Yeni başlayan biri üçün ingilis dilini öyrənmək sıfırdan başlamaq deməkdir. Sanki yenidən uşaq olursunuz.
Oxumağa başlamadan öncə hər bir hərf üçün yeni səslər və adlar, bəlkə də yeni bir əlifba öyrənməlisiniz.Ən sadə şeylər üçün sözlər öyrənməli, bütün həyatınız boyunca öyrəndiyiniz sözlərin ingilis dilində olan yeni adlarını öyrənməli, yenidən saymağı öyrənməlisiniz.
Haradan başlayacağınızı necə biləcəksiniz? Elə isə ən başdan başlayaq.
Avropa Şurası dil öyrənmənin daha sistemli olması məqsədilə Dillər üzrə Ümumavropa Çərçivə Sənədini yaratdı. Qısaca CEFR adlandırılan bu çərçivə dil səviyyənizi ingiliscə başlanğıc səviyyədə danışan biri kimi müəyyən etməkdə sizə kömək edəcək faydalı bir yoldur.
Ümumilikdə, 6 CEFR səviyyəsi var. Bunlardan üçü dil öyrənmək istəyənlərə uyğundur:
Əgər siz ingilis dilinə yeni başlamısızsa, CEFR standartı üzrə A1 və A2 səviyyələrinə yönəlməlisiniz.
İngilis dilini bir neçə həftə və ya bir neçə aydır öyrənirsinizsə, CEFR standartı üzrə A1 səviyyəsindəki əsas şeyləri bacarmalısınız.
CEFR standartının A2 səviyyəsinə çatdıqda siz artıq ingilis dilində tam olaraq başlanğıc səviyyədə sayılmırsınız. Artıq ingiliscə daha çətin sözləri anlayır və istifadə etməyə başlayırsınız. Mövzular haqqında daha geniş danışa bilirsiniz.
Artıq başlanğıc səviyyədəki ingilis dili haqqında hər şeyi bilirsiniz. Orta səviyyəyə (B1/B2) çatdığınızı necə deyə bilərsiniz?
Yeni başlayan biri kimi ingilis dilini öyrənmək üçün gedəcəyiniz yol bir çox amillərdən asılı olacaq. Motivasiya, hədəf və mənbələriniz nəyi və necə öyrənəcəyinizi anlamaqda köməyinizə çatacaq.
Əvvəla ingilis dilini niyə öyrənmək istəyirsiniz sualına cavab tapın.
Səyahət üçün? İş üçün? Ailə üçün, yoxsa şəxsi səbəblərdən?
Bu, çox önəmli sualdır. Başlanğıc səviyyəsindəki biri kimi ingilis dilini necə öyrənəcəyinizlə bağlı gedəcəyiniz yol məqsədinizdən (turist kimi şəhərdə gəzmək, ailə və dostlarınızla söhbət etmək və ya daha yaxşı bir iş əldə etmək üçün ingilis dili öyrənmək) asılı olaraq dəyişəcəkdir.
Özünüz üçün öyrənmə hədəfləri müəyyənləşdirin. Bacardığınız qədər dəqiq olun.
Hədəfləriniz bir neçə amildən asılı olacaqdır.
Tutalım ki, altı ay sonra xaricə səyahət edəcəksiniz. Kaliforniyada ailənizi ziyarət etməyə hazırlaşırsınız və ailəniz sizin şərəfinizə bir qonaqlıq verməyi planlaşdırır. Həmin qonaqlıqda uzun müddətdir görmədiyiniz amerikalı qohumlarınızla görüşəcəksiniz.Danışıq üçün ingilis dilini öyrənmək qərarına gəlirsiniz. Qonaqlıqdakı hər kəslə rahat danışmaq istəyirsiniz.O zaman nə vaxta qədər nəyi öyrənmək istədiyinizi bilirsiniz. Amerika aksenti ilə ingilis dilində söhbət etməyi öyrənmək üçün altı ayınız var.
Tam gün işləyirsinizsə, sizin sadəcə gündə bir saat vaxtınız var deməkdir.
İngilis dilində sərbəst danışan bir qohumunuz və ya tanışınızla telefonda ingilis dilində danışaraq öyrəndiklərinizi sınaqdan keçirə bilərsiniz.
Həyatda yararlanacağınız mənbələr tapın. Hədəfləriniz və hər gün çalışmaq üçün nə qədər vaxt ayıra biləcəyiniz haqqında düşünün.Məsələn, əgər siz daha çox danışıq ingilis dilinə diqqətinizi yönəltmisinizsə, yazı dilini öyrənmək ilə bağlı narahat olmaya bilərsiniz.
Əgər çalışmaq üçün çox vaxtınız yoxdursa, bir neçə dəqiqə ərzində edə biləcəyiniz qısa çalışmalar axtarın. Bu üsulla qısa boş vaxtlarınızda ingilis dilini təkmilləşdirə bilərsiniz.
Hədəfiniz nə olursa olsun, müxtəlif mənbələrdən yararlanmaq yaxşı fikirdir. Əgər ingilis dilini iş üçün öyrənməyə çalışırsanızsa, yaxşı bir kurs və ya dərslik vasitəsilə dilin təməlini qoyun. Dərslik barəsində növbəti bloqlarda bəhs edəcəyik, kurs barəsində isə heç düşünmədən yalnız “DillBill”i tövsiyə edə bilərəm. Daha çox söz və qrammatika öyrənmək üçün “DillBill”in danışıq klublarını sınaqdan keçirin. Müəllimlər sizə düzgün istiqamət verərək başlamağınıza kömək edəcəklər.
Salamlama və ən sadə lüğət sözlərindən başlayın. Bu, uşaqlar üçün olan şəkilli lüğətlər də ola bilər. Daha asan sözlərlə başlayın və onları yaxşı öyrənin. Bu yanaşma özünüzə inamı artıracaq.
Bir neçə təməl məlumatları öyrəndinizsə, onlara orijinal mənbələr (real, şagirdlər üçün olmayan) əlavə edin. Bu, ana dili ingilis dili olanlartək danışmaqda sizə kömək edəcək. Real mənbələrə sadə kitablar, jurnallar, TV proqramları, filmlər və DillBill materialları daxil ola bilər.
Tədris planınızı yaratmaq üçün hədəf və mənbələrinizdən istifadə edin. İngilis dilini öyrənməyə yeni başlayarkən bu plan sizin bələdçiniz olacaq.Tədris planınıza hər həftə nə öyrənəcəyinizi göstərən cədvəl daxil olmalıdır. Bu plan həm də gün ərzində nə qədər çalışmalı olduğunuzu da sizə bildirəcəkdir. Öyrənməli olduqlarınızın siyahısını əvvəldən tutduqda mühüm olanı buraxmaq ehtimalınız azalır.
Artıq sizin öyrənmə hədəfləriniz və tədris planınız var. Yeni başlayanlar üçün ingilis dilinin əsaslarını mənimsəməyə başlamasınız.
İngilis dilində olan ümumi səhvlərdən qaçmağı necə öyrənə bilərsiniz? İngilis dilində ana diliniz kimi danışmağa necə keçid edə bilərsiniz?
İngilis dilində musiqilər, radio verilişləri və podkastları dinləmək öyrənməyinizə yardım edəcək. Dünyanın hər yerində radio stansiyalar ingilis dilində mahnılar səsləndirir. İngilis dilində mahnı eşitdikdə öyrəndiyiniz sözləri dinləyin.
İngilis dilində TV, film və videolara baxaraq daha sürətli öyrənin. Əgər Netflix kimi bir yayım xidmətiniz varsa deməli, sizin bir çox ingilis dilindəki film və TV proqramlara giriş imkanınız var. YouTube maraqlandığınız mövzu ilə bağlı ingilis dilində videolar tapmaq üçün əla yer ola bilər.
İngilis dilində sadəcə musiqi dinləyib, proqramları izləməyin: Eşitdiklərnizi təqlid edin, təkrar edin! Ana dili ingilis dili olan şəxslərin sözləri necə tələffüz etdiyinə diqqət yetirin. Səsləri onlar kimi tələffüz etməyə çalışın.
Əlbəttə, dünyanın hər yerində ana dili ingilis dili olan ölkələr var. Əgər siz müəyyən bir ölkənin tələffüzünü daha çox bəyənirsinizsə, həmin ölkədən daha çox audio və videolar əldə etməyə çalışın.
Bir-birilə uyğunlaşan praktiki ifadə və sözləri öyrənin. Müəyyən ifadələrdəki sözləri dəyişməyə çalışın.
Məsələn, siz əgər “Good morning” deməyi öyrənmisinizsə, “Good afternoon”, “Good evening” və ya “Good day” kimi digər ifadələri də deyə bilərsiniz. Restoranla bağlı bir dialoqda ola bilsin ki, “May I have a glass of water?” (bir stəkan su verə bilərsiniz?) cümləsini eşidəsiniz. Gəlin suyu başqa içkilərlə əvəz edək. Məsələn, “May I have a glass of wine (şərab)?” və ya “May I have a glass of tea (çay)?”
Nümunələri yadda saxlamaq mürəkkəb qaydaları yadda saxlamaqdan daha asandır.
Məsələn, ingilis dilində əksər fellər üçün aşağıdakı kimi nümunələr görə bilərsiniz.
I/you/we/they see—but he/she/it sees.
I/you/we/they walk—but he/she/it walks.
I/you/we/they make—but he/she/it makes.
Əksər hallarda ingilis dilindəki feillərin sadə indiki zamanı üçün verilən nümunədə üçüncü şəxsin təkində xəbərə -s sonluğu əlavə edilir. I/your/we/they əvəzlikləri üçün isə hallanma eynidir.Yəni, yeddi müxtəlif əvəzliyin hallanmasını əzbərləmək əvəzinə sadəcə iki növ hallanmanı yadda saxlamalısınız.
İngilis dili sözlərində başqa nümunələr axtarın. Nümunələrə diqqət yetirib, onlardan istifadə etmək ingilis dilini daha asan öyrənməyə və danışmağa kömək edəcək.
Şəkilli kitablar və ya uşaq kitabları kimi sadə bir şeylə oxumağa başlayın. İngilis dilini öyrənməyə yeni başlayanda uzun xəbər məqalələrini və ya 300 səhifəlik romanları anlamaq çox çətin olacaq. Bezib öyrənməkdən imtina etmək istəyə bilərsiniz.
Kiçik, asan mətnlərlə başladıqda mətni anlayacaq, özünüzə inam qazanacaq və daha çox öyrənmək istəyəcəksiniz.
Oxuduğunuz hər mətni ətraflı öyrənmək üçün vaxt ayırın. Daha çox söz öyrəndikcə daha uzun və çətin mətnləri oxumağı bacaracaqsınız.
Dil daşıyıcıları ilə bacardığınız qədər tez-tez danışın. Ya dil mübadiləsi üçün bir şəxs, ya da onlayn müəllim tapın. Həftədə ən az bir dəfə ana dili ingilis dili olan biriylə qısa söhbət etmək üçün görüş təyin edin.
Kiçik addımlarla başlasanız belə bacardığınız qədər ingilis dilini istifadə etmək üçün özünüzə meydan oxuyun. İngilis dilli vebsaytlara baxın. Sosial media üzərindən ingilis dilindən istifadə edən bir qrupa qoşulun. İngilis dilində danışılan bir restorana gedin və ingilis dilində yemək sifariş verin.
İngilis dilində gündəlik jurnal tutun. Mobil telefonunuzdan istifadə edərək hər gün ingilis dilində o gün nə baş verdiyi haqqında audio qeydlər aparın. Davamlı şəkildə müxtəlif yollarla məşq edin.
İngilis dilini ilk öyrənməyə başlayanda müəyyən sözlər vardır ki, onları öyrənməlisiniz. Bu sözlər tez-tez istifadə olunur. Onları yaxşı bilmək ingilis dilində orta səviyyəyə daha sürətli çatmağınıza sizə kömək edəcək.
Aşağıdakı “əsas sözlər və sadə (təməl ehtiyaclarınızı qarşılaya biləcək qədər) ingilis dili” ifadələri sizə bələdçilik edə bilər. Bu kateqoriyalara aid olan sadə sözlər tapın. İngilis dilini öyrənmək üçün vacib sözlər və söz birləşmələri siyahısı kimi onlardan istifadə edin.
İlkin olaraq öyrənməli olduğunuz ən sadə sözlər bir neçə əsas mövzuya ayrıla bilər.
İngilis dilində ümumi salamlama ilə başlayın. Eyni zamanda, ailə və dostlarınıza, habelə həmkarlarınıza necə müraciət etməli olduğunuzu öyrənməlisiniz.
“DillBill”ə abunə olun və bu və digər başlanğıc səviyyə mövzular ilə bağlı asan və əyləncəli üsullarla hər şeyi öyrənin!
İnsanlara necə müraciət etməyi bildikdən sonra özünüzü ingilis dilində rəsmi və qeyri-rəsmi üsullarla təqdim etməyi öyrənin. Ətrafınızdakı insanları bir az tanıdıqdan sonra onlarla sadə dialoqlar qura bilərsiniz. Ümumi söhbət girişlərindən istifadə edin və ingilis dilində zəruri danışıq bacarıqlarına yiyələnin.
İnsanlarla görüşüb, onlarla kiçik dialoqa girmək üçün ümumi sözlərə ehtiyac duyacaqsınız.Söhbəti canlı saxlamaq üçün ingilis dilində ümumişlək feilləri öyrənin.
İngilis dilində sual verməyi öyrənmək iki səbəbdən önəmlidir: Əvvəla, məlumat almaq üçün sual verməlisiniz. İstiqamətini, qalmaq üçün yer soruşursunuzsa və ya iş haqqında ətraflı məlumat öyrənmək istəyirsinizsə, suallar sizə lazım olanı tapmaqda kömək edəcək.
İkincisi, ingilis dilində suallar vermək sizin danışıq bacarıqlarınızı təkmilləşdirəcək. Əksər insanlar özləri haqqında danışmağı sevir. Düzgün sual verməyi bacarsanız, insanlar haqqında daha çox şey öyrənəcək və onlarla kontakt yarada biləcəksiniz.
İngilis dilində bir çox sual cümlələri “W” ilə başlayır, buna “5W” deyilir:
Bu “wh” cümlələri yeni başlayan biri kimi ingilis dilini öyrənməyinizdə önəmli amildir.
İngilis dilində necə saymağı və rəqəmləri (xüsusilə böyük rəqəmləri) oxumağı bilmək hər gün (xüsusən ünvanlar , telefon nömrələri və bazarlıq üçün) yardımçınız olacaq.
İngilis dilində saatı demək üçün də rəqəmləri öyrənməlisiniz. İngilis dilində rəqəmləri, ümumi sözləri, sual zərflərini və digər bütün əsas şeyləri mənimsədikdən sonra öyrəndiklərinizi təkmilləşdirmək üçün növbəti mərhələyə keçə bilərsiniz.
Öyrəndiyiniz əsas və sadə (gündəlik həyatda tez-tez işlədilən) sözləri yadda saxlamaq üçün qeyd dəftərindən istifadə edin. Dəftərinizə yeni sözlər və ifadələr əlavə edərək onlar üzərində çalışa bilərsiniz. Həmin ifadələrlə sərbəst cümlələr qurmağa cəhd edin. Yüksək səslə oxumaq üçün qısa dialoqlar da yaza bilərsiniz.
İngilis dilində danışarkən söhbət əsnasında yeni sözlər və ifadələrdən istifadə edin. Bu sözləri siz nə qədər çox işlətsəniz, bir o qədər gündəlik nitqinizin bir parçası olacaq. Hətta bir müddət sonra həmin sözlər haqqında düşünməyəcəksiniz. Vəziyyətə uyğun gəldikdə həmin sözləri avtomatik olaraq istifadə edəcəksiniz.
İngilis dili lüğəti sizin dil biliyinizin bir ev kimi bünövrəsini qoyursa qrammatika da bu evin çərçivəsi olan sütunlardır.
Qrammatika üzrərində çalışmaqdan həzz almaya bilərsiniz. Lakin ingilis dili qrammatikasının əsaslarını yaxşı mənimsədikdə ingilis dilində danışmaq, oxumaq, yazmaq və anlamağın çox daha asan olduğunu görəcəksiniz:
İngilis dili qrammatikasının bu əsaslarını qavradıqdan sonra növbəti addım sözönləri, feillər, cerund və modal feillər kimi mövzular olacaq.
İngilis dilində qrammatika biliyinin bu möhkəm təməli ilə siz sadə cümlələrin öhdəsindən asanlıqla gələcək və daha mürəkkəb ifadələri anlayıb istifadə etməyə başlayacaqsınız.
Lazımi sözlər və ifadələri öyrənməyə vaxt ayırıb, qrammatika ilə birgə onların necə işlədiyini anladığınızda bacarıqlarınızı təqdim etməyə hazır olacaqsınız.
İngilis dili bacarıqları nədir? Onlar əsas dörd kateqoriyaya ayrılır:
Bütün bunları qavrayaraq etdiyinizdə öyrəndiyinizi görəcəksiniz. Dinləmə və danışma bir-birbiri ilə əlaqəlidir. Oxuma və yazmada da bu belədir.
Dil daşıyıcılarını dinləmək sizə necə səlis şəkildə danışacağınızı öyrədəcək.İngilis dilində mətn oxumaq sizə bu dildə necə düzgün yazacağınızı öyrədəcək.
Yadda saxlayın: Danışmadan öncə dinləməli, yazmadan öncə oxumalısınız!
Yavaş və aydın danışılan çox sadə ingilis dilindən istifadə olunan mənbələr tapın. Yeni başlayanlar üçün ingilis dilində danışıq və salamlama kimi sadə mövzularla bağlı qısa dialoqlardan başlayın. Salamlamaq, sual vermək və sağollaşmaq üçün işlədilən söz və ifadələrə diqqət yetirin. Öncə dinləyin, sonra təkrarlayın.
İlk dəfədən mükəmməl şəkildə təkrarlamasınız belə dialoqda eşitdiyiniz şəkildə tələffüz edənədək cəhd edin. Çətinlik çəkdiyiniz sözləri bir yerə qeyd edin və ingilis dilində düzgün tələffüzü öyrənmək üçün strategiyalardan istifadə edin. Dinləmə bacarığınızı dialoqlarla məhdudlaşdırmayın. İngilis dilində informasiya mənbələri olduqca çoxdur. Nə qədər fərqli materiallar dinləsəniz, bir o qədər çox öyrənəcəksiniz. Müxtəlif mənbələrdən yararlanın. İngilis dilində asan mahnılar dinləyin. Birlikdə oxuyun. Sözləri, nəqarətləri və xorları təkrarlamaq yeni sözləri və ifadələri yadda saxlamağa kömək edəcək.
Cizgi filmləri kimi uşaq proqramlarını izləyin. Yeni başlayanlar üçün ingilis dilini öyrənmək “Looney Toons,” “SpongeBob SquarePants,” “The Simpsons” və ya “Family Guy” izləmək üçün yaxşı bəhanədir.
Bəzi jarqon və deyimləri öyrənmək üçün vaxt ayırın. TV proqramlar, musiqilər və söhbət əsnasında eşitdiklərinizin çoxu “ingilis dili dərslikləri”ndə olmayacaq.
Real danışıqda istifadə olunan ingilis dilini daha sürətli öyrənmək üçün DillBill platformasının verdiyi fürsətlərdən istifadə edin. ABŞ-ın müxtəlif ştatlarında yaşayan müəllimlərlə ingilis dilində bacardıqca çox danışıb müxtəlif aksentləri öyrənin.DillBill müxtəlif mövzularla bağlı oxu materialları da təqdim edir ki, onlar sizin “reading” bacarıqlarını inkişaf etdirəcək. Həmin vasitələrlə gündəlik ingilis dili ifadələrini daha yaxşı anlaya və yadda saxlaya bilərsiniz.
Mümkün qədər çalışın ki, ingilis dilində axıcı danışan biri və ya tyütorlar ilə sadə dialoqlar edərək praktika edəsiniz. İngilis dilində tələffüzünüzlə bağlı onlardan rəy alın.
Eşitdiyinizi düzgün anladığınızdan əmin olmaq üçün bir-birinizə suallar verin. İngilis dilində izlədiyiniz proqramlar və sevdiyiniz musiqilər haqqında danışın.
İngilis dilində qısa və asan mənbələr oxumaqla başlayın. Oxuduqlarınızın anlamaq istəyirsinizsə, daha çox yeni söz öyrənin.
Asan və qısa hekayələr ingilis dilinə yeni başlayan oxucular üçün əla seçim ola bilər. Daha uzun mətnləri oxumağa çalışmaq istəyirsinizsə ingilis dilində uşaq kitabları və digər asan romanlar ilə praktika edin.
Yeni başlayanlar üçün ingilis dilində oxuma vərdişləri ilə məşğul olun və oxuduğunuzla əlaqəli çoxsaylı sualları cavablandıraraq anladıqlarınızı sınaqdan keçirəcək çalışmalar edin. Bir müddət ingilis dilində oxuduqdan sonra yazmaqda özünüzü daha inamlı hiss edəcəksiniz. Yazılı ingiliscədə özünüzü necə ifadə edəcəyinizlə bağlı daha yaxşı fikrə sahib olacaqsınız.
İngilis dilində bəzi yazı məsləhətlərini öyrənin. Qısa cümlə və mətnlər yazmaqla onlar üzərində çalışın. Sizi maraqlandıran hər şey haqqında yazın. Günbəgün yaşadıqlarınız, oxuduğunuz kitablar və ya izlədiyiniz TV proqramları ilə bağlı yaza bilərsiniz. Mətnlərinizi oxuyacaq və yazınızı təkmilləşdirmək üçün sizə məsləhətlər verəcək birini tapmağa çalışın.
İngilis dili bacarıqlarınızı inkişaf etdirməyin açarı davamlılıqdır.
Hər gün bir az məşq edin. Dinləmə və danışıq, oxuma və yazma üzərində çalışın. Öyrəndiklərinizi yenidən gözdən keçirin və növbəti mərhələdə nə öyrənmək istədiyinizi planlaşdırın. Tezliklə yeni başlayanlar üçün peşəkar olacaqsınız. İrəli səviyyə ingilis dilində danışmaq planları olan biri olaraq orta səviyyə ingilis dilinə keçid edəcəksiniz...
Əlaqəli məqalələr