdə demək üçün keçmiş bir vəziyyətə və ya vəfat etmiş birinə istinadən istifadə edə bilərsiniz:

I was five when I started learning English. (İngilis dilini öyrənməyə başlayanda beş yaşım vardı.)

He was 25 when the accident happened. (Həmin hadisə baş verəndə onun 25 yaşı var idi.) 

 

Keçmişdə baş vermiş hadisə, insan, əşya və yerləri təsvir etmək üçün

It was a very beautiful morning. (Çox gözəl bir səhər idi.)

He was angry at his father. (O, atasına acıqlanmışdı.)

 

Keçmiş peşələr haqqında danışmaq üçün

She was a nurse before she became a social worker. (O, sosial media işçisi olmadan öncə tibb bacısı idi.)

My grandpa was an architect. (Babam memar idi.) 

 

Kiminsə və ya nəyinsə yerini keçmişdə demək üçün

He was in the park all morning. (O, bütün səhər parkda idi.)

I was home when she called. (O, çağıranda evə gəldim.)

 

Milliyətlər haqqında keçmiş zamanda danışmaq üçün

Grandma was Irish. (Nənə irlandiyalı idi.)

The best wine I drank was from France. (İçdiyim ən yaxşı şərab Fransa şərabı idi.)

 

Sual və inkar formaları

 

İnkar formasını düzəltmək üçün sadəcə “not” inkar hissəciyi əlavə edilir:

I was not (wasn’t) there yesterday. (Mən dünən orada deyildim.)

You were not (weren’t) very nice to Martha. (Sən Martaya çox yaxşı davranmırsan.)

He/She/It was not (wasn’t) Polish. (O, polşalı deyil.)

We were not (weren’t) students at the time. (Həmin vaxtlar biz şagird deyildik.)

You were not (weren’t) in time for the party. (Vaxtında qonaqlıqda olmadınız.)

They were not (weren’t) so tall last year. (Keçən il belə hündürboy deyildilər.)

 

Sual forması üçün inversiyadan, yəni yerdəyişmədən istifadə edilir:

Was I in the right place? (Mən düz yerdəyəm?)

Were you happy? (Sən xöşbəxt idin?)

Was he/she/it from Peru? (O, peruludur?)

Were we together back then? (O zamanlar birlikdə idik?)

Were you home last night? (Keçən gecə siz evdə idiniz?)

Were they nice or naughty? (Onlar sakitdir, yoxsa dəcəl?)

 

Past continuous, keçmiş davamedici zaman: 

“To be” feilinin the past continuous, keçmiş davamedici zaman forması onun past simple, keçmiş qeyri-müəyyən zaman formasına “being” əlavə etməklə düzəlir:

I was being

You were being

He/She/It was being

We were being

You were being

They were being

Present continuous, yəni indiki davamedici zaman kimi çox işlək deyil. Aşağıdakı hallarda bu zaman formasından istifadə edin:

  1. Keçmişdəki anormal, qeyri-adi və ya cansıxan bir davranışı demək üçün.

I was just being silly. (Mən axmaq olmuşam.)

They were being impolite. That’s the truth. (Onlar nəzakətsiz idilər. Bu, həqiqətdir.)

 

İnkar və sual formaları

İnkar forması eyni qaydada “not” inkar hissəciyi əlavə edilməklə düzəlir:

I was not (wasn’t) being rude. (Mən kobud olmamışam.)

You were not (weren’t) being yourself. (Sən özün olmamısan.)

He/She/It was not (wasn’t) being helpful. (O, yardımsevər deyil.)

We were not (weren’t) being nice to her. (Biz ona qarşı yaxşı deyilik.)

You were not (weren’t) being the best neighbors. (Siz ən yaxşı qonşular deyilsiniz.)

They were not (weren’t) being themselves. (Onlar özləri deyildilər.)

 

Sual formaları inversiya ilə düzəlir:

Was I being rude? (Mən kobud olmuşam?)

Were you being yourself? (Sən özündə idin?)

Was he/she/it being helpful? (O, yardımsevər olub?)

Were we being nice to her? (Biz ona yaxşı davranmışıq?)

Were you being good neighbors? (Siz yaxşı qonşular idiniz?)

Were they being themselves? (Onlar özündə idilər?)

Present perfect, indiki bitmiş zaman: keçmişdə başlayır, təsiri indi bilinir

 

“To be” feilinin present perfect, yəni indiki bitmiş zaman formasında “to have” və the past participle, keçmiş zaman feili sifəti “been” istifadə olunur:

I have been

You have been

He/She/It has been

We have been

You have been

They have been

 

Bu zaman formasından aşağıdakı hallarda istifadə edirik:

  1. Keçmişdə başlayan və günü bu gün hələ də davam edən və ya yenicə sonlanan şərait, hadisə, peşələr və s. haqqında danışmaq üçün

She has been a nurse for 20 years. (O, 20 ildir tibb bacısıdır.)

It has been a disaster since then. (O vaxtdan bəri fəlakət olub.)

The trip has been amazing. (Gəzinti möhtəşəm olub.)

 

  1. Bir yerdə olmaq haqqında danışmaq üçün

He has been to Spain three times. (O, üç dəfə İspaniyada olub.) 

I have been here for two hours. (İki saatdır buradayam.)

 

  1. Bir yerdə hələ heç olmadığınızı və ya ziyarət etmədiyinizi demək üçün

Bu cür cümlələrdə adətən “never” istifadə olunur:

I have never been to Italy. (Mən heç vaxt İtaliyada olmamışam.)

They have never been here. (Onlar heç vaxt burada olmayıblar.)

 

İnkar və sual formaları

İnkar forması “have” hissəciyinə “not” əlavə etməklə düzəlir:

I have not (haven’t) been completely honest with you. (Sənə qarşı tam səmimi olmamışam.)

You have not (haven’t) been to Spain yet. (Sən hələ İspaniyada olmamısan.)

He/She/It has not (hasn’t) been happy ever since. (O vaxtdan bəri xoşbəxt olmayıb.)

We have not (haven’t) been there this year. (Bu il biz orada olmamışıq.)

You have not (haven’t) been the best parents. (Ən yaxşı valideynlər deyilsiniz.)

They have not (haven’t) been to an airport before. (Onlar əvvəl hava limanında olmayıblar.)

 

Sual formasını düzəltmək üçün “have” hissəciyi mübtədadan önə keçirilir:

Have I been completely honest? (Tam səmimi ola bilərəm?)

Have you been to Spain? (İspaniyada olmusan?)

Has he/she/it been happy since the accident? (Həmin qəzadan bəri o, xoşbəxtdir?)

Have we been there? (Orada olmuşuq?)

Have you been good parents? (Yaxşı valideynlər olmusunuz?)

Have they been to an airport before? (Onlar əvvəllər hava limanında olub?)

 

Past perfect, keçmiş bitmiş zaman: keçmişdə başlayıb, keçmişdə sonlanan hadisələr

“To be” feilinin the past perfect, keçmiş bitmiş zaman forması olduqca sadədir. Hər şəxsdə “had been” istifadə olunur:

I had been

You had been

He/She/It had been

We had been

You had been

They had been

 

Aşağıdakı hallarda bu zamandan istifadə olunur:

  1. Keçmişdə baş verən başqa hadisələrdən daha öncə baş verən vəziyyət və hadisələrdən bəhs etmək üçün

I had been a teacher for 20 years when I retired. (Təqaüdə çıxanda 20 ildir müəllim idim.)

He had been there for three hours before his girlfriend arrived. (O, sevgilisi çatanda artıq üç saatdır orada idi.)

  1. Keçmişdəki insan, əşya və yerləri təsvir etmək üçün

Yadda saxlayın ki, “past perfect”, keçmiş bitmiş zamanla təsvir olunan vəziyyət başqa bir şərait yaranmadan öncə baş verməlidir:

It had been a very beautiful place in the past, but the house looked completely abandoned. (O, keçmişdə çox gözəl bir yer olub, ancaq ev tamamilə tərk edilmiş görünürdü.)

The old man had been really busy all morning. When his family arrived, he was already tired. (Yaşlı adam bütün səhər məşğul olub. Onun ailəsi çatanda o, artıq yorulmuşdu.)

  1. Keçmişdə daha öncə olmayan, lakin indi baş verən bir şey haqqında danışmaq üçün.

Bu, bir az təəccüblü ola bilər, amma aşağıdakı kimidir:

I had never been to London before. (Əvvəllər Londonda heç olmamışdım.) (Bu, o deməkdir ki, mən hal-hazırda Londondayam və ya oradan yeni qayıtmışam.)

John had never  been in love until he met Silvia. (Con Silviyanı tanıyanadək heç aşiq olmamışdı.) (Bunun mənası belədir, o, Silviyaya aşiq olub, ancaq əvvəllər heç aşiq olmamışdı.)

The present perfect, indiki bitmiş zamanla təzad şəkildə the past perfect, keçmiş bitmiş zaman formasının bu cür istifadəsini görmək çox maraqlıdır.

I have never been to Puerto Rico. (Puerto Rikoda heç olmamışam.) (Günü bu günədək oranı ziyarət etməmişəm.)

I had never been to Puerto Rico before. (Əvvəllər Puerto Rikoda heç olmamışdım.) (Puerto Rikodayam və ya yenicə qayıtmışam.)

The present perfect, indiki bitmiş zaman bir yerdə heç olmadığınız və ya bir şeyin heç vaxt baş vermədiyini demək üçün istifadə olunursa, the past perfect, keçmiş bitmiş zaman mütləq keçmişdən öncəki keçmiş hadisə və ya təsvir olmalıdır deyə bir şey yoxdur. Bu zaman forması indiki keçmiş zaman cümləsinin artıq keçərli olmaması deməkdir. Vəziyyət dəyişib və indi biz o yerdəyik və ya şərait indi üçün realdır:

Mary has never been married. ( Mary heç evli olmayıb.) O, evli deyil.

Mary had never been married before. (Mary əvvəl heç evli olmayıb.) O, ilk dəfədir evlidir.

 

İnkar və sual formalarının düzəldilməsi

Digər zaman formaları kimi, keçmiş bitmiş zamanda inkar cümlələr sadəcə “not” hissəciyi əlavə edilməklə düzəlir:

I had not (hadn’t) been there before. (Əvvələr orada olmamışdım.)

You had not (hadn’t) been fat before you met him. (Onu tanımadan öncə kök olmamışdım.)

He/She/It had not (hadn’t) been so naughty until we moved last year. (O, biz keçən il köçənədək belə dəcəl deyildi.)

We had not (hadn’t) been to Montevideo before. (Daha öncə Montovideoda heç olmamışdım.)

You had not (hadn’t) been there before the incident happened. (Hadisə baş vermədən öncə orada olmamışdınız.)

They had not (hadn’t) been there for long when Carlo showed up. (Carlo ortaya çıxanda onlar uzun müddətdir orada deyildilər.)

 

Sual cümlələri inversiya ilə əmələ gəlir:

Had I been there before? (Əvvəllər orada olmuşam?)

Had you been fat before you met him? (Onu tanımadan öncə kök olmuşdun?)

Had he/she/it been naughty before we moved last year? (Biz keçən il köçmədən əvvəl o, dəcəl olub?)

Had we been to Montevideo before? (Əvvəl Montevideoda olmuşduq?)

Had you been there before the incident happened? (Qəza baş vermədən öncə orada olmuşdunuz?)

Had they been there for long before Carlo showed up? (Onlar Karlo ortaya çıxmadan öncə uzun müddət orada olmuşdular?)

 

Future simple (gələcək zamanın qeyri-müəyyən forması): gələcəkdə baş verəcək hadisələr

“To be” feilinin bu zaman forması asan başa düşülür, çünki hər şəxsdə “will be” istifadə olunur:

I will be

You will be

He/She/It will be

We will be

You will be

They will be

Bu formadan aşağıdakı vəziyyətlərdə istifadə edirik:

  1. Gələcəkdə yaş və peşələr haqqında danışmaq üçün

He will be 18 next month. (O, gələn ay 18 aylıq olacaq.)

I will be a firefighter when I grow up. (Mən böyüyəndə yanğınsöndürən olacağam.)

 

  1. Gələcəkdə nəsə və kimsə necə görünəcək və yə necə hiss edəcəyinizlə bağlı proqnozlar

It will be the tallest building in the city when it is finished. (Bitdiyində o, şəhərdəki ən hündür bina olacaq.)

He will be very happy there. (O, orada çox xoşbəxt olacaq.)

 

  1. Gələcəkdə haradasa bir yerdə olacaq kimsə haqqında danışmaq üçün

I will be at school at eight. (Saat səkkizdə məktəbdə olacağam.)

She will be home soon. (O, tezliklə evdə olacaq.)

İnkar və sual formalarının düzəldilməsi

İnkar forması “will” hissəciyinə “not” əlavə etməklə düzəlir:

I will not (won’t) be here tomorrow. (Sabah burada olmayacağam.)

You will not (won’t) be happy there. (Orada xoşbəxt olmayacaqsan.)

He/She/It will not (won’t) be in London by Monday. (O, bazar ertəsinədək Londonda olmayacaq.)

We will not (won’t) be at the cinema by then. (O vaxtadək filmdə olmayacağıq.)

You will not (won’t) be home when I arrive. (Mən çatanda siz evdə olmayacaqsınız.)

They will not (won’t) be surprised. (Onlar təəccüblənməyəcək.)

 

Sual forması yenə eyni qaydada inversiya ilə düzəlir:

Will I be here tomorrow? (Sabah burada olacağam?)

Will you be happy there? (Orada xoşbəxt olacaqsan?)

Will he/she/it be in London by Monday? (Bazar ertəsinədək Londonda olacaq?)

Will we be at the cinema by then? (O vaxtadək filmdə olacağıq?)

Will you be home when I arrive? (Mən çatanda evdə olacaqsınız?)

Will they be surprised? (Onlar təəccüblənəcək?)

“To be” feilinin xüsusi halları: zamanlardan kənar

 “to be”nin zaman formaları üzrə necə dəyişdiyini və onların necə istifadə edildiyini artıq bilirsiniz. Ancaq bu feil haqqında öyrənməli olduğumuz hələ çox şey var. Aşağıda “to be” feili xüsusi hallarda fərqli formalarda işlənə bilir...

Hal və vəziyyət bildirən feil formaları (Stative vs. Dynamic forms)

Aşağıdakı cümləyə nəzər salaq:

Anna is very helpful. (Anna çox yardımsevərdir.)

Annanı indiki qeyri-müəyyən zaman formasında təsvir edilir. O, həmişə yardımsevərdir və bu, onun xarakteridir. Bunu biz “to be” feilinin “stative”, yəni hal və vəziyyət bildirən forması adlandırırıq.

İndi isə eyni cümlənin indiki davamedici zaman formasına baxaq:

Anna is being very helpful. (Anna indi çox yardımsevərdir.)

Anna həmişə yardımsevər insan olmasa da qəfildən sadəcə bu dəfəlik yardımsevər oldu. Bu gün o kömək edir, normalda isə belə deyil. Bu, feilin “dynamic” formasıdır.

Bir şey və ya kimsədən şikayət etmək istədikdə stative / dynamic feil formaları fərqindən istifadə edə bilərik:

Peter talks too much. (Stative, Peter ümumiyyətlə çoxdanışandır.)

Peter is talking too much. (Dynamic. Bu bir şikayətdir. Peter bu gün yaman çox danışır.)

 

Question tags / ayırıcı suallar

Ayırıcı suallar cümlənin sonuna əlavə edilir. Onlardan başqa birinin fikrini və ya razılığını almaq üçün istifadə olunur. Cümlənin əsas feili “to be” feilidir.

You are very happy here, aren’t you? (Xoşbəxtsən, elə deyilmi?)

She isn’t pregnant, is she? (O, hamilə deyil, elə deyilmi?)

They were being silly, weren’t they? (Onlar sarsaqdırlar, elə deyilmi?)

 

“To be” və zərf: söz sırası

Sadə şəkildə desək, zərflər sifət, feil və digər zərfləri dəyişdirən sözlərdir və onlar yer, zaman, tərz və səbəb haqqında məlumat verir.

Yadda saxlayın ki, zərflər bir qayda olaraq, “to be” feilindən sonra əlavə edilir:

I am always happy. (Həmişə xoşbəxtəm.)

She is never tired. (O, heç vaxt yorulmur.)

The house is still on sale. (Ev hələ də satışdadır.)

Our neighbor is seldom home. (Qonşumuz nadir hallarda evdə olur.)

Ancaq cümlədə “participle” (being və ya been) varsa, zərf təsrif olunmuş feil ilə “participle” arasında olur:

Mary has always been happy here. (Mary burada həmişə xoşbəxt olub.)

They have never been here. (Onlar burada heç vaxt olmayıblar.)

She is still being naughty! (O, hələ də dəcəldir.)

 

Modal verbs and the passive voice (modal feillər və məchul növ)

Bu yazıda “modal verbs”, modal feillərdən ətraflı bəhs edilmir, ancaq bunu vurğulaya bilərik ki, “to be” feili modal feil və “the past participle”, feilin keçmiş feili sifət forması arasında işlənir:

These walls should be painted already. (Bu divarlar artıq boyanmalıdır.)

It can’t be found anywhere. (O, heç bir yerdə tapılmayıb.)

 

“Modal verb + be + a past participle” “passive voice”, məchul növ cümlələrinin qurulmasının düsturu belədir. “Passive voice”, məchul növ üçün “be” ilə işlənən iki nümunə təqdim edirik:

He should be punished. (O, cəzalandırılmalıdır.)

John may be injured. (Con yaralanmış ola bilər.)

Lakin passive voice, məchul növ cümlələrində həmişə modal verbs, modal feillərə ehtiyac duyulmur, yalnız “to be” feilinin müvafiq forması da ola bilər:

He was being carried. (O, daşındı.)

The house has been sold. (Ev satılıb.)

We were told not to talk too much. (Bizə çox danışmayın deyildi.)

 

The imperative (əmr cümləsi): “to be” əmrləri

Artıq bilirsiniz ki, “imperative”, əmr cümlələri əmr və təlimatlar üçün istifadə olunur. Əgər hələ bilmirsinizsə, bunun üçün “to be” feilindən də istifadə edə bilərik.

Məsələn:

Be quiet! / Don’t be so noisy! (Sakit olun! / Səs-küy çıxartmayın!) 

Be humble! / Don’t be so arrogant! (Təvəzökar olun! / Çox kibirli olmayın!)

Be my girlfriend, please. (Xahiş edirəm, sevgilim ol.)

Don’t be silly! (Axmaq olma!)

 

“To be” feilindən istifadə olunan ifadələr

“To be” feili haqqında artıq xeyli məlumat öyrənmişik, ancaq “to be” feili işlənən ifadələri öyrənməsək, siyahı yarımçıq qalar. Onların hamısını buraya əlavə etmək mümkün olmayacaq, buna görə də, ən mühüm, ən işlək olanlar haqqında danışacağıq:

 

To be to

Yaxın zamanda kiminsə bir şeyi etməli olduğunu demək istəyirsinizsə, bu rəsmi konstruksiyadan istifadə edə bilərsiniz. Buna ekvivalent have to/must ola bilər:

I am to finish the report by Monday. (Bazar ertəsinədək məruzəni bitirməliyəm.)

To be able to

Bu konstruksiya sadə şəkildə “can” modal feili ilə eyni mənanı daşıyır. Can və could  formalarının istifadə edə bilmədikdə bundan istifadə edirik. 

I have been able to finish on time. (Vaxtında bitirməliydim.) (Belə deyə bilmərik, “I have canned to finish on time”.)

To be due to

Bir şeyin planlaşdırılmış şəkildə getdiyini demək istəyiriksə, “to be due to” istifadə edirik. Qrafik və cədvəllər haqqında danışdıqda əsasən bundan istifadə olunur:

The plane is due to land at 7:30 p.m. (Təyyarə 19:30-da enməlidir.)

To be about to

Bir şeyin az qala baş verəcəyini və ya kiminsə çox-çox tezliklə nəyisə etməyə hazırlaşdığını demək istədikdə bu konstruksiyadan istifadə edin:

I am about to go to the grocery store. Do you need anything? (Dükana gedirəm. Nəsə lazımdır?)

To be likely to

“To be likely to” gələcəkdə baş verəcək bir şeyin mümkünlüyü deməkdir.

It is likely to rain tomorrow. (Sabah deyəsən yağış yağacaq.)

To be meant to

Kiminsə nəsə etməli olduğunu demək üçün bu konstruksiyadan istifadə olunur. Bu, onların məsuliyyəti və ya vəzifəsidir:

He is meant to be back by 10 p.m. (O, 22:00-dək geri qayıtmalıdır.)

To be supposed to

Kiminsə nəsə etməsi və ya nəsə baş verməsi gərəklidir demək istəyiriksə, bu konstruksiyadan istifadə edirik:

It is supposed to rain tomorrow. (Sabah yağış yağmalıdır.)

 

To be + descriptive adjectives (təsviri sifətlər)

“To be” feilinin bu istifadəsindən bütün yazıda bəhs olunub. “To be” + “a descriptive adjective”, təsviri sifət insan, heyvan, yerləri və s. təsvir etmək üçün istifadə olunur.

She is very intelligent. (O, çox ağıllıdır.)

They are tall and strong. (Onlar hündür və güclüdürlər.)

To be late to/for

Bu konstruksiya kiminsə harasa vaxtında çatmamasını demək üçün istifadə olunur:

I was late for the Spanish masterclass. (İspaniya master-klassına gecikdim.)

To be sorry

Ingilis dilində insanlardan üzr istəmə üsuludur. Əminəm ki, “I am sorry” ifadəsini artıq bilirsiniz.

Bu, başqa şəxslər və zamanlarda üzr istəmək nümunələridir:

She is never sorry. (O, heç vaxt peşman olmur.)

They were very sorry. (Onlar çox peşmandır.)

To be mistaken

“To be istaken” sadəcə səhv olmaq deməkdir:

She heard the class was at 10, but she may be mistaken. (O, saat 10-da dərs olduğunu eşitdi, ancaq səhv sala bilər.)

If I am not mistaken, you must be Mr. Perry. (Səhv eləmirəmsə, Siz cənab Perry olmalısınız.)

To be for/against

Bir şeyin və kiminsə yanında olanda, ona dəstəyinizi göstərirsiniz:

I am for peaceful protesting. (Mən dinc etirazın tərəfdarıyam.)

Əgər bir şey və ya kiməsə qarşısınızsa, o şeyə dəstək vermirsiniz:

I am against discrimination of any kind. (Hər cür ayrı-seçkiliyə qarşıyam.)

To be right/wrong

Düşündüklərinizdə haqlı olduğunuzu demək üçün istifadə olunur:

Yes, you are right. We need to go back on foot. (Bəli, siz haqlısınız. Bizim yenidən ayaqlarımız üzərində durmağa ehtiyacımız var.)

Kiminsə yanlış düşündüyünü demək üçün istifadə olunur:

She was wrong all this time. (O, bütün bu müddətdə yanlış idi.)

Artıq “to be” feili haqqında ingilislər qədər çox şey bilirsiniz. Uzun olmasına baxmayın, çox faydalıdır. Bu məqalədə qeyd olunan ardıcıllığı izləyib öyrənsəniz, sizə çox rahat olar. Və bir də hamısını bir gündə öyrənməyə çalışmayın, hissə-hissə öyrənib tətbiq edin. 

Bu feili öyrənəndə bu yazının təqdim olunma ardıcıllığını izləyin. Getdikcə çətinləşir, ancaq gərginliyini azaltmaq üçün qısa-qısa hissələrə bölüb öyrənin.

Şekspirin sözləri ilə desək, “To be, or not to be. That is the question”

Cavab isə hər ikisidir.

Maraqla öyrənməyə davam edin, dostlarım! Salamat qalın. Suallarınız varsa, “rəy” bölümündə bildirməkdən çəkinməyin. 

 

Blog writer
Fidan Cəfərzadə
Oct 02, 2021 | 29 dəq oxu


Əlaqəli məqalələr

Sayılan və Sayılmayan İsimlər
İNGİLİS DİLİ QRAMMATİKA

Sayilan və Sayilmayan İsimler (Countable and Uncountable Nouns)

Müəllif: Fidan Cəfərzadə
Nov 08, 2021 | 9 dəq oxu
İngilis Dilində Saylar
İNGİLİS DİLİ QRAMMATİKA

İNGİLİS DİLİNDƏ SAYLAR HAQQINDA

Müəllif: Nərmin Musazadə
Nov 08, 2021 | 6 dəq oxu