To yoxsa For? Fərq nədədir?

Blog writer
Fidan Cəfərzadə
Oct 24, 2021 | 8 dəq oxu
to or for

Gəlin aşağıdakı iki cümləyə nəzər salaq:

Can you bring some flowers for Mary? (Mari üçün bir neçə gül gətirə bilərsən?)

Can you bring some flowers to Mary? (Mariyə bir neçə gül gətirə bilərsən?)

 

Bu cümlələr arasında mənaca fərq var? Bəli, var. Səbəbini yəqin ki, görə bilmirsiniz, amma əslində var. Bir qədər irəli getsəniz, hər şey aydın olacaq. 

İngilis dilində cümlələrdə “to” yoxsa “for” istifadə etməkdə çətinlik çəkirsiniz? O zaman düz yerdəsiniz.

İngilis dilinin qrammatikası sizə çətin gələ bilər. Düzdür, çətin və bəzən hətta anlaşılmaz olan məsələlər çoxdur. Amma narahat olmayın, DillBill sayəsində ingilis dilini sıfırdan öyrənmək çox asandır.

Bu bloqda “to” və “for” arasındakı əsas fərqi izah edəcəyəm. Sadə misallar, online mənbələr və anlamağınız üçün ödənişsiz test tapşırıqları ilə hansı sözü harada istifadə edəcəyinizi öyrədəcəyəm.

 “To” yoxsa “For”: Aralarındakı fərq nədir? İngilis dilində cümlələrdə “to” və “for” necə istifadə olunur?

“To” və “for” əsasən sözönləri kimi istifadə olunur. “For” yerinə “to” istifadə etmək cümlənin mənasını tamamilə dəyişə bilər. Səhv yerdə işlətsəniz, qrammatik cəhətdən düzgün olmayan bir cümlə əldə edəcəksiniz. 

Səbəb və məqsədlərdən bəhs edərkən “to” yoxsa “for” istifadə etməli?

“To” və “for” sözönlərindən tez-tez why ilə başlayan cümlələrdə, kiminsə bir şeyi niyə etdiyindən bəhs etmək üçün istifadə edirik. Aşağıdakı bir neçə nümunəyə nəzər salaq.

Why did you travel to London? (Londona niyə səyahət etdin?)

I traveled to London to improve my English. (İngilis dilimi inkişaf etdirmək üçün Londona səyahət etdim.)

Why did she buy a cake? (Niyə tort aldı?)

She bought a cake for her brother’s birthday. (Onun ad günün üçün o, tort aldı.)

Why are you going home? (Niyə evə gedirsən?)

I’m going home to feed my cats. (Pişiklərimi yedirtmək üçün evə gedirəm.)

Why did you go to the museum yesterday? (Dünən niyə muzeyə getdin?)

I went to the museum for a lecture on modern art. (Müasir incəsənət barəsində məruzə üçün muzeyə getdim.)

Bu kimi cümələrdə “to” və “for” eyni mənalı kimi görünə bilər, amma əslində elə deyil. Məsələn, əgər siz , “I’m going home for feed my cats” desəniz, bu cümlə qrammatik baxımdan səhv olacaq. Siz burada “to” sözönündən istifadə etməlisiniz. Bəs “to” yoxsa “for” istifadə edəcəyiniz necə anlayacaqsınız?

Səbəb və ya məqsəd bildirən bir feildirsə “to” sözönündən istifadə edilir. Səbəb və ya məqsəd bildirən bir isimdirsə “for” istifadə edilir.

 Başqa misallara da nəzər salaq:

I bought a present to give to Sarah on her birthday. (verb/feil) (Saraha ad günündə vermək üçün bir hədiyyə aldım.)
I bought a present for Sarah’s birthday. (noun/isim) (Sarahın ad günü üçün bir hədiyyə aldım.)

I drink coffee to feel more awake. (verb/feil) (Daha çox ayıq hiss etmək üçün kofe içirəm.)
I drink coffee for its wonderful taste. (noun/isim) (Əla dadına görə kofe içirəm.)

Dediyimiz qaydanı öyrəndikdə, “to” və “for” sözönlərinin istifadəsinin daha asan olduğunu anlayacaqsınız. Artıq ən çətin hissənin öhdəsindən gəlmisiniz, indi isə “to” və “for” sözönlərinin digər istifadə formalarına nəzər salaq.

“To” sözönünün digər istifadə formaları

Hər hansı hərəkət və ya istiqamət dəyişikliyindən bəhs etdikdə “to” sözönünün istifadəsi.

“To” bir hərəkət, köçürmə və ya bir nöqtədən digərinə istiqamət dəyişikliyi olduqda sözönü kimi istifadə olunur.

Məsələn,

I need you to take these books to Mary. (Bu kitabları Mariyə aparmağınız lazımdır.)

We are going to Paris next Tuesday. (Gələn çərşənbə axşamı Parisə gedəcəyik.)

Birinci nümunədə “to” kitabların “you”-dan “Mary”-ə ötürülməsini ifadə etmək üçün istifadə olunub. Növbəti nümunədə isə danışanın olduğu yerdən Parisə yer dəyişməsi “to” sözönü ilə göstərilir.

İngilis dilində feilin məsdər forması ilə “to” sözönünün istifadəsi

İngilis dilində istənilən feilin məsdər formasını düzəltmək üçün “to” hissəciyindən istifadə olunur. İngilis dili cümlələrində bu formanı tez-tez görə bilərsiniz.

Məsələn,

Nina loves to talk on the phone. (Nina telefonda danışmağı sevir.)

When do you want to eat dinner? (Şam yeməyini nə zaman yemək istəyirsən?)

İki şeyi müqayisə etdikdə “to” sözönünün istifadəsi

“To” iki şeyin müqayisəsi və birinin daha üstün tutulması üçün tez-tez istifadə olunur. 

Məsələn,

I prefer coffee to tea. (Kofeni çaydan üstün tuturam.)

She prefers reading books to watching movies. (O, kitab oxumağı film izləməkdən üstün tutur.)

“For” sözönünün digər istifadə formaları

İndi isə “for” haqqında öyrənmək zamanıdır. “For” həm sözönü, həm də bağlayıcı, yəni “conjuction” kimi istifadə olunsa da, sözönü kimi istifadəsi daha çox yayılıb.

Təşəkkür və minnətdarlıq ifadə etmək üçün “for” istifadə olunur.

Əgər kiməsə təşəkkür etmək istəyirsinizsə, adətən “for” hissəciyindən təşəkkürün səbəbini izah etmək üçün istifadə olunur.

Bu halda “for” hissəciyindən sonra bir isim və ya cerund (sonu “ing” ilə bitən feil) işlənir.

Məsələn,

Thank you for teaching me to play the guitar. (Mənə gitara çalmağı öyrətdiyin üçün təşəkkür edirəm.)

Thanks so much for the new shoes! (Yeni ayaqqabılar üçün çox sağ ol.)

Matthew thanked Brian for coming to his birthday party. (Matthew Brainə ad gününə gəldiyi üçün təşəkkür etdi.)

Müəyyən bir zaman müddətindən bəhs etmək üçün “for” hissəciyinin istifadəsi

Baş vermiş uzun bir zaman kəsiyindən bəhs etmək üçün də “for” istifadə olunur.

Məsələn,

I waited at the station for two hours. (İki saatdır stansiyada gözləyirəm.)

They have lived in Ohio for eight years. (Onlar səkkiz ildir Ohayoda yaşayırlar.)

Dəstək və razılıq əlaməti olaraq “for” hissəciyinin istifadəsi

“For” bir səbəbdən razılıq və ya dəstək göstərmək üçün istifadə olunur.

Məsələn,

Are you for or against the women’s movement? (Qadınlar hərəkətinin tərəfdarısan yoxsa əleydarı?)

I’m all for increasing taxes. (Vergilərin artması tərəfdarıyam.)

“To” yoxsa “for”: Qavramanızı yoxlamaq üçün sadə bir quiz

“For” və “to” nə zaman istifadə olması ilə bağlı anlayışınızı yoxlamaq üçün qısa bir quiz edək. Boşluqları düzgün şəkildə doldurun və sonda verilmiş test cavabları ilə öz cavablarınızı yoxlayın.

1. Jeet went ____ New York ____ see his favorite rock band perform live.

2. I need to give my essay ____ the professor before 5:00.

3. He lived in Paris ____ three years.

4. I’m looking ____ a new job.

5. Are you ____ or against the environmentalist movement?

6. Thank you so much ____ your kind letter.

7. I prefer Rohan ____ Ben.

8. I want ____ eat pizza for dinner.

9. His parents sacrificed so much ____ him.

10. Will you please take these books ____ the library ____ me?

(Cavablar: 1. to/to, 2. to, 3. for 4. for, 5. for, 6. for, 7. to, 8. to, 9. for, 10. to/for)

Ümid edirəm ki, “to” və “for” arasındakı fərq artıq aydındır.

Əgər səhvlər edirsinizsə, bu tamamilə normaldır. İlk başlayanda mən də olduqca çoxlu qrammatik səhvlər edirdim.

Zaman keçdikcə, praktika özünüzə inamı artıracaq. Çox keçmədən ingilis dilində axıcı danışacaqsınız!

Blog writer
Fidan Cəfərzadə
Oct 24, 2021 | 8 dəq oxu


Əlaqəli məqalələr

Sayılan və Sayılmayan İsimlər
İNGİLİS DİLİ QRAMMATİKA

Sayilan və Sayilmayan İsimler (Countable and Uncountable Nouns)

Müəllif: Fidan Cəfərzadə
Nov 08, 2021 | 9 dəq oxu
İngilis Dilində Saylar
İNGİLİS DİLİ QRAMMATİKA

İNGİLİS DİLİNDƏ SAYLAR HAQQINDA

Müəllif: Nərmin Musazadə
Nov 08, 2021 | 6 dəq oxu